BÜTÖV AZƏRBAYCAN OCAQLARI
“TƏLƏBƏ” - yeni milli film çəkilir

13:27 / 03-02-2017   /   baxış - 83

“TƏLƏBƏ” - yeni milli film çəkilir
Gənc film həvəskarları yeni milli romantik-komediya janrında film çəkilişinə başlayıblar. BAO.AZ xəbər verir ki, filmin ssenari müəllifi, quruluşçu rejissoru və eyni zamanda aktyoru Elşən İsmayılın sözlərinə görə, filmdə Azərbaycanın yaxın keçmişi, müasir həyatı, tələbəlik, gənclərin çılğınlığı, ilk sevgi, saf məhəbbətin tərənnümü və bir çox humanist dəyərlərdən bəhs olunur.

E.İsmayılın “TƏLƏBƏ QIZ” hekayəsinin motivləri əsasında hazırlanan filmin adı “TƏLƏBƏ”-dir. Filmin quruluşçu operatoru və ikinci rejissoru gənc film həvəskarı Murad Abdullazadə, baş rolların ifaçıları Məmməd Əliyev və Ənvər Məmmədovdur...

Film, çəkilişləri bitdikdən sonra yaxın zamanlarda ictimaiyyətə təqdim olunacaq.
“TƏLƏBƏ” - yeni milli film çəkilir
“TƏLƏBƏ” - yeni milli film çəkilir
“TƏLƏBƏ” - yeni milli film çəkilir
“TƏLƏBƏ” - yeni milli film çəkilir
“TƏLƏBƏ” - yeni milli film çəkilir

BAO.AZ