BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Urmiyədə “Azərbaycan Mədəniyyət Ocağı” Dərnəyi təsis edilib

00:56 / 25-10-2017   /   baxış - 956

Urmiyədə “Azərbaycan Mədəniyyət Ocağı” Dərnəyi təsis edilib

Qərbi Azərbaycan Əyalətinin yerli kütləvi informasiya vasitələri “Azərbaycan Mədəniyyət Ocağı” adlı dərnəyin təsis edildiyi barədə məlumat yayıb.

Mətbuat artıq dərnəyin Qeyri-hökumət Təşkilatlarına Nəzarət Heyəti tərəfindən qeydiyyata alındığını yazıb.

 

Məlumata görə, dərnəyin təsisçilərindən biri xəbəri təsdiq edərək bildirib ki, “Azərbaycan Mədəniyyət Ocağı” Dərnəyi Qeyr-i Hökumət Təşkilatıdır, dərnək siyasi sahədə deyil, ictimai məsələlərlə bağlı vətəndaş hüququ sahəsində fəaliyyət göstərəcək.

 

“Hələlik dərnəyin sözçüsü təyin edilmədiyi üçün mənim adımın çəkilməsini istəmirəm. Dərnəyin loqosunu təqdim edirik, lakin bu loqonun zahirində kiçik dəyişikliklər edilə bilər. Loqonu təqdim etməkdə məqsəd, onun hüquqi və qanuni baxımdan “Azərbaycan Mədəniyyət Ocağı” dərnəyinə məxsus olmasını göstərməkdir”- deyə sözügedən şəxs bildirib.

 

Məlumata görə, təsisçilər dərnəyin adı üçün ilk öncə 5 türk adı təklif ediblər, lakin Nəzarət Heyəti adların farsca olmasını tələb edərək təklif olunan bütün variantları rədd edib. Təsisçilər bundan sonra Şəhər İcra Hakimiyyəti başçısına müraciət edərək bu barədə izahat tələb ediblər, bundan sonra İcra Hakimiyyəti başçısı dərnəyə “Azərbaycan Mədəniyyət Ocağı” adının verilməsinə razılıq verərək onun qeydiyyata alınması haqda göstəriş verib.

 

GünAz TV.