BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Novruzda yenə də Bütöv Azərbaycan tonqalı qalanacaq

23:21 / 13-03-2017   /   baxış - 586

18 mart 2017-cı il tarixində  Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşkilatçılığı ilə Bakı şəhərində musiqili-əyləncəli Novruz şənliyi keçirəcək.  Şənlik ənənəvi olaraq hər il olduğu kimi Bütöv Azərbaycan adına qalanmış bayram tonqalı ətrafında gerçəkləşdiriləcək. Bütöv Azərbaycan tonqalı eyni anda Güneyli-Quzeyli Bütöv Azərbaycanın və Türkiyənin bir neçə şəhərində yandırılacaq.

Şənlikdə milli musiqilər və marşlar səsləndiriləcək, şeirlər söylənəcək, rəqslər və tamaşalar göstəriləcək.

Hər kəsin iştirakı arzu olunandır.

Tədbir saat 19:00-da başlayacaq.

Ünvan:  Bakı şəhəri, Şamil Əzizbəyov kücəsi ilə Təbriz küçəsinin kəsişməsi - Keçmiş Qarabağ mehmanxanasının yerindəki ərazi (28 may metrostansiyasının yaxınlığı).

BAO İnformasiya Xıdməti

13.03.2017.