BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Səfəvi İmperiyasının xarici siyasəti - II HİSSƏ

21:19 / 29-12-2015   /   baxış - 873

I hissəni buradan oxuyun

b) Səfəvilər-Moğollar əlaqəsi(1508-1513)

Moğollar sülaləsinin banisi Zahirəddin Babur Çingiz xanın ikinci oğlu Cağatayın və Teymurun nəslindən idi. Onun atası Fərqanə hakimi Ömər Şeyx Mirzə vəfat etdikdən sonra taxtda o oturdu. Tale həmişə bir fateh üçün bir rəqib hazırlayır. Babur üçün belə bir rəqib Şeybani xan idi. Şeybani xan hər ayda bir Fərqanəyə hücum çəkər və xərac alardı. Bütün bu həyasızlıqlardan bezən Babur köməyi Səfəvi İmperiyasında gördü. Şah İsmayıla 1508-ci ildə kömək məktubu yazan Babur ondan imdad istədi. Şah İsmayıl isə 1510-cu ildə Mərv yaxınlığında Şeybani xanı cəzalandırdı.

 Babur Şah İsmayıla təşəkkür məktubu yazdı və qızılbaşlarla hərbi-birlik yaratmağa çalışdı. O görürdü ki, qızılbaşlar onun arxasında olsalar həddindən artıq ona xeyir gələr.Ancaq Şah İsmayılın şərtinə əsasən Baburun qurduğu hər-hansı bir dövlətin dini-məzhəbi şiəlik olmalı idi(Qeyd edim ki, Baburun məzhəbi əhli-sünnə idi), bundanda əlavədə dövlət Səfəvi İmperiyasının müstəmləkəsi kimi görsənməli idi( yəni hər-hansı bir dövlətlə çatışma olsa birinci Səfəvi İmperiyasının xəbəri olmalı idi). Babur bu şərtləri qəbul etdi, hətda əyninə qızılbaş hərbi paltarı geyinərək Heratda şiə əqidəsini qəbul edib Heratda 12-imam adına xütbə oxutdurmuşdur.

Miniatür Kembric Universitetində saxlanılır.

Ancaq Babur yenədə öz fatehlik arzularını yerinə yetirə bilmədi. Şah İsmayıl tərəfindən həddindən artıq qayğı görməyinə baxmayaraq Orta Asiyadan üzünü Hindistana tərəf çevirdi. Moğollar əmirliyini qurub qızılbaşların köməkliyi ilə Hindistanı işğal etməyə başladı. Bunuda qeyd edim ki, Babur 1526-cı ildə Moğollar İmperiyasını rəsmi şəkildə elan etdikdə başına tac qoymax əvəzinə qızılbaş baş örtüyü qoyaraq bildirmək istəmişdir ki, Moğol hökmdarı Səfəvi əsgəridir. Burda Baburun Səfəvilərə bağlı olmasının da müstəsna rolu olmuşdur.

c) Səfəvi-Osmanlı əlaqələri 1511-1514 (Çaldıran döyüşü)

Şah İsmayılın məzhəb siyasəti Azərbaycanın daxili və xarici siyasət metoduna güclü təsir göstərdi. Çünki qonşu dövlətlər arasında məzhəb fərqinə əsaslanan bu siyasət Azərbaycanı başqalarından daha üstün bir mövqedə şərqdə-özbəklər, qərbdə-osmanlılar kimi qüdrətli düşmənlərin rəqabət və mübarizə meydanına çıxartdı. Lakin Şah İsmayılın döyüşkən və strateji baxımdan tədbirli əsgərlərinin olması, onun Şeybani xan Özbəyin üzərində üstünlüyünü sabitləşdirdi və bunun nəticəsində o, Səfəvi sərhədlərini şərq və şimali-şərq tərəfdən  Məvarəün-nəhrin o tərəfinə qədər genişləndirdi və nəhayət, Azərbaycanın əzəmətini bütün dünyaya nümayiş etdi.

Osmanlı dövlətinin şərq sərhədləri tərəflərində “məzhəb cihadı” ideoloqiyasından istifadə edən yeni Səfəvi dövlətinin yaradılmasına, o ölkənin dövlət başcıları dözə bilməzdilər və bu, onlar üçün ciddi bir təhlükə hesab olunurdu. Bundan əlavə, şiə məzhəbinin və Şah İsmayılın tərəfdarlarından olan, Osmanlının daxilində türkmənlərin çox hissəsi, Şah İsmayılın Azərbaycanda şiəməzhəb bir dövlət qurmasına kömək edirdi. Şiə məzhəbi qruplarına mənsub olan bu türkmənlər Səfəvi şahını Osmanlı dövlətində təbliq etmək üçün münasib bir zəmin yaratdılar.

Şübhəsiz, bu Osmanlı təbəələrinin Anadoluda Səfəvilərə qoşulması və Şah İsmayılı Osmanlıda şiə məzhəbini təbliq etməsi Səfəvi-Osmanlı dövlətinin münaqişəsinin əsas və birinci səbəbləri olmuşdur.

Səfəvi dövlətinin yaradılması Osmanlı dövlətinin genişlənməsi ilə eyni vaxtda düşdüyünə görə, Şərq və Qərb dövlətləri Azərbaycanın milli istiqlaliyyəti yolunda böyük bir maneə hesab olunurdular. O biri tərəfdən Hülakü xan vasitəsilə Abbasi xilafətinin suquta uğradılmasından sonra, İslam xəlifələri olduqlarını iddia edən Osmanlı sultanları Azərbaycandakı dəyişikliklər haqqında müsbət fikirdə deyildilər.İşğalçı düşüncəsilə, özlərini İslam xilafətinin varisi hesab edən Osmanlılar Azərbaycanıda özlərinin dövlətinin bir hissəsi hesab edirdilər.

Osmanlı sultanlarının dostu və müttəfiqi sayılan özbəklərin məğlubiyyəti Şah İsmayılın muharibə strateqiyasını dəyişdirdi və istər-istəməz şərqin vəziyyətini də bütünlüklə dəyişdirdi. Doğurdan da özbəklərin və Şah İsmayılın digər rəqiblərinin məğlubiyyəti Osmanlı üçün rəqabət meydanına çıxacağı barədə bir xəbərdarlıq idi.

Bütün bu dəyişikliklərin Azərbaycan-Osmanlı əlaqələri tarixinin əvvəlcə “sülh və dostluq” və sonra “muharibə və düşmənlik” siyasəti aparmalarının başlıca səbəbi Osmanlının Azərbaycanı qudrətli görmək istəməməsidir.

Osmanlı sultanı II Bəyazid Şah İsmayılaməktub yazdı. Sultan II Bəyazid məktubunda belə yazırdı:

II Bəyazidin Şah İsmayıla məktubunun tərcüməsi:

“ Əmirliyə və hakimiyyətə laiq görülmüş seyyid mənşəli Heydər əs-Səfəvinin oğlu Əmir İsmailə-Allah qiyamətə qədər onun ədalətinin əsaslarını möhkəmləndirib və artırsı – ki, uca səltənətinin əsasını qoymuş, yüksək sülalənin banisi olmuş və Davud və Süleymanın(ə) canişi olmuşdur. Əvvəla xoşbəxtlik gətirən salamlarımızı yetirir deyirəm:

O uca məqamlı övlad, atası Heydərin intiqamını almaq üçün Gilandan çıxıb Şirvanşah Fərrux Yasarla döyüşərək, bəxtin köməyi ilə qalib gəldi və onu laiq olduğu cəzaya çatdırdı və bundan sonra Təbrizdə uca Süleyman peyğəmbər kimi səadətli taxtdına çıxaraq muradına çatdı. Bu gözəl xoş xəbər  Rum ölkəsinə çatdıxda bol sevindim və siz əlahəzrətlərindən məktub gözlədim, çünki belə xoş xəbəri qonşu dövlətə çatdırılması hökmdarların vəzifələrindən biridir. Lakin nə elçi, nə bir xəbər gəlmişdir ki, ölkəmizə belə bir xəbər çatdıki fateh Şah İsmail İraq və Küveyt torpaqlarını da zalım Bəyandurilərdən xilas edib özünün əzəmətli imperiyasına qatmışdır.

Azərbaycan elə bir məmləkətdir ki, İslamdan əvvəl bir neçə mötəbər sülalə orada hökmranlıq etmiş və yaxşı ad çıxarmışlar. Sizdə onlar kimi olsanız nə əla. Hər iki dövlətin rauf və mehribançılığını arzu edərək sizə uzun ömürlər və xeyirli fəthlər arzu edirəm.

1507-ci ildə İstanbulda Allahın istəyi ilə yazılıbdır. Hörmət ehtiramımı bildirərək II Bəyazid ibn Muhamməd. ”

Bu məktub Şah İsmayıla çatandan sonra 1510-cu ildə Mərv döyüşündən sonra Şeybani xanın sarayından II Bəyazidlə Şeybani xan arasında baş vermiş məktubu Şah İsmayıl oxudu. O məktubda Osmanlı sultanının Şeybani xanı muharibəyə təhrik etməsi və Şah İsmayıla qarşı sui-qəsd planını hazırlaması ortaya çıxdı. Ondan da əlavə Səfəvi elçisinə qarşı hörmətsizlik edən Osmanlı sultanı və Trabzon əmiri olan Səlimin Səfəvi-Osmanlı sərhədlərində yaşayan şiə məzhəbli müsəlmanları sıxışdırması Şah İsmayılın Osmanlı sultanına Şeybani xanın başının soyulmuş dərisini göndərməyə vadar etdi.

II Bəyazid Şah İsmailin bu hərəkətindən inciyərək qəzəbləndi. Sultan Səfəvi elçisini daha ehtiramla qonaq etdi və oğlu Trabzon hakimi Səlimi şiəməzhəbli müsəlmanları sıxışdırdığına görə tənqid etdi.

Atasının hakimiyyətini zəif bilən vəzifəpərəst və lovğa Trabzon hakimi Səlim atasına məktub yazaraq Osmanlının Avropadaki işğal dairəsinin idarəsini ona həvalə etməyini tələb etdi. II Bəyazid oğlunun bu tələbinə razı olmaması Səlimi Ədirnə qalasının ətrafına qədər irəliləməyə vadar etdi. Lakin bu zaman Anadoluda Şeyx Səfinin müridi olan Təkəli tayfasında Həsən Xəlifənin oğlu Şahqulu Baba   1511-ci ildə Təkə vilayətinin hakimi təyin olunandan sonra sufi cihadı adlı giyam etdi. Osmanlı sultanının oğlunun bir tərəfdən qaldırdığı giyam və digər tərəfdən Şahqulu Babanın giyamı yeniçərilərin ona inamını azaldırdı. II Bəyazidin Şahqulu Babanın üstünə qoşun göndərməsinə baxmayaraq, qoşun Şahqulu Baba tərəfindən darmadağın edilməsi ilə başa çatdı. Belə ki, qısa bir müddətdə Şahqulu Babanın başcılıq etdiyi dini ideoloji giyam tez bir zamanda bütün Osmanlıya yayıldı, ancaq qüclü osmanlı qoşunu ilə bir-neçə aydan sonra məğlub olaraq başı Osmanlı sarayından asıldı. Ümümiyyətlə Şahqulu Babanın giyamı II Bəyazidin oğlu Səlimin şiələrə amansızca davranmasının nəticəsi idi. Şahqulu Baba Şah İsmayıldan maddi və mənəvi kömək görürdü. Şah İsmayıl əlinə düşən bu cür xoş bir vəziyyətdən ölkənin içərisindəki  çətinliklərə görə istifadə edə bilmədi.

Şahqulu Babanın tərəfdarlarının ölçüb biçilməmiş hərəkatları onların məhvinə gətirib çıxartdı.

Qayıdaq sultan oğlu Səlimə ki, o atasına qarşı Ədirnə qalasını tutması, sultan quvvələrinin Ədirnədə Səlimin qoşunlarının məhv etdi. Səlim Krıma qaçdı. Krımda yeniçəriləri yenidən formalaşdıran Səlim 1512-ci ilin (h.q. 917) axırlarında qüvvəsini toplayaraq Osmanlı sərhədini keçərək İstanbula irəlilədi. Atasını hakimiyyətdən kənarlaşdıran Səlim atasının saraydan getdiyi günü zəhərləyərək öldürtdürdü. 1512-ci ilin dekabrında hakimiyyət taxtına oturdu. Taxta çıxan günün axşamı bütün qohumlarını bir araya yığaraq kişilərinin başlarını kəsdirdi, qadınları asdırdı və körpələri isə boğduraraq faciəvi şəkildə qətl etidrmişdir. Bundan sonra Səlim “yavuz-qəddar” ləqəbi alaraq Sultan Yavuz Səlim kimi ad qazanmışdır.

Sultan Səlimin əmri ilə Osmanlı müftiləri(dini rəhbər) belə bir fitva çıxartdılar ki, “Bir şiənin qətli yetmiş xristianın qətlindən daha çox savaba malikdir”(Venesiya səfiri Nikola Jostinyaninin qeydləri)

Bu qırğın Sultan Səlim zamanının ən faciəli hadisələrindən biri və tarixin kütləvi qırğınlarındandır ki, qırx min nəfər insan həlak olmuşdur.

Təəssüf ki, Azərbaycan tarixçiləri yəgin bəzi səbəblərə görə, bu faciəvi qırğını işarə etməmişlər və ya əhəmiyyət verməmişlər. Bu barədə qantökmənin şahidi olmuş Venesiya səfiri Nikola  Jostinyanın əlyazmalarından və Jozef Fon Hammerin “Osmanlıda qırğın” adlı əlyazmalarında qeyd olunmuşdur ki, Sultan Səlimin Osmanlıda ayrı bir məzhəbin nümayəndələrini xususi vəhşiliklə və amansızcasına qətl etmişdir.

Həlak olanların sayı 40.000-nəfər şiə olduğu bilinir. Ancaq qantökmənin şahidi olmuş Jostinyanın əlyazmasında 40.000-dən artıq olduğu bildirilir.

Bu hadisədən sonra Sultan Səlimin ikinci mühüm addımı Səfəvi İmperiyasının əlaqəsini Avropa tərəfdən təmamilə kəsilməsini və onu nə Avropaya nədəki Rusyaya çıxış yolu olmasını əngəlləməkdir.

Bundan sonra Sultan Səlim Ubeydullah xan Özbəyi fitnəliyərək Şah İsmayılla vuruşmağa təhrik edir. Yalnız Şeybani xanın məğlubiyyətini gözünün qabağına gətirən Ubeydullah bu işdən əl çəkir. Sultan Səlim məcbur olub Avropa dövlətlərindən Fransadan eləcədə Roma Papasından kömək istəyir.

Roma Papalığından və Fransadan bir az köməkliklər görərək Sultan Səlim 200.000 ordu yığaraq İstanbulda güclü təlimlər keçirirdi. Osmanlı ordusunun quruluşu 3 dəstəyə bölünürdülər: yeniçərilər, dənizçi əsgərlər və Sultanın xususi keşikçiləri.

Sultan Səlim bir anda muharibə olmasını istəmirdi. Ona görə məktublaşmaq gərarına gəldi.

Sultan Səlimin Şah İsmayıla birinci məktubun tərcüməsi:

“Mehriban və bağışlayan Allahın adı ilə! Hər şeyi bilən Allah buyurur:“Allah yanında məqbul olan din, əlbəttə islamdır”. “ Kim islamdan başqa bir din ardınca gedərsə, o din heçvaxt ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar”. Allah doğru yola gedənlərin işini düzəldir,yolunu azıb günaha batmışların yox! İnsanların əfəndisi Muhəmmədi Mustəfaya və onun səhabələrinə salam olsun!

Daha sonra bu şanlı məktub kafir və müşrikləriqətlə yetirən, dinin düşmənlərini məhv edən, qazilər və mücahidlərin sultanı, İskəndər qudrətli, Suleyman ədalətli Şahi-Cahan Sultan Yavuz Səlim ibn Sultan Bəyazid ibn Sultan Məhəmməd ibn Sultan Murad tərəfindən sənə - Əcəm hökmdarı, böyük sərkərdə, dövranın Davudu(ə), Darab kimi döyüşkən, zəmanənin Xosrovu yalnız əmirliyə laiq görülmüş İsmailə göndərilir ki, biləsən və agah olasan:

Bütün müsəlmanların və xususən ədalətli sultanların yəni mənim borcumdur ki, “Ey iman gətirənlər Allahın köməkçiləri olun” nidasına əməl edək.

Bu girişdən məqsəd odur ki, sən meşədə şirin nərəsi gəlmiyəndə, çaqqal kimi ucadan ulayıb Şərq ölkələrini hökmranlığını ələ keçirdin. Fitnə və fəsadı yaymağı özünə şüar və məqsəd edib zülm bayrağını ucaltdın.

Din başcıları və haqq yolla gedən alimlər- Allah onlardan razı olsun!- yekdilliklə sənin və küfr olan əqidənin mürtədliyinə fitva veriblər. Ona görə mən əynimə zireh geyinib Allahın inayəti ilə müzəffər əsgərlərimlə mübarək Səfər ayında güclü və uğurlu əllərimlə sənin əl-qolunu sındırıb və sənin batil və şər olan əqidəni məhv edəcəyəm.

Döyüşdən qabax xəbərdarlıq etmək islamın hökmü və şəriətin tələbi olduğu üçün bu şanlı məktub yazıldı. İnsanların xisləti bir cürdür, bəzi insanlar azğın və qəflətdədirlər, bəziləri isə mömin və irfan əhlidirlər. Ancaq Allah mərhəmətlidir azğın və qəflətdə olan şəxslərə tövbə qapısını həmişə açıq saxlamışdır. Əgər sən Heydər oğlu İsmayıl Allahın tövbə qapısına yaxınlaşıb tövbə etsən və ələ keçirdiyin torpaqları şanlı Osmanlı dövlətinə birləşdirsən, uca Sultan Səlimin yəni mənim sarayımda yaxın adamlarımdan biri olar və xoş münasibətlər görərsən. Əks təqdirdə zorla ələ keçirdiyin torpaqlarda müzəffər osmanlı ordusunun çadırları ucalacaqdır. Doğru yolu göstərən Allahın köməkliyi ilə bitdi. Bu məktub 920-ci ilin Səfərul-Muzaffər ayında Əznəkmid yurdunda yazıldı. Vəssəlam! ”

 

Yavuz Səlimin Şah İsmayıla 1513-cü ilin yayında yazdığı birinci məktub.

Yavuz Səlim bu məktubda özünü nə qədər islamçı kimi göstərməyə çalışdısa onun 40.000 dinç müsəlmana amansızcasına qətl fərmanı verməsi onun nə müsəlman nədəki islamçı olduğunu bildirir. Burada o özünü lovğa apararaq güya islami ədaləti bərqərar etmək fikrindədir, ancaq onun apardığı bu iyrənc siyasətin axırı indiyənə qədər aydınlaşdırılmıyan iki böyük haqq əqidənin ayrılığına səbəb olmuşdur.

Müəllif: Əli Əlizadə

 

Gənc tədqiqatçı



“Məhəmməd Əmin Rəsulzadənin “Çağdaş Azərbaycan Tarixi” əsərinin təhlili
00:33 / 03-06-2016
Azərbaycan Cümhuriyyəti tələbələri haqqında qısa arayış I hissə
15:25 / 27-05-2016
II Dünya savaşında Azərbaycanın əhəmiyyəti II hissə
17:36 / 23-05-2016
Məşrutə İnqlabı və Güney Azərbaycan
17:32 / 23-05-2016
II Dünya savaşında Azərbaycanın əhəmiyyəti I hissə
12:35 / 17-05-2016
Psixoloji – Antropologiya nədir ?
12:51 / 27-04-2016
Xacə Zeynalabidin Əli Əbdi bəy Şirazinin “Təkmilətül-Əxbar” əsəri Azərbaycan tarixinin bir mənbəsi kimi - II HİSSƏ
23:38 / 08-04-2016
Xacə Zeynalabidin Əli Əbdi bəy Şirazinin “Təkmilətül-Əxbar” əsəri Azərbaycan tarixinin bir mənbəsi kimi - I HİSSƏ
23:05 / 31-03-2016
Maaf institutu və onun xanlıqlar sistemində yeri
22:56 / 26-02-2016
Xəzər türklərinin etnik antropologiyası
00:41 / 26-02-2016
Səfəvi İmperiyasının xarici siyasəti - VII HİSSƏ
20:18 / 11-02-2016
Səfəvi İmperiyasının xarici siyasəti - VI HİSSƏ
23:54 / 06-02-2016
Səfəvi İmperiyasının xarici siyasəti - V HİSSƏ
23:28 / 01-02-2016
Səfəvi İmperiyasının xarici siyasəti - IV HİSSƏ
21:23 / 30-01-2016
Səməd bəy Mehmandarov və Azərbaycan ordusu - IV HİSSƏ
01:09 / 19-01-2016
Səfəvi İmperiyasının xarici siyasəti - III HİSSƏ
00:25 / 15-01-2016