BÜTÖV AZƏRBAYCAN OCAQLARI
“Ənənədən gələcəyə” daha bir addım

00:26 / 26-02-2016   /   baxış - 315
 

Yanvarın 31-də Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə  Nurbəniz Mərdiyeva 01 noyabr 2015-01 fevral 2016-cı il tarixlərində gerçəkləşdirdiyi “Ənənədən gələcəyə” adlı layihənin icrasını  başa çatdırmışdır. 

Layihənin məqsədi xalqımızın mədəniyyət örnəklərini çağdaş geyimlərlə birləşdirməklə günümüzdə gənclərimiz arasında xalça naxışlarını, qədim sənət növü olan tikmənin, toxumanın təbliğ etməsi və bu vasitə ilə gənclərimizə milli irsimizi sevdirmək, bu sənət növlərinin dəyərini göstərmək və gələcək nəsillərə ötürməkdən ibarət idi.

Layihə çərçivəsində 10-dan artıq milli naxışlı çağdaş geyimlər hazırlanmışdır. Həmin naxışlar qədim xalçalarımızdan götürülmüşdür, çünki, milli naxışlarımızın bir çoxu xalqın inanclarını, məişətini, təbiət və kainatdakı çeşidli varlıqlarını daşıyır, digər yandan mücərrəd həndəsi formaların çoxvariantlı konfiqurasiyalarını və rəng uyğunluğunu özündə göstərir. Bu rəngarənglik xalqın şən əhval- ruhiyyəli olmasını istiqanlılığını, qonaqpərvərliyini, humanistliyini  və s. göstərir.

Yuxarıda dediklərimizi nəzərə alaraq, hazırlanmış çağdaş geyimlərdə insan, dəvə fiquru, buta-balalı, küsülü buta və həndəsi formalardan istifadə olunmuşdur.

Geyimlərin üzərində işlənmiş naxışlar qədim türk dmğalarıdır ki, bu damğaların geyimlərin üzərində daşınması öz keçmişimizin bu günümüzə daşınmasına və gələcəyə ötürülməsinə xidmət edir. Türk damğalarının geyimlərin üzərində yayğın daşınması yolunda Nurbəniz xanım Azərbaycanın gələcəyinə verə biləcəyi töhfələrdən birini də artırmış oldu.

Geyimlər hazır olduqdan sonra dəvət olunmuş modellərin, gənc modelyerlər , QHT nümayəndələri , ictimaiyyət və bu sahə ilə maraqlanan  gənclərin iştirakı ilə sərgi keçirilmişdir. Tədbirdə layihə rəhbəri Nurbəniz Mərdiyeva öz çıxışında layihənin məqsədi, gedişatı və görülən işlər bağlı söz açmış, gənclərimizi çağdaş geyimlərdə  milli naxışlarımıza üstünlük verməsinə, bununla da milli irsimizi qoruyub, təbliğ etmələrinə çağırmış və bu layihənin həyata keçirilməsində dəstək olan Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fonduna təşəkkürünü bildirmişdir.

Geyimlərin  sərgisi iki gün davam etmişdir.

Sonda Nurbəniz xanım layihənin gerçəkləşməsində dəstəyi olan atası Tələt Mərdiyevə, “Bakı Gənclər Klubu” İctimai Birliyinə, “Həyat tərzi” qadın mərkəzinə təşəkkürünü bildirdi.

“Həyat tərzi” qadın ancaq qadınların maarifləndirilməsinə xidmət edən mərkəzdir. Burda qadınlar milli və mədəni mədəniyyətlərlə bağlı təlimlər keçirlər. Kinoşünas Aydın Kazımzadə, aktrisa Həmidə Ömorava, sənətşünas Minaxanım Əsədli bu mərkəzdə təlimçilərdəndir. Kitab klubu, kino klubu təşkil olunur, vizaj, ebru təlimləri, gimnastika, süfrə mədəniyyəti bu kimi qadın dünyasına aid olan hər bir sənət və məşğuliyyət növü xanımlara təlim edilir. Bura uşaqlar üçün də xidmət göstərir. Hələlik bu mərkəz Azərbaycanda ilk və tək mərkəzdir.

     



Hələ də köləyik - Asiman Əsədsoy
10:15 / 01-01-2017
Gənc həvəskar rəssam milli lider Elçibəyin rəsmini qədim Türk xaqanları obrazında çəkdi
10:04 / 02-09-2016
Gənclər Bayraq haqqında qısametrajlı film çəkiblər - VİDEO
00:32 / 31-03-2016
BAO FK ilk oyununa çıxdı
21:48 / 28-02-2016