BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Məşrutə İnqlabı və Güney Azərbaycan

17:32 / 23-05-2016   /   baxış - 1749

Azərbaycan eləcədə İran tarixində ən mühüm hadisələrdən biri Azadlıq hərəkatları sırasında yer alan Məşrutə hərəkatıdır. XX-ci əsr Məşrutə hərəkatına səbəb İranda hakim olmuş Qacar Xanədanlığının daxili və xarici siyasətdə apardığı bəyənilməz nöqtə idi. Xarici kapitalın ağalığı, sosial zülm, dövlət məmurlarının yerlərdəki özbaşnalığı geniş xalq kütlələrinin narazılığına səbəb olurdu. 19-cu əsrin axırlarında sosial ziddiyət olduqca ağırlaşırdı, məmurların zülmü Cənubi Azərbaycan şəhərlərində məmurlara qarşı kütləvi iğtişaşlar yaşanırdı. Xalqın zülmdən və yoxsulluqdan bezməsi Qacar tarixində məşhur üsyanlardan olan 1892-ci il “Tənbəki Üsyanı” ilə nəticələndi. Bu üsyan Azərbaycan xalqının, imperializmə qarşı ilk çıxışı olmuşdur. 1892-ci il yanvarın 5-də Təbriz əhalisi Nəsrəddin şah Qacardan  İngiltərə ilə bağladığı sazişi ləğv etməsini tələb etdilər və bundan əlavə şahdan ehtiyat edərək silahlandılar. İngilislər ölkəni tərk etdilər. Bu inqlab azərbaycanlıların milli oyanışına və imperializmə olan nifrətinə səbəb oldu.

20-ci əsrin əvvəli yəni 1901-ci ildə Tehranda gizli İnqlabi Komitə yarandı.

1903-cü ildə yəni Nəsrəddin şahın oğlu Müzəffərəddinin hakimiyyəti dövründə Belçikalılar ilə bağlanmış yeni gömrük sazişinə qarşı xalq tərəfindən yenədə Təbrizdə çıxışlar başlandı. Cənubi Azərbaycanda  demokratik fikir və milli şüurun oyanması prosesi yavaş-yavaş inkişaf edirdi.

 

Məşrutə İnqlabı və 1-ci Məclis.

12 dekabr 1905-ci ildə Tehranda xalq kütləsi 11 dekabr Kerman şəhərində məmur tərəfindən tacirlərin döyülüb öldürülməsinə qarşı çıxaraq kütləvi etirazlara başladı. 13 dekabr xalq kütləsi tanınmış və çox hörmətli müctəhid və mərcei-təqlid(Dində ən yüksək dərəcə tutan alim) Ayətullah Seyyid Abdullah Behbahani və müctehid Seyyid Məhəmməd Təbətabainin rəhbərliyi ilə Tehranda Şah məscidinə yığılışaraq böyük inqlabın başlanğıcını qoydular və məclisin qurulmasını tələb etdilər.  Qacar şahı olan Müzəffərəddin şah Qacar Avropa dövlərlərinə səyahətdə idi. Tehran əhalisi ayaqa qalxaraq bazarları, dükanları və emalatxanaları bağlayıb inqlaba qoşulurdular. Bu kütləvi mitinqlər 1906-cı ilə qədər davam etdi. 16 iyul 14000 insan bu kütləvi etiraza qoşulmuşdular. Ondanda əlavə İranın dini şəhəri sayılan Qum şəhərindən 200 müctəhid Ayətullah Behbahaninin fətvası tələbinə riayət edib ayağa qalxaraq Tehrana irəliləyirdilər. Müzəffərəddin şah Qacar İrana geri dönərək məcbur olub 9 sentyabrda məclisi qəbul etdi.

İlk Məclis Konstitutsiyanı hazırlayıb şaha təqdim etdi. Şah ağır xəstə olduğundan bu Konstitutsiyaya imza atmaq istəmirdi. Yalnız Ayətullah Behbahaninin ilkin tənqidlərindən sonra 30 dekabr 1906-cı ildə Konstitutsiyanın bir hissəsinə imza atdı və 5 gündən sonra dünyasını dəyişdi.

Hətda atası ölməzdən qabax özünün Məclisə müxalifəti ilə seçilən Məhəmməd Əli şah gecə-gündüz Məclisi necə məhv etməsi haqda fikirləşirdi.

1908-ci ilin 22 iyununda anidən paytaxta hərbi vəziyyət elan edən şah Məclisə girərək üzvlərini asaraq edam etmişdi, sonra Məşrutə Hərəkatında iştirak edən din alimlərini Tehranda Sepahsalar adlı məscidə yığaraq top atəşinə  tutmuşdur.

Beləliklə Məhəmməd Əli şah İlk Məclisi və Konstitutsiyanı silah və qan vasitəsilə ləğv etdi.

Məşrutə İnqlabında əsas və başlıca rolu Cənubi Azərbaycanlılar tuturdu.

 

Vətəndaş muharibəsi 1908 – 1909

Məhəmməd Əli şah Qacarın İlk Məclisi və Konstitutsiyanı qanla ləğv etməsi Cənubi Azərbaycanın inqlab etməsinə və Vətəndaş muharibəsinə səbəb oldu. Cənubi Azərbaycan əncüməninin 1908-ci il 24 iyununda bağlanmasından sonra Təbriz fədailərinə rəhbər Məşrutə Hərəkətında əsas rol oynamış məşhur inqlabçı Səttar xan seçildi.

Səttar xan Təbrizdə Hərbi Şura yaradır. Ali Şuranın baş komandanı Səttar xan və onun müavini Bağır xan, üzvləri Hacı Əli və Seyyid Haşim xan seçilir. Səttar xanın rəhbərliyi ilə Təbriz fədailəri Cənubi Azərbaycan qubernatoru vəzifəsində çalışan zalım məmur Əynəddövlə xanı cəzalandırıb şah qoşunlarına iki dəfə ağır zərbə vuraraq Təbrizdən qovmuşlar. İki gün davam edən güclü döyüşlər nəticəsində Əmirxis sahəsini şah qüvvələrindən təmizlədilər. Təbriz və ətrafındakı şəhərlərdə şah məmurlarının kütləvi təmizlənmə prosesi fədailər və rəhbərləri Səttar xan tərəfindən uğurla həyata keçirilirdi.

1909-cu ilin Yanvarında Təbrizə xüsusi təyyinatlı 40.000-lik şah qoşunu göndərilir. Fevral ayında şah quvvələri Təbrizi mühasirə edirlər. 5 mart səhər radələrində şah ordusu Təbrizə girir. İki gün baş vermiş qanlı Təbriz döyüşündə Səttar xan şah qoşununu pərən-pərən edərək məhv etmişdi. Səttar xanın taktikası 40.000-lik şah ordusunu təmamilə məhv etmişdi.

Bundan sonra Səttar xana xalq “Sərdari – Milli” (Xalq Rəhbəri) adını verdilər.

Təbriz Üsyanı digər İran şəhərlərində də özünü göstərirdi. Artıq üsyanlar Rəştdə, İsfahanda, Bəndər Abbasda və Buşirədə gedirdi. Bu şəhərlərdə “Səttar xan” adına inqlabi komitələr yaradılır.

Təbrizdə Novruz bayramında 1909-cu ildə Milli Şura yaradılır.

Aprel ayında şahın icazəsi ilə Rusiya bu işə əl qoyur. 23 aprel Qafqaz qubernatoru İllarion Daşkova(Voronsov) Rusiya İmperatoru 2-ci Nikolay tərəfindən 5.000 ordu ilə Təbriz istiqamətinə irəliləməsi əmr olunur. İllarion Daşkovun əmri ilə 5.000 rus ordusu Rusiya vətəndaşlarını qorumaq adı altında Təbrizə General Snarskiyin rəhbərliyi ilə irəlilədilər.

30 aprel 1909-cu ildə General Snarskinin rəhbərlik etdiyi 5.000-lik rus qoşunu Təbrizə girdilər. Ani girişi ilə rus qoşunu Təbriz əhalisini vəhşicəsinə məhv edirdi. Ani giriş gözləmiyən fədailər rus qoşunu tərəfindən məhv edilirdilər və mayın 1-də tərkisilah edildilər. Səttar xan və Bağır xan Təbrizdən bir neçə fədailərlə bərabər çıxaraq uzaqda olan türk konsulluğuna sığındılar.

 

Əli Əlizadə

Gənc tədqiqatçı