BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Səfəvi İmperiyasının xarici siyasəti - III HİSSƏ

00:25 / 15-01-2016   /   baxış - 585

Birinci hissəikinci hissə burada...

Yavuz Səlim birinci məktub şaha çatmamış ikinci küfr dolu məktubunu yazaraq şaha yollamışdır. Başdan ayağa təkəbbürlə və təhqiramiz cümlələrlə psixoloji təsir göstərmək yolu ilə öz məqsədinə nail olmaq istəmişdi. Bu məktub ədəb və əxlaq çərçivəsindən xaric olsada, məzmun tarixi həqiqətləri aydınlaşdırmaqdan ötrü burada qeyd olunmuşdur.

Yavuz Səlimin Şah İsmayıla ikinci məktubunun tərcüməsi:

“Bu məktub Varisi-Süleymandandır və “Mərhəmətli və Bağışlayan Allahın adı ilə” başlayır. Salam olsun Muhəmmədə(s) və onun əshabələrinə.

Bu məktub Allah-Təalanın xəlifəsi, Süleyman məkanlı, İskəndər nişanlı, Firudin zəfərli, küfrün qatili və imanın bərqərar olması üçün çalışan, cəsur şir kimi ədalət və ehsan bayrağını ucaldan Sultan Yavuz Səlim ibn Sultan Bəyazid ibn Sultan Məhəmməd ibn Sultan Murad tərəfindən- sənə Azərbaycan mülkünün şahı, zülm və sitəm ölkəsinin hökmranı, şər tayfasının başcısı, Qabilin bənzəri Əmir İsmayıla ona görə göndərilir ki, sən ey İsmayıl pak müsəlman millətini özünün yanlış əqidəsinə tabe etmiş, möhkəm dinin əsaslarını sarsıtmış, zülm olan əqidənin bayrağını özünə şüar seçmiş, azğın şiələrini bütün dünyaya tanıtmış və azğınlığın hökm etməsinə səbəb olmuşsan. Hər halda sünnət əhli və icmasının məşhur alimlərinin fitvası və sözlərinə əsasən müvafiq surətdə bizm imandan doğan uca hümmətimiz bu əməllərin qarşısını almağıvacib və zəruri saymış olarıq və qalibiyyət surətli qılıncımızla zillət torpağında zülm dövlətini məhv edər və şəriətül-islam dövləti olan Ali-Osmaniyəyə qoşarıq. “Zülm edənlər hara düşəcəklərini mütləq biləcəklər” ayəsində deyildiyi kimi, səndə o zaman hara düşəcəyini mütləq biləcəksən.

Əgər bir gün bizim mələklər yuvası, xoşbəxtlik qibləsi və ümidlər Kəbəsi olan Sultan Səlimin yəni mənim sarayıma gəlib tövbə yolunu seçsən “ Günahdan tövbə etmiş, günah etməmiş kimidir” ayəsinə əməl edərək pak və münəzzək sünni məzhəbinə qoşulsan, sən bizim lütf və inayətimizə laiq görülərsən.

Xoş o kəsin halına ki, mənim Şahi-Cahan Sultan Səlim xanın lütfünə və inayətinə laiq görülmüşdür. Yox əgər sən bizə itaətkarlıq göstərərək zülmü yenidən yaymağa cəhd göstərsən. Qəlbi iyrənç olanın nəsihət verməyin nə faydası!

Allahın köməyi ilə başını çaqqallar kimi dar ağacından asaraq sənin mütrüf əqidəni də səninlə bərabər məhv edəcəm. Səni və sənin əqidəni məhv edib o diyarda kimsəni sağ qoymayacağam.

Həmd yalnız Allaha məxsusdur!

920-ci ildə yazılmışdır!”.

 

Yavuz Səlimin Şah İsmayıla ikinci məktubu 1514-cü ilin əvvəli.

Sultan Səlim bu məktubu göndərəndən sonra Azərbaycan tərəfə hərəkət etdi və h.q. 920-ci ilin cəmadiəl-əvvəl ayının 20-də (iyul, 1514) Səfəvi sərhədinin yaxınlığındaki Ərzincan şəhərinə daxil oldu. Rumeli xəlifəsi Nur Əli Şah İsmayılın əmrinə əsasən şəhəri boşaltdığına görə, şəhər müqavimət göstərmədən Yavuz Səlimin əlinə keçdi. Sultan şəhərin yaxınlığında Yassiçəmən adlı yerdə düşərgə salaraq 18 gün orada qaldı.

Sultan Səlim belə bir şəraitdə Şah İsmayılı muharibəyə təhrik etmək üçün 1514-cü ilin iyulunda türk dilində yazdığı digər ədəbsiz məktubu ona göndərdi: məktubun farsçaya –farsçadan da Azərbaycan dilinə tərcüməsi belədir.

Sultan Yavuz Səlimin Şah İsmayıla üçüncü məktubu:

“İsmayıl Bahadıra- Allah onun qəlbini islah etsin!- bu məktubun yetişməsi ilə məlum olsun ki, sən xeyli müddətdir İslamın pərdəsini cırmax və insanların rəhbəri Məhəmmədin(s) şəriətini məhv etmək və üçün əməlli-başdı giyam qaldırmısan. Sənin bu zülmünü məhv etmək üçün mən saysız hesabsız ordumla sənin üzərinə yollanmışam. Bunu xəbər verməkdə məqsədim odur ki, bir neçə ay qabaxdan səndə bilib sonra deməyəsən ki, xəbərsizidim.

Elə gizlənmisən ki, varlığınla yoxluğun bilinmir. Görünür bu qorxunun təlaşı mənim cəsur əsgərlərimin qorxusundandır.

Qadir Allahın köməkliyi ilə səni məhv etməyə gəlirəm. ”.

Şah İsmayılın Sultan Səlimə birinci məktubu (cavab):

“Mehriban və Bağışlayan Allahın adı ilə! Salam olsun Rəsuli-Əkrəmə(s) və onun pak Əhli-Beytinə(ə).

Səfəvi Dövlətinin şahı Seyyid Şah İsmayıl ibn Şeyx Heydər əl-Musəvi əs-Səfəvidən- Osmanlı sultanı Yavuz Səlimə salamlarımı yetirirəm.

Daha sonra məlumun olsun ki, son zamanlar göndərdiyin üç məktub yetişdi. Məktublarında özünü islamçı və dinpərəst aparmaq istəyirsən, əmma sənin ifadə etdiyin ədəb çərçivəsindən kənara çıxan sözlərin sənin müsəlman olmadığına gətirib çıxarır. Mən yalnız haqqı yaymaqdan başqa heçnə etməmişəm. Sənin bizim dövlətimizdəki əhli-sünnə qardaşların necə yaşadığından xəbərin var, bəs bu kin-küdurətin səbəbi nədir. Əgər sənin içində azacıq qeyrət və cəsarət varsa, əlbəttə, mənimlə döyüş meydanına gəlib qoşunum ilə üzləşməlisən.

Ədəbi tərk etmək Sultanların şəninə yaraşmır. Yəgin bunların hamısı tiryəkin səbəbləridir. Ona görə sizə, xüsusi keyfiyyətli tiryəklə doldurulmuş mücrünü göndərmişəm ki, bəlkə istifadə edəsiz.

Ağıllı olun Sultan! Bu işin aqibətinidə düşünün!

İnşaallah-təala! Vəssəlam. Hicri 920-ci ilin cəmadiəl-axir ayının sonralarında. ”.

Şah İsmayıl nokəri Şahqulu Ağabuyu məktub və tiryəklə Yavuz Səlimə göndərdi.

Bu ibrətamiz məktub yığcam şəklində yazılmasına baxmayaraq, məna baxımından böyük tarixi, ictimai və əxlaqi əhəmiyyətı malikdir.

Şəxsən tiryək qəbul etməyə adət etmiş Sultan Səlim bu məktubu alanda elə qəzəbləndi ki, Şah İsmayılın elçisi Ağabuyu qətlə yetirdi- Buda Sultan Səlimin əxlaqı və ədəbi xususiyyətlərindən biri.

Sultan Yavuz Səlimin Şah İsmayıla dördüncü məktubunun tərcüməsi:

“ İsmayıl Bahadır- Allah onun şənini ucaltsın!- bu yüksək məzmunlu, cahanı bəzəyən məktubum sənə çatanda bilməlisən ki, sənin məktubun mənim xoşbəxt dərgahıma çatmışdır. Sənin bu cəsarət dolusu məktubunu oxuyub cəsarətini daha da artıracaq bir məktub göndərirəm ki, hərəkitini tezləşdirib bizi intizardan qurtarasan.

Mən cürətimin gücü ilə ordum və toplarımla zülm məskəni olan Səfəvi sərhədini keçərək sənin zülm torpaqlarındayam. Hər bir hökmdarın torpağı onun namusudur. Əgər döyüşdən üz çevirib qaçaçaqsansa kişi sözü sənə haramdır. Haqq yolu tutub gedənlərə salam olsun!

920-ci ilin rəcəb ayına keçən gecə yazıldı. ”.

Məktub Şah İsmayıla çatanda Məhəmməd xan Ustaclu Xoy ətrafında mövgə tutaraq Şahdan əmr gözləyirdi.

Bu zaman Şah İsmayıldan Yavuz Səlimə Çaldıran düzənliyinə (Maku ş. yaxınlığı) muharibəyə səslənən bir çağırış gəldi. Sultan Səlim Çaldıran ətrafına irəlilədi.

Müəllif: Əli Əlizadə

 

Gənc tədqiqatçı



“Məhəmməd Əmin Rəsulzadənin “Çağdaş Azərbaycan Tarixi” əsərinin təhlili
00:33 / 03-06-2016
Azərbaycan Cümhuriyyəti tələbələri haqqında qısa arayış I hissə
15:25 / 27-05-2016
II Dünya savaşında Azərbaycanın əhəmiyyəti II hissə
17:36 / 23-05-2016
Məşrutə İnqlabı və Güney Azərbaycan
17:32 / 23-05-2016
II Dünya savaşında Azərbaycanın əhəmiyyəti I hissə
12:35 / 17-05-2016
Psixoloji – Antropologiya nədir ?
12:51 / 27-04-2016
Xacə Zeynalabidin Əli Əbdi bəy Şirazinin “Təkmilətül-Əxbar” əsəri Azərbaycan tarixinin bir mənbəsi kimi - II HİSSƏ
23:38 / 08-04-2016
Xacə Zeynalabidin Əli Əbdi bəy Şirazinin “Təkmilətül-Əxbar” əsəri Azərbaycan tarixinin bir mənbəsi kimi - I HİSSƏ
23:05 / 31-03-2016
Maaf institutu və onun xanlıqlar sistemində yeri
22:56 / 26-02-2016
Xəzər türklərinin etnik antropologiyası
00:41 / 26-02-2016
Səfəvi İmperiyasının xarici siyasəti - VII HİSSƏ
20:18 / 11-02-2016
Səfəvi İmperiyasının xarici siyasəti - VI HİSSƏ
23:54 / 06-02-2016
Səfəvi İmperiyasının xarici siyasəti - V HİSSƏ
23:28 / 01-02-2016
Səfəvi İmperiyasının xarici siyasəti - IV HİSSƏ
21:23 / 30-01-2016
Səməd bəy Mehmandarov və Azərbaycan ordusu - IV HİSSƏ
01:09 / 19-01-2016
Səməd bəy Mehmandarov və Azərbaycan ordusu - III HİSSƏ
23:27 / 14-01-2016