BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Gənc həvəskar rəssam milli lider Elçibəyin rəsmini qədim Türk xaqanları obrazında çəkdi

10:04 / 02-09-2016   /   baxış - 874

Gənc millətçi, vətənpərvər Zəfər "OğuzTürk" isimli soydaşımızdan milli lider Elçibəyin müqəddəs ruhuna bir tövhə.

Zəfər qardaşımız Bəyimizin rəsimini xüsusi həssaslıqla və sevərək çəkmişdir. Özünün dediyininə görə milli lider Elçibəy həqiqətən də dövrümüzün Mete xanı, Atillası, Əmir Teymuru vs. idi. Onun daşıdığı gen, yaşatdığı ruh da asil qanlı qutlu atalarımızın davamçısı olmağının bir sübutu idi. Məs bu səbəbdən gənc həvəskar rəssam Zəfər OğuzTürk milli lider Elçibəyin rəsmini qədim Türk xaqanları obrazında çəkmişdir.

Ümid edirik gənc dostumuzun bu alqışlanacaq hərəkəti milli davaya öz töhvəsini verəcək və digər istedadlı gənclərə müsbət təsir göstərəcəkdir. 

Vətən millət yolunda işlər görən, əlindən gələni əsirgəməyən bütün insanlar bizim üçün müqəddəs şəxslər qədər ucadır və onları görüb zəhmətinə dəyər vermək də borcumuzdur. 

Yaşasın Turana gedən altun yol Bütöv Azərbaycan və onun sevdalıları! Paytaxtı Təbriz olan böyük və qüdrətli Azərbaycan naminə yolumuza davam...

 

Elşən İsmayıl

BAO,AZ