BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Ankarada ustad Şəhriyarın ədəbi-bədii gecəsi keçiriləcək

14:08 / 11-02-2017   /   baxış - 225

Türkiyə paytaxtı Ankarada Azərbaycan və türk dünyasının böyük şairi ustad Məhəmməd Hüseyn Şəhriyarın ədəbi-bədii gecəsi keçiriləcək.  

 

Dünya şöhrətli şairin həyat və yaradıcılığına həsr olunan tədbirə bir çox alim, mədəniyyət və ictimaiyyət xadimləri və tanınmış ədəbiyyatçıların qatılacağı gözlənilir.

 

TÜRKSOY-un təşəbbüsü ilə keçirilən konfransı Azərbaycan Dövlət Pedoqoji Universitetinin professoru Elman Quliyev aparacaq.

 

Məlumata görə, ədəbi-musiqili tədbir 16 fevral saat 14.00-da Ankarada TÜRKSOY-un binasında keçiriləcək. Açıq dəvətdir, tədbirə hər kəs qatıla bilər, xüsusi dəvətnaməyə ehtiyac yoxdur.

 

Tədbirin sonunda Türkiyədə yaşayan güney azərbaycanlı vətənpərvər müğənni Yanar Sönməz də çıxış edəcək.

 

Xatırladaq ki, yanvarın 31-də də ustad Şəhriyarın 110 illik yubileyi ilə bağlı İstanbul universitetinin mədəniyyət mərkəzində konfrans keçirilmişdir.

 

BAO.AZ