BÜTÖV AZƏRBAYCAN OCAQLARI
NOVRUZ BAYRAMINIZ MÜBARƏK!

20:25 / 14-03-2017   /   baxış - 273

Bütöv Azərbaycan Ocaqları (BAO) dünya Azərbaycanlılarını Novruz bayramı münasibəti ilə təbrik edib. Təbrikin mətni aşağıdakı kimidir:

“Bütöv Azərbaycan Ocaqları”nın dünya Azərbaycanlılarına

bayram təbriki

 

Əziz həmvətənlər!

Novruz bayramı xalqımızın qədim milli bayramıdır. Minilliklər öncə ata-babalarımız yazın gəlişini, təbiətin oyanmasını təntənəli şəkildə bayram etmişlər. Ənənələri və mərasimləri ilə həddən artıq zəngin olan, astronomik əhəmiyyətə malik, türk dünyasında və bir çox şərq xalqlarında qeyd edilən bu bayram dünyanın ən böyük bayramlarından biridir. Bu bayram milli mənəvi dəyərlərimizin mühüm ünsürü olmaqla milli birliyimizin simvoluna çevrilmişdir.

Biz, Bütöv Azərbaycan Ocaqları olaraq dünyada yaşayan bütün soydaşlarımızı Novruz bayramı münasibti ilə təbrik edir və inanırıq ki, xalqımızı birləşdirən bu bayram milli haqlarımız uğrunda mübarizə ruhumuzu da artıracaq və milli hədəfimiz olan Aərbaycanın bütövləşməsini daha da yaxınlaşdıracaqdır.

  

Bütöv Azərbaycan Ocaqları

Bakı, 14 mart, 2017-ci i