BÜTÖV AZƏRBAYCAN OCAQLARI
“Türk Dünyasının gələcəyinə Tatarıstandan bir baxış” mövzusunda növbəti diskussiya keçiriləcək

00:04 / 10-11-2017   /   baxış - 211

11 noyabr 2017-ci il tarixində Bütöv Azərbaycan Ocaqlarının (BAO) Türk Dünyasını Araşdırmalar Qurumunun (TDAQ) təşkilatçılığı ilə Türk Dünyasının gələcəyinə Tatarıstandan bir baxış mövzusunda növbəti diskussiya keçiriləcək. Mövzu üzrə məruzəçi Beynəlxalq Tatar İctimai Mərkəzinin keçmiş sədri (1992-1993), ictimai-siyasi xadim Zinnur Aqliullin olacaq.

Tədbirdə ziyalılar, ictimai və siyasi fəallar, gənc nəslin nümayəndələri və b. iştirak edəcəklər.

Tədbir saat 15:00-da başlayacaq

Ünvan:  Bakı şəhəri, Ələşrəf Əlizadə-31, BAO-nun qərargahı (Təfəkkür Universitetinin, Nərimanov rayonu İcra Hakimiyyətinin və Şərq Bazarının yaxınlığı).

BAO İnformasiya Xidməti

09.11.2017