BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Bizi biz edən vətənimizdir!

21:24 / 06-07-2016   /   baxış - 455

Bizi biz edən vətənimizdir. Biz olmasaq vətən kimliksiz bir torpaq parçasıdır. Əgər vətənin olmasa, deməli sən ortalıqda qalmısan, bu o deməkdir ki, sən bədbəxt birisən, sən kölə birisən, sən əsir birisən və sənin kimliyin yoxdur. Bir sözlə, vətənsiz səni kimsən? Vətənin olmasa səni kim sayar? Şükürlər olsun bizim vətənimiz var.

Vətənin bütün övladlarının borcu bu vətənə xidmət etməkdir. Borcumuz bu vətənə  hər cür xidmət etməkdir. Yəni kimi könüllü  əsgər olub düşmənə tək hücum edər, kimi müəllim olub millətin gözün açar, yəni savadlandırar, kimi həkim olub camaatı müalicə edər  və s... Əslində hamının tək məqsədi vətəni yaşatmaqdır. Bu vətən yaşayarsa, bu millət qəmiylə, kədəriylə, sevinciylə, bütün ruhuyla nə olursa, olsun  yaşayar.

Vətən xidməti. Bu xidmətin növləri haqda yuxarıda məlumat verdim. Bəs bu xidmət nə qədər çəkir?

-         Əgər bu milləti, bu vətəni  yaşatmaq istəyiriksə öncə bunu qəbul etməliyik, vətən xidmətinin istefası, təqaüdü olmur.

Əslində igid anadan olandan igid olur, vətənpərvər də həmçinin. Yəni sözüm odur ki, yaşından asılı olmayaraq hər zaman vətənə xidmət etməliyik! Etmək istəyən mütləq bir yolun tapar, millətimizə, vətənimizə  faydasını toxundurar!

 

Tural Nəsibli.

313 saylı tam orta məktəbin şagirdi