BÜTÖV AZƏRBAYCAN OCAQLARI
“Dünya Azərbaycanlılarının həmrəyliyi və Bütöv Azərbaycan” mövzusunda inşa müsabiqəsi elan edilib

22:02 / 27-09-2016   /   baxış - 386

Bütöv Azərbaycan Oncaqları (BAO) yeniyetmə və  gənclər arasında "Dünya Azərbaycanlılarının həmrəyliyi və Bütöv Azərbaycan" mövzusunda inşa müsabiqəsi elan edib. Müsabiqədə ilk yeri tutanlara pul mükafatının, digər fərqlənənlərə isə diplomların verilməsi nəzərdə tutulur.

İnşalar ədəbi dil normalarına uyğun yazılmış şəkildə, 4-6 min simvol (boşluqlarla) həcmində, "Word" formatında ocaqlar@mail.ru poçt ünvanına 20 dekabr 2016-cı il tarixinədək qəbul olunur. Müsabiqənin nəticələri dünya Azərbaycanlılarının həmrəyliyi günü - 31 dekabr 2016-cı il tarixində elan ediləcək. 

BAO İnformasiya Xidməti

27.09.2016