BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Səfəvi İmperiyasının xarici siyasəti - VI HİSSƏ

23:54 / 06-02-2016   /   baxış - 818

Əvvəlini buradan oxuyun

Şah II İsmayıl – Durqunluq dövrü

1576-cı ilin mayında qardaşı Heydər Mirzəni öldürüb taxta çıxan II İsmayılın zamanında ölkətamamilə ixtilaf içərisində idi. Özünün dinə baxışı sünniliyi təmsil edirdi. Buna əsasən Osmanlı ilə araları yaxşı idi. Bu səbəbdən bəzi qızılbaş əmirləri hakimiyyətini bəyənmirdi. Şərabxorluğu, əxlaqsızlığı, vergiləri qaldırması, məscidlərdə imamların adının çəkilməməsi v

ə bütün Şah Təhmasibin digər oğullarını(Məhəmməd Mirzədən başqa) hamısını edam etdirməsi xalqın II İsmayıla qarşı qəzəbini dahada artırırdı. Eyş-işrət əməlləri və şərabxorluq ilə məşqul olan II İsmayıl hakimiyyəti boyu heç bir xarici siyasətdə dəyişikliklər olmamış, əksinə daxili siyasət çirkab içərisinə bulaşmışdır.

Həddindən artıq şərab içən II İsmayıl 1577-ci ildə ölür. İskəndər bəy Münşinin “Aləm arayi-Abbasiyan” kitabında onun həddindən artıq zalım, şərabxor və əxlaqsız adam olduğunu yazır.

Öldükdən sonra yenidən hakimiyyət üçün qızılbaş tayfalarının bir-biri ilə mübarizəsi başlanılır.

SultanMəhəmməd Xudabəndə –

Zəifləmə dövrü

Məhəmməd Mirzə qardaşı öldüyü zaman Şirazda yaşayırdı. O, demək olarki kör, mülayim və dövlət işləri üçünbacarıqsız bir adam idi. II İsmayılın ölümündən sonra hakimiyyəti öz əllərinə almaq istəyən qızılbaş tayfa başcılarını Məhəmməd Mirzə kimi şah qane edirdi.

II İsmayılın ölümündən sonra məşvərət məclisində şah Məhəmməd Mirzə seçildi. Lakin bacısı Pərixan xanım onu Qəzvinə gəlməyə qoymur və onun adından dövlətin bütün işlərinə nəzarət edir. Əlbətdəki bu özünə Xudabəndə(fars: Allahın bəndəsi) ləqəbi götürən Məhəmməd Mirzənin bacarıqlı və hakimiyyətpərəst xanımı Xeyrannisə bəyimi(Mehdi – Ülya) narahat edə bilməzdi. Bu səbəbdən o, şahı tezliklə paytaxt Qəzvinə irəliləməyə razı salır. 1578-ci ilin fevralında Qəzvinə girən Məhəmməd Xudabəndə bacısı Pərixan xanımı asaraq edam edir və rəsmi şəkildə hakimiyyətə gəlir.

Hakimiyyətinin ilk başlanğıcından xanımı Mehdi – Ülya dövlət və padşahlıq işlərini öz əlinə alır. Vəzifəyə öz qohumlarını qoyur, qızılbaşları isə tamamilə siyasətdən uzaqlaşdırır. Qızılbaşlar bu vəziyyətdən xoşları gəlmir və sui – qəsd planı hazırlayırlar. Bu zaman isə ölkənin daxilində baş verən qarmaqarışıqlıqları görən Osmanlı sultanı Səfəvi İmperiyası ilə yeni bir döyüş planı hazırlayır.

a)Səfəvi – Osmanlı əlaqələri (1578 – 1587)

III Murad 1578-ci ilin avqustunda “1555-ci il Amasya sülhünü” pozaraq Ərzurumda 100.000-lik qoşun topladı. Özünün quvvəsindən arxayın olmayan III Murad Krım xanı Məhəmməd Gireydən tatar qoşunlarının bu yürüşdə iştirak etməsini tələb etdi.

III Muradın ilkin əmrinə əsasən 1578-ci ilin avqust ayının 24-də Səfəvi – Osmanlı müharibəsinin ikinci mərhələsi(birinci mərhələ Amasya sülh müqaviləsi ilə yekunlaşmışdır) başlandı. Qara Mustafa Lələ paşa III Muradın əmrinə əsasən ilk növbədə Qars qalasına hücum çəkdi. Qarsı zəbt edən Mustafa Lələ paşanın Çuxursəəd vilayətinə yürüş etməsini güman edən hakim Məhəmməd xan Toxmaq Ustaclı tez Qəzvinə xəbər verdi. Lakin orada qızılbaş əyanları ilə şah xanımı Mehdi – Ülya ayasında savaş gedirdi və heçkim bu xəbərə əhəmiyyət vermirdi. Axırda Məhəmməd xan Toxmaq Ustaclı Qarabağ hakimi İmamqulu xan Qacara xəbər göndərdi. İmamqulu xan Qacar özünün quvvələri ilə Çuxursəədə gəldi. Onların birləşmiş qoşunlarının sayı 15.000 nəfərdən artıq deyildi. Çıldır gölünün sahilində yerləşdilər. Səfəvi sərkərdələri düşmənin Gürcüstanayolunu kəsmək istəyirdilər.

Əvvəlcə Osmanlı ordusunun öndə gələn hissələri ilə toqquşan Səfəvilər qələbə qazandılar. Ön dəstənin məğlub olmasından xəbər tutan Mustafa paşa qızılbaşlara qarşı qoşun göndərdi. Nəticədə qızılbaşlar məğlub oldular. Tarixçi Oruc bəy Bayat belə yazır: “Səfəvi qoşunlarına başçılıq edən Məhəmməd xan Toxmaq yanlış məlumatın qurbanı olmuşdu. O, öz kəşfiyyatçılarının məlumatına əsaslanaraq Dərviş paşanın və Bəhram paşanın qırx minlik qoşununu Osmanlıların başlıca zərbə qüvvəsi hesab etmiş, onlara hücum etmişdi. Lakin Mustafa paşanın yetmiş min nəfərlik qoşunu gizli sığınacaqdan gəlib Səfəvilərin sağ cinahına zərbə endirəndə Məhəmməd xan öz səhvini başa düşdü. Lakin gec idi.”

Osmanlıtarix mənbələri türklərin qüvvələrinin sayını azaldır, Səfəvi qoşunlarının sayını isə artırırlar. Məsələn, onların məlumatlarına görə, Çıldır vuruşması ərəfəsində qızılbaşlar Osmanlı qüvvələrinin sayında bir və yaxud iki dəfə çox idi. Bu sayı isə heç cürə düz ola bilməzdi. Buna baxmayaraq, hətta Osmanlı tarixçiləri də qızılbaşların mərdliklə vuruşmalarını qeyd edirlər.

İskəndər bəy Münşinin fikrincə, Çıldır vuruşmasında Səfəvilərin məğlubiyyətinin başlıca səbəbi bunda idi ki, qızılbaş əmirləri “təkəbbürün və özlərinə güvənməyin bolluğundan rumilərlə müharibəni yüngül və sadə (iş) hesab edirdilər”. Buna görə də, onlar 10-15 min nəfərlik qoşunla Mustafa paşanın yüz minlik qoşununa qarşı çıxmağı mümkün saymışdılar. Qazi Əhmədin dediyinə görə, bir qızılbaş on nəfər rumiyə qarşı dururdu.

İskəndər bəy Münşi “Aləm Araye Abbasiyan” kitabında deyirdi: “Əgər qızılbaş əmirləri arasında həmrəylik yaransaydı, Azərbaycanın və Şirvanın birlikdə sayı 50 min nəfərə çatan bütün qoşunları birləşsəydi, habelə gürcü çarları onlara qoşulsaydılar, o zaman Lələ paşanın ölkəyə basqını belə asan olmazdı. Lakin əmirlərin çəkişməsi, tayfalar arasındakı ədavət və təşəbbüssüzlük üzündən nəinki təkcə ölkə itirildi, habelə, qızılbaşların nüfuzlu başçıları həlak oldular. Azərbaycan qoşunu məhv edildi, bir sıra illər boyu yığılmış əmlak və ləvazimat isə talan edildi”.

Mustafa Lələ paşa Çıldır döyüşündə qalib gəldikdən sonra Gürcüstana yollandı. Gürcüstanıda zəbt edən Osmanlı qoşunları Şirvan istiqamətinə irəliləyirdilər. Lakin ərzaq cəhətdən ciddi problemlər olduğuna görə biraz ləngiməli oldular. Nəhayət Azərbaycan cənub hakimi Əmir xan ordusu ilə birlikdə Məhəmməd xan Toxmaq Ustaclının köməyinə gəldi. Əmir xan burada Mustafa paşanın quvvələrinin Şirvana qoşun yürütdüyünü eşidib, Qarabağ hakimi İmamqulu xanla bərabər Alazan sahilində Mustafa paşanın quvvələrinə hücum etdilər. Qızılbaşlar təxminən 3.000-ə yaxın adam öldürdülər. Alazan sahili döyüşündə qızılbaşlar qalib gəlib qənimət də ələ keçirdilər. Mustafa Lələ paşa Krım xanı Adil Gireydən kömək istədi. Adil Girey Şirvan hakimi Araz xan Rumlunu əsir aldı.1578-ci ilin dekabrında Qəzvindən ordu ilə gəlmiş vəzir Mirzə Salman Mollahəsən adlı yerdə tatarları məğlub edib Adil Gireyi əsir aldı. Osmanlı quvvələri birazda olsun geri çəkilə bildilər. 1579-cu ilin əvvəllərindən etibarən saraydaMehdi – Ülya xanıma qarşı başlanan kütləvi etirazlar çoxalmağa və inqlabın çıxmasına səbəb ola bilərdi. Buna əsasən sarayda olan intriqanın nəticəsində Mirzə Salman Qəzvinə getməli olur. Sarayda faciələrin baş verməsi ilə Mirzə Salman Qəzvinə getməli olur. Bu vaxt Dərbənddə qızılbaşlardan saxlanılan Osman paşa krım tatarlarının köməkliyi ilə Dərbənddən çıxıb İstanbula gəldi. Döyüşlər yenədə gedirdi. 1984-cü ildə Sultan III Muradın əmri ilə Cəfər paşa və Sinan paşa Azərbaycanın digər bölgələrini zəbt etmək üçün Azərbaycana yollandılar. Cəfər paşa Təbrizə irəliləyərək oranı zəbt edib Ərdəbil ətrafına irəlilədi. Bu vaxt Sultan Məhəmməd Xudabəndə ölür və yerinə oğlu AbbasMirzə taxta çıxır. 1588-ci ildə Bağdaddan Həmədana irəliləyən Sinan paşanın rəhbərliyi ilə osmanlı qoşunu Nəhavənd məntəqəsini tutur. Bu zaman sultan qoşunları Qarabağı tuturlar. Gürcüstanı tamam özünə hakim edən Fərhad paşa orduları ilə Gəncəyə və Bərdəyə daxil oldu. Bu vaxt Qarabağı talan edən sultan qoşunları Naxçıvanı tuturlar. Beləliklə Səfəvi İmperiyasının vuran ürəyi olan Azərbaycan saray intriqasının və qızılbaş əmirlərinin təkəbbürlüyü və səhlənkarlığının qurbanı olur.

 

Sultan III Murad

Sarayda olan faciə 1579-cu il

Mehdi – Ülyanın qızılbaşların yerinə fars əyanlarının vəzifələrə təyin etməsi qızılbaşları özündən çıxarırdı. Osmanlı dövləti ilə ağır müharibə getdiyi ərəfədə 1579-cu ilin əvvəllərində qızılbaşlar     Mehdi – Ülyanın bəzi azərbaycanlı türk əmirlərini heçnədən öldürməsinə görə və qızılbaşlara olan nifrətindən bezən bəzi qızılbaş əmirləri saray hərəminə daxil olan qızılbaşlar Mehdi – Ülyanı qətlə yetirdi. Mehdi – Ülyanın qətlində iştirak edən hər bir qızılbaşı 1588-ci ildə hakimiyyətə keçmiş oğlu Abbas Mirzə cəzalandırdı.

Sultan Məhəmməd Xudabəndənin süqutu– 1587.

İradəsiz və sözü həç kəsin yanında keçməyən Sultan Məhəmməd Xudabəndəyə 1587-ci ildə Xorasan hakimi və oğlu Abbas Mirzənin lələsi Əliqulu xan Şamlı şaha qarşı çıxır. 1587-ci ildə Əliqulu xan Şamlının və Mürşid Qulu xan Abbas Mirzəni taxta otuzdurub, Sultan Məhəmməd Xudabəndəni hakimiyyətdən kənarlaşdırdılar. Onlar elə bilirdilərki hakimiyyətə gətirdikləri Abbas Mirzəni özləri idarə edəcək və hakimiyyət tamamilə onlara məxsus olacaqdır. Lakin Abbas Mirzə onları tutduqları vəzifəyə yenidən qoydu.

Sultan Məhəmməd Xudabəndə isə 1588-ci ildə Qəzvində zindana salındı. 1595-ci ildə(bəzi tarixçilərə görə 1596) 21 iyun(və yaxud 10 iyun) 63 yaşında həbsdə dünyaya göz yummuşdur. Sultan Məhəmməd Xudabəndə iradəsiz, zəif və səriştəsiz bir siyasətçi və şah idi.

Dövləti – Səfəviyyənin xəzinəsi Sultan Məhəmməd Xudabəndənin vaxtında 900 qızıla bərabər idi. Dövləti – Səfəviyyənin bütün iqtisadiyyatı, siyasəti tamamilə məhv olmuşdu. Şərəf xan Bitlisi bu haqda yazır: “Sultan Məhəmməd Xudabəndə iradəsiz, gücsüz və səriştəsiz şah idi. Çox maraqlı bir faktdır ki, Şah Təhmasibin güclü möhkəmlənmə siyasəti nəticəsində ölkənin qudrəti qalxdığı halda, Sultan Məhəmməd Xudabəndənin vaxtında ölkənin içərisi qan ağlayırdı.”.

Şah Böyük Abbas Səfəvi –Dirçəlmə dövrü

Şah Abbas 1587-ci ildə Qəzvində 16 yaşında taxta gəldi. Atası Sultan Məhəmməd Xudabəndənin səriştəsiz siyasəti nəticəsində Dövləti – Səfəviyyənin vuran ürəyi olan Azərbaycan düşman tapdağı altında qalmışdı. Bundanda əlavə özbəklər də, Xorasana girib oranı ələ keçirmişlərdi. Şah Abbas hakimiyyətə gəldiyi ilk gündən islahat prosesinə başlamaq istəyirdi. İslahatları rahat etmək üçün Şah Abbas Osmanlı dövləti ilə sülh planları hazırlayırdı. 1590-cı ildə Səfəvi – Osmanlı arasında İstanbul sülhü bağlandı. İstanbul sülhünə əsasən Lənkəran, Ərdəbil, Xalxal və Qaracadağdan əlavə bütün Cənubi Qafqazın digər əraziləri, habelə Nəhavənd, Luristan, Şəhrizur Osmanlı dövlətinə verildi.

Şah Abbas islahat prosesinə başladı. İlk islahat 1598-ci ildə paytaxtı Qəzvindən İsfahana keçirtmək oldu. İkinci və ən mühüm islahat hərbidə baş verdi. Şah Abbas Səfəvi hərbi gücünü 4 yerə böldü: Qızılbaşlar, Qulamlar(Muzdlular), Tüfənkçilər, Artileriya – Bombaçılar.

Ali hakimiyyətdə Şah Abbas qızılbaşların rolunu əllərindən aldı. Şah Abbas üsyançı qızılbaş əmirlərinə və anası Mehdi – Ülya xanımın sui-qəsdində adı çəkilən bütün qızılbaş əmirlərini edam etdi. Qızılbaş tayfalarının hakimiyyətdən qisməndə olsun uzaqlaşdıra bildi. Hakimiyyəti tamamilə öz əlində cəmləşdirdi və Böyük Abbas ləqəbinə yiyələndi. Xarici siyasətdə isə o, ilk növbədə Azərbaycanı, sonra isə Xorasanı, İraqı və Fars körfəzindəki Portuqaliya adalarını azad etmək istəyirdi.

a)Səfəvi – Özbək əlaqələri

Şah Abbas hakimiyyətə gəldikdə artıq özbək xanı Abdullahın Xorasanı işğal etmişdi. 1590-cı il İstanbul sülhü və orduda olunan islahatlardan sonra Şah Abbas Xorasana hücum etmə əmrini verir. 1597-ci ildə Xorasana irəliləyən Şah Abbas Xorasanı zəbt edərək Abdullah xan ordusuna ağır zərbə vurur. Burada Şah Abbas 40.000 özbəyi və satqın fars əmirlərini ailələri ilə bərabər edam etdirir. Bundan sonra Şah Abbas Heratı, Qəndəharı və Əfqanıstanın böyük bir hissəsini ələ keçirir. Səfəvilər Şah Təhmasibdən sonra Qəndəhara belə bir hücum etməmişlərdi. Beləliklə Şah Abbas Xorasanı, Heratı, Qəndəharı və Əfqanıstanın yarısını Səfəvi İmperiyasına yenidən qatır. Buradan isə Azərbaycan tərəfə hərəkət edir.

b)Səfəvi – Osmanlı əlaqələri

XVII əsrin əvvəllərində Osmanlı dövləti zəifləməyə və geriləməyə doğru addımlayırdı. Bu Osmanlı dövlətinin ağır gününü görən Şah Abbas qızılbaş dəstələri ilə bərabər hərbi hücum hazırlayırlar. Plana əsasən Şah Abbasın dəstəsi güclü hazırlıq görərək ilk növbədə Təbriz tərəfə irəlilədilər.

1603-cü ilin 14 sentyabrında Şah Abbas Təbrizin azad edilməsi üçün hərbi kompaniyaya başlayır. On dördcə günün içərisində bu gənc sərkərdə osmanlıların gözləmədiyi bir vaxtda öz qoşunlarını İsfahandan Təbrizə yeridir. Yol boyunca Əmirgunə xan Ağcaqoyunlu-Qacar və Zülfüqar xan Qaramanlının qoşunları da ona qoşulur. Onlar Təbrizə yaxınlaşanda şəhərin əhalisi üsyan edir ki, bu da Şah Abbasın şəhəri, bir ay sonra isə qalanı tutmasına şərait yaradır. Osmanlı qoşunlarını Təbrizin qərbinə qovan Şah Abbas öz ordusunu Araz çayına doğru yönəldir. Naxçıvan və Culfa döyüşsüz təslim olur. Az sonra üsyana qalxan Ordubad da onlara qoşulur. Şah Abbasın birinci vəziri ordubadlı Hətəm bəyin tövsiyyəsi ilə Ordubad bunun müqabilində bütün vergilərdən azad edilir.

İrəvanı tutmaq isə heç də asan olmur. Şəhərin mühasirəsi 1603-cü ilin 16 noyabrında başlanır. Şah Abbas məşhur Azərbaycan topçusu Bahadur xan Topçubaşının tökdüyü iri çaplı toplardan ilk dəfə burada istifadə edir. Azərbaycan ordusunun başında öz qarşısına Şah İsmayıl Xətainin yaratdığı nəhəng Səfəvi dövlətini bərpa etmək vəzifəsi qoymuş 16 yaşlı gənc, ağıllı, çevik, cəsur və şərəfli bir sərkərdə dururdu. İrəvan qalası yalnız bir ildən sonra alınır. Bu vilayətin idarəsi Əmirgunə xan Ağcaqoyunlu-Qacara, Naxçıvan isə Maqsud sultan Kəngərliyə tapşırılır. Bundan sonra Gürcüstan da  Şah Abbasdan vassal asılılığını qəbul edir.

İndi Qarabağ və Şirvanın azad olunması qalırdı. Qarabağ bəylərbəyliyinə Hüseyn xan Müsahib Qacar təyin olunmuşdu. Osmanlıların əsas qüvvələri ilə döyüş hələ qabaqda idi. Qarşıdakı həmin döyüşün əhəmiyyətini başa düşən Şah Abbas Səfəvilərin ənənəvi taktikasını – "yandırılmış torpaq" taktikasını seçir. Ancaq bu dəfəki öz miqyası və qəddarlığı ilə Şah Abbas seçildi. Osmanlılarla Şirvanı ayıran nəhəng bir ərazi boşaldılır, şəhərlər təmizlənir, əhali isə İranın mərkəzi rayonlarına köçürülür. Dağıdılan şəhərlər arasında Culfa, Naxçıvan və İrəvan da vardı. Cəlaloğlu Sinan paşanın başçılıq etdiyi türk orduları İrəvana girəndən sonra ərzaqsız və yatacaqsız qalıb, yenidən Vana dönürlər. Bu tarix Azərbaycan xalqının yaddaşlarında “Böyük sürgün” kimi yadda qalır. Və elə bu zaman şah Abbasın qoşunları Van üzərinə yürüş edərək, Sinan paşa dəstələrini pərən-pərən salırlar. Salmasdan Təbrizə qədər 250 kilometrlik bir ərazi boş bir düzəngaha çevrilir. Buna baxmayaraq Sinan paşa yenidən 100 minlik nəhəng bir ordu toplayıb, Təbriz üzərinə yeriyir. 1605-ci ilin 7 noyabrında Sufiyan kəndi yaxınlığında Şah Abbasın apardığı ən iri döyüşlərdən biri baş verir. Onun hərbi istedadı da burada özünü parlaq bir şəkildə biruzə verir. Şah Abbasın üstün hərbi taktikası nəticəsində həddən artıq qənimət, o cümlədən 100-ə qədər ağır top ələ keçirilir.

Həmin qələbədən dərhal sonra Qarabağa yeriyən Şah Abbas Gəncə qalasını mühasirəyə alır. Qalanın mühasirəsi 1606-cı ilin yayına qədər, düz 4 ay davam edir. Hüseyn xan Mühasib Qacarın yerinə Məhəmməd xan Ziyadoğlu Qacar Qarabağ hakimi təyin olunur. Bundan sonra Şah Abbas qoşunlarını Lori, Dmanisi (əvvəl adı Dumanlı) və Tiflisə yeridərək, Şirvana doğru hərəkət edir. Şamaxı yarım il mühasirədə saxlanır. Bu vaxt Bakı və Dərbənd əhli üsyana qalxaraq, osmanlı qarnizonlarını dağıdır. Beləliklə, 1607-ci ilin ortalarında Şah Abbas çoxdankı arzusunu həyata keçirib, bütün Azərbaycanı azad edir. Bundan başqa şərqi Kürdüstan və Gürcüstan da Şah Abbasın əlinə keçir.

Osmanlı tarixçisi İbrahim Pəçəvi həyəcanla yazırdı: “Beləliklə, şanlı türk ordusunun 10-12 ildə əldə etdikləri hər şey itirildi. Bu məlun şah ikicə ildə hər şeyi döyüşlə əlimizdən aldı.”

Osmanlılar itirdikləri ərazilərin əldən çıxması ilə barışmaq istəmir və 1590-cı il müqaviləsinə qayıtmaq istəyirdilər. Bu isə 1612-ci ildə bağlanmış yeni sülh sazişi imzalanana qədər fasiləsiz müharibələrə gətirib çıxarır. 1612-ci il Nasuh paşa sazişinə əsasən, mövcud sərhədlər tanınırdı.

Bu qələbədən sonra Şah Abbas bir anda olsun belə yerində sakit qalmayaraq, Gürcüstana irəliləyir. Gürcüstanın şərqini işğal edib talan edir və 30.000 nəfər dinç sakini əsir götürür. Osmanlı sultanı I Əhməd Gürcüstanın işğalını qəbul etməyib cavab olaraq sülh sazişini pozaraq 100.000-lik qoşunla Qafqaza irəlilədi.

Şah Abbas açıq döyüşdən yayınaraq osmanlı ordusunun arxa cəbhə ilə əlaqələrini qırmaqla kifayətlənir. Aclığa dözə bilməyən osmanlılar 1616-1617-ci ilin qışında böyük itkilər verərək, geri çəkilirlər. O biri il Xəlil paşa osmanlılar və Krım tatarlarından ibarət çoxsaylı ordusu ilə Təbrizə, sonra isə Ərdəbilə hücum çəkir.

İndiyəcən hər dəfə irimiqyaslı döyüşdən yayınan Şah Abbas nəhayət, Sınıq körpü adlanan yerdə düşmənlə üzləşmək qərarına gəlir. Bu döyüşdə osmanlılar və Krım tatarları darmadağın olurlar. Osmanlı ordusunun komandanı Həsən paşa döyüşdə Şah Abbasın əmri ilə başı bədənindən ayrılır. Bundan sonra osmanlılar 1618-ci ilin sentyabrında növbəti dəfə sülh sazişi bağlamağa məcbur olurlar. Bu sülh də uzun çəkmir. Bu dəfə sülhü Şah Abbas pozur. 1622-1623-çü illər ərzində Şah Abbas Ərəb İraqını Bağdad, Kərbəla, Nəcəf, Mosul, Kərkük kimi iri şəhərlərini və Gürcüstanda Ahalsıxı tutur. Üstündən bircə il keçməmiş vaxtilə şah Abbasın öz yanında hərbi hazırlıq görən Georgi Saakadze Səfəvilərlə mübarizəyə qalxır. Saakadzenin qoşunları şərqi Gürcüstanı azad edir, sonra isə Gəncəni tutaraq, dağıdırlar. Şah bu üsyanı yatırmaqdan ötrü iri bir qoşun göndərir və həmin qoşun 1625-ci ilin 30 iyununda Gümüşlü adlanan yerdə gürcülər üzərində qələbə çalır. Şah Qarabağ hakimi Məhəmməd Qulu xan Ziyadoğlu Qacarı qorxaqlıq göstərdiyinə görə edam etdirir.

c)Səfəvi – Avropa əlaqələri

İngiltərə, Fransa, İspaniya, Rusiya və Hollandiya Şah Abbasın məşhurluğunu eşidib onunla əlaqələr saxlayıb elçilər göndərirdilər. Şah Abbasda onlara elçilər göndərir və qarşılıqlı hədiyyələr göndərirdilər.

1622-ci ildə Şah Abbas 1515-ci ildən Fars körfəzinə sahib olan Portuqaliya Şah İsmayıl haqqın rəhmətinə qovuşduqdan sonra Dövləti – Səfəviyyənin xəzinəsinə xərac verməkdən boyun qaçırmışlardı. Bu səbəbdən Şah Abbas İraqı yenidən Səfəvi İmperiyasına birləşdirəndən sonra Fars körfəzinə donanma tərtib etdi. Donanma Hormuz və bəzi digər adaları fəth edib yenidən Səfəvilərə birləşdirdi. Bəhreyn, Qətər və Küveyt yenidən Səfəvilərə birləşdirildi.

Şanlı fateh Şah Abbas 1514-cü ilə qədər Səfəvi xəritəsində olan dövlətləri yenidən şanlı və əzəmətli Səfəvilər İmperiyasına birləşdirdi.

Şah Böyük Abbas Səfəvinin ölümü – 1629

Xalqın qəhrəmanı, igid və şücəatli sərkərdə, bacarıqlı siyasətçi və xalqın iradəsi ilə “Böyük” adı verilmiş Şah I Abbas 1629-cu ilin 19 yanvarında 57 yaşında haqqın rəhmətinə qovuşmuşdur.

XIX əsrin görkəmli Azərbaycan tarixçisi, şair və ictimai xadimi Abbasqulu ağa Bakıxanov Azərbaycan tarixinə həsr etdiyi məşhur "Gülüstani-İrəm" əsərində Şah Abbasın hakimiyyət dövrünə qiymət verərkən yazır: “Müdrik dövlət idarəçiliyi və quruculuq işləri ilə şöhrət qazanan şah Abbas elə mülki və hərbi qayda-qanunlar qoyub gedib ki, fars şahları indi də onlardan istifadə edirlər. Hətta hökmdarların ləyaqətinə ciddi yanaşan Avropa tarixçiləri də bir elm və sənət hamisi olaraq, şah Abbası "Böyük" sözü ilə xatırlayırlar. Bu böyük insanın adını ədalət və müdriklik rəmzi sayan Asiya xalqlarında isə o, az qala bütləşdirilir. Şah Abbas o qədər ictimai binalar ucaldıb ki, Şərqin heç bir hökmdarı bu barədə onunla ayaqlaşa bilməz. Bütün Fars və Zaqafqaziya diyarı boyunca şəhərlərdə tikilən məscid və məktəblər, düzəngahlarda salınan karvansara və su kəmərləri onun nəcib əməllərindən hələ uzun zaman soraq verəcəkdir. Şah Abbas öz dövründə yaşamış bütün şair və alimlərlə dostluq etmiş, özü də indiyə qədər yüksək qiymətləndirilən şerlər yazmışdır.”.

Şah Abbas dünyanın ən böyük fatehləri sırasında özünün adını yazanlardan oldu. Onun Azərbaycanı azadlığa qovuşdurmasına və Dövləti – Səfəviyyəni dirçəltməsinə görə həqiqətən fateh idi.

Şah Abbas qızılbaşlara anası Mehdi – Ülya xanıma etdikləri sui-qəsdə görə və atası Sultan Məhəmməd Xudabəndənin dövründə xəzinəni tamam boşaltdıqlarına görə inamı azalmış və onları qisməndə olsun hakimiyyətdən kənarlaşdırmışdı. Şah Abbas tarixçilərin dediklərinə görə heç bir məmura inanmayaraq hər cümə günləri sivil paltar geyinərək əhalinin dərdini soruşur və tez əməl edirdi.

Şah Səfi – durğunluq və geriləmə dövrü

Şah Böyük I Abbasın 1629-cu ildə ölümündən qabax oğlu Səfi Mirzəni vəliəhd elan etmişdir. Lakin Səfinin ölümünə sonra yalnız nəvəsi Sam Mirzə vəliəhd elan olundu. Şah Böyük I Abbasın ölümündən sonra, atası Səfi Mirzənin adını götürərək hakimiyyətə Şah Səfi kimi gəldi.

Şаh Sәfi öz аilә üzvlәrinә qаrşı yоl vеrdiyi cinаyәtlәrә görә tаriхin әn dаşürәkli şаhlаrındаn birinә çеvrildi. Bu хаsiyyәt оnа bir miqdаr II İsmаyılın dаvrаnışındаn, hәmçinin еlә Şаh Аbbаsın özündәn kеçmişdi. О özünün 13 il yаrımlıq hаkimiyyәti dövründә dеmәk оlаr ki, Sәfәvi nәslinin bütün üzvlәrini, әmirlәrin çохunu, hәttа öz аrvаdını vә qızını öldürdü, bu sülаlәnin аdınа еlә bir lәkә yахdı ki, оnu tәmizlәmәk qеyri-mümkündür. О göstәriş vеrdi ki, Әlәmutdа yаşаyаn Mәhәmmәdmirzә vә İmаmqulu аdlı iki kоr әmisini qаlаnın bаşındаn аtsınlаr.

a)Səfəvi – Osmanlı əlaqələri

Sultan IV Murad hakimiyyətə çevrilişdən sonra gəlməsi ilə Osmanlı dövlətində dönüş nöqtəsi oldu. O, gecə-gündüz İraqı fəth etmək barədə fikirləşirdi. Hakimiyyətə Şah Səfinin gəlişi ilə dövlətin içərisində təqiblərin güclənməsi ilə Sultan IV Murad hərbi əməliyyatlar aparmaq gərarına gəlir.

1630-cu ildə Оsmаnlı dövlәtinin bаş vәziri Хоsrоv pаşа bir qоşunlа Həmədana üz tutdu. Qızılbaşlardа öz qоşun bаşçısı Zеynаl хаnlа оrаyа üz tutdu. Hәmәdаn yахınlığındа bаş vеrәn yüngül döyüşdәn sоnrа qızılbаşlаr Оsmаnlılаrа qаlib gәldilәr. Yalnız Zeynal xanın satqın qızılbaşlar tərəfindən öldürülməsi ilə osmanlılar Bağdadı mühasirə etdilər. Qızılbаş qоşunu оsmаnlılаrа hücum еdәrәk оnlаrın böyük bir hissәsini öldürdü. Оsmаnlı qоşunu hеç bir müvәffәqiyyәt әldә еtmәdәn gеri döndü. Оnlаr Hillәyә gеdib оrаdа bir qаlа tikdilәr. Аmmа qızılbаş qоşunu Hillә qаlаsını mühаsirәdә sахlаdıqdаn sоnrа оsmаnlılаrı оrаdаn qаçırа bildi vә qаçаrkәn оnlаrın çохu öldürüldü.Şаh Sәfi bir müddәt Kәrbәlа vә Nәcәfdә qаldı. Hәmçinin Nәcәf qаlаsının möhkәmlәndirilmәsi üçün dә bir sırа işlәr görüldü. Bundаn sоnrа İsfаhаnа qаyıtdı. Оsmаnlılаrın sоnrаkı hücumlаrı 1632-ci ildә Vаn gölü istiqаmәtindә оldu. Оrаdа iki qоşun bir müddәt bir biri ilә vuruşdu vә nәhаyәt, döyüş оsmаnlılаrın qorxudan qаçmаsı ilә nәticәlәndi. Bir dаhа qızılbаşlаrın Оsаmаnlı qоşunundаn qüvvətli оlduğu üzә çıхdı.

Sultаn IV Murаd bаş vәziri ilә birlikdә 1634-cü ildә İrәvаnа hücum еdәrәk şәhәrin qаlаsını әlә kеçirә bildi. Lаkin оnlаr Tәbrizә tәrәf gәlmәdilәr vә еlә оrаdаn qаyıtdılаr. Bu хәbәri еşidәn Şah Səfi ordusu ilə bərabər 1635-ci ildə osmanlıları İrəvan ətrafında yerlə-yeksan etdi.

Оsmаnlı qоşunu bir dаhа 1636-1637-ci illərdəBаğdаdа yоllаndı vә bu dәfә Bаğdаd qаlаsını аlа bildi. Böyük qәlәbә әldә еtmiş оsmаnlılаr dәrhаl sülh tәklif еtdilәr vә hәmin şәrаitdә оnu qәbul еtmәkdәn bаşqа bir çаrә qаlmаmışdı. Bu sülh müqаvilәsi 1639-cu ildә may ayının 17-də Qəsri – Şirində Şah Səfi və Sultan IV Murad tərəfindən imzalandı.Müqaviləyə görə Ərəb İraqı osmanlılarda, Zəncir qalasından şərqdəki torpaqlar Səfəvilərdə qalırdı. Cənubi Qafqazda isə sərhədlər əvvəlki kimi qalırdı.1639-cu il Qəsri-Şirin sülhü 1514-cü ildən davam edən Səfəvi – Osmanlı  müharibələrinə son qoydu. Hər iki ölkənin siyasi və iqtisadi həyatına müsbət təsir göstərdi.

Sultan IV Murad

b)Səfəvi – Moğol əlaqələri

1627-ci ildə Moğol dövlətinin başına Şah Cahan keçdi. Hakimiyyətə gəldikdə bir çox islahatlar aparmaq gərarına gəldi. Bu vaxt isə o, Qəndəharı ələ keçirmək isyəyirdi. Səfəvi İmperiyasındaki qarışıqlığı görən Şah Cahan 1638-ci ildə Qəndəhara qoşun göndərərək oranı fəth edir. Bu vaxt İrəvanda osmanlı ordularını darmadağın edən Şah Səfi ordusunun az bir hissəsini Qəndəhara göndərir. Qızılbaşlar az olduqları halda məğlub oldular. Şah Cahan Qəndəharı ələ keçirdi.

Şah Səfinin ölümü – 1642

Şah Səfi dövrü onun səriştəsiz siyasəti nəticəsində durğunluq və zəifləmə oldu. Lakin hərbi istedada malik olması açıq aşkardır. Şah Səfi daşürəkli, zalım və eyni zamanda içki və eyş-işrət aşiqi idi. 1642-ci ildə 31 yaşında ölmüşdür. Hakimiyyət ərəfəsində yalnız içki və eyş-işrətlə məşğul olan Şah Səfi Şərq tarixində ən qəddar hökmdarlardan biri olmuşdur. Hakimiyyəti boyu özünün bütün rəqiblərini(Səfəvi sülaləsindən) edam etidrmiş, balaca oğlan uşaqlarını isə boğduraraq öldürtmüşdü. Lakin bütün bu pis əməllə savayı o, Azərbaycan torpağı uğrunda düşəmənə qarşı vuruşmuş və zəfər qazanmışdır.

Davam edəcək...

Müəllif: Əli Əlizadə

Gənc tədqiqatçı



Azərbaycan türklərinin 1988-ci il deportasiyası
21:14 / 12-09-2017
“Məhəmməd Əmin Rəsulzadənin “Çağdaş Azərbaycan Tarixi” əsərinin təhlili
00:33 / 03-06-2016
Azərbaycan Cümhuriyyəti tələbələri haqqında qısa arayış I hissə
15:25 / 27-05-2016
II Dünya savaşında Azərbaycanın əhəmiyyəti II hissə
17:36 / 23-05-2016
Məşrutə İnqlabı və Güney Azərbaycan
17:32 / 23-05-2016
II Dünya savaşında Azərbaycanın əhəmiyyəti I hissə
12:35 / 17-05-2016
Psixoloji – Antropologiya nədir ?
12:51 / 27-04-2016
Xacə Zeynalabidin Əli Əbdi bəy Şirazinin “Təkmilətül-Əxbar” əsəri Azərbaycan tarixinin bir mənbəsi kimi - II HİSSƏ
23:38 / 08-04-2016
Xacə Zeynalabidin Əli Əbdi bəy Şirazinin “Təkmilətül-Əxbar” əsəri Azərbaycan tarixinin bir mənbəsi kimi - I HİSSƏ
23:05 / 31-03-2016
Maaf institutu və onun xanlıqlar sistemində yeri
22:56 / 26-02-2016
Xəzər türklərinin etnik antropologiyası
00:41 / 26-02-2016
Səfəvi İmperiyasının xarici siyasəti - VII HİSSƏ
20:18 / 11-02-2016
Səfəvi İmperiyasının xarici siyasəti - V HİSSƏ
23:28 / 01-02-2016
Səfəvi İmperiyasının xarici siyasəti - IV HİSSƏ
21:23 / 30-01-2016
Səməd bəy Mehmandarov və Azərbaycan ordusu - IV HİSSƏ
01:09 / 19-01-2016
Səfəvi İmperiyasının xarici siyasəti - III HİSSƏ
00:25 / 15-01-2016