BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Səfəvi İmperiyasının xarici siyasəti - VII HİSSƏ

20:18 / 11-02-2016   /   baxış - 840

Əvvəlini buradan oxuyun

Şah II Abbas Səfəvi

Sabitlik və çiçəklənmə dövrü

Şah II Abbas Səfəvi 1642-ci ildə atası Şah Səfi öldükdən sonra taxta əyləşdi. Görkəmli tarixçiL.Lokhart göstərir ki," Təbiətən qəddar şəxs olan II Abbas umumilikdə, ölkəni ağılla və ədalətlə idarə edirdi. Atası və gələcək sələfləri kimi o da, tufeyli həyat tərzinə meyl göstərsədə, hakimiyyət buxovlarını əlindən buraxmırdı". A.Bakıxanov da "ədalətlilik, ciddilik və poeziyaya məhəbbətin” II Abbasın səciyyəvi cəhətləri olduğunu qeyd edir. Ümümillikdə Şah II Abbasın hakimiyyəti sabitlik və əminamanlıqla keçir.

 

Hakimiyyətə gəlişinin ilk günlərində Şah II Abbas islahat prosesinə başlayaraq Qəndəharı Moğollardan təmizləmək istəyirdi.

a)Səfəvi – Moğol əlaqələri

Şah II Abbas 1648-ci ildə Qəndəhara hücum etdi. Şah Cahanın dəstələrini bir-bir məhv edən Şah II Abbas Qəndəharı yenidən Sə

fəvilər dövlətinə birləşdirir. Buradan isə o, Moğol hakimiyyətindən xeyli miqdarda xərac alaraq İsfahana qayıtmışdır.

Bu ağır məğlubiyyət Moğol dövlətinin sakinləri üçündə faciəvi olmuşdur. Şah II Abbas Qəndəhara girdikdə minlərcə əsgər və sakinləri edam etmişdir.

b)Səfəvi – Rusiya əlaqələri

Şah II Abbas ədalətliliyi və güclü sərkərdəliyi ilə şöhrət tapmışdır. Bu vaxt Rusiya Qafqazda xeyli güclənməyə başlamışdı. Şimali Qafqazda Səfəvilərin maraqları qaçılmaz olaraq Rusiya ilə toqquşurdu. Şah II Abbas hakimiyətinin əvvəlində Rusiya ilə dinc münasibətlər saxlayırdı, lakin rusların Şimali Qafqazda işğalçı planları onun Rusiyaya qarşı münasibətini dəyişdi. Mübahisənin başlamasına 1650-ci ildə kazak quldurlarının Kabardaya gedən şirvanlı və dağıstanlı tacirlərin karvanına basqını oldu. Bu basqından sonra, Şah II Abbas Şirvan bəylərbəyi Şamxallı Xosrov xana Sunja istehkamını zəbt etmə əmrini verdi. 12 oktyabr 1651-ci ildə Tərki Şamxallı Surxay xanın(Tarkovskiy) rəhbərliyi ilə qoşun ruslarla muharibəyə girdi. Bu muharibə Sunja istehkamının alınması ilə nəticələnməsədə, ruslara ağır zərbə vurdu.

1652-ci ilin axırlarında qızılbaşlar kumık, noqay, tatar və çeçenlərlə birləşərək Şamxallı Surxay xan(Tarkovskiy) rəhbərliyi ilə Sunja çayına hücum etdi. 1653-cü ilin mart ayının 7-də qızılbaşlar Sunja istehkamına hücum etdilər. Sunja istehkamını zəbt edə bilməsələrdə Terek və Həştərxanı zəbt etdilər. 5 gün çəkən muharibədən sonra qızılbaşlar Sunja istehkamını ələ keçirdilər. Bu vaxt İvan Saburovun başcılığı altında rus qoşunları Həştərxanı ələ keçirmək üçün irəlilədilər. Lakin, məğlub olub geri döndülər. 1 aprel Şamxallı Surxay xan(Tarkovskiy)Terekə dönüb şahdan əmr gəlməsini gözləyirdi. Şah II Abbas isə Moskvaya irəliləmək üçün İsfahanda ordu toplayırdı. Lakin, Moğol dövləti Qəndəharı yenidən müasirədə saxladı. Bu vaxt Şah II Abbas iki cəbhədə mübarizə apara bilməzdi. Çünki qızılbaşlar I əsr bundan əvvəlki qızılbaşlar deyildilər. Şah II Abbas Şamxallı Surxay xana(Tarkovskiy) Sunja istehkamından geri çəkilmək əmrini verdi. Bu vaxt, Rusiyanın sülhə həddindən artıq ehtiyacı var idi.

1653-cü ilin avqustunda rus çarı Aleksey Mixayloviçin xüsusi elçiləri olan İvan Rostovskiy və İvan Komınin İsfahana yollandılar. Şah II Abbas onları Fərabad qərərgahında qarşıladı. Sülh danışıqlarına əsasən Rusiya hakimiyyəti quldurluq törədən kazak dəstələrini cəzalandıracaq və Sunja istehkamını, Tereki  Səfəvi İmperiyası tərkibinə verəcəkdir. Səfəvi İmperiyası isə Həştərxanı yenidən Rusiyaya qaytaracaqdır.

Sunja istehkamında və Terekdə yaşayan dağlı xalqlar Şah II Abbasın onlara yürütdüyü siyasəti bəyənmədilər. Şah II Abbas dağlı xalqlarına təzyiqi artırdı. Bundan sonra, dağlı xalqları üsyana əl atdılar. 1658-ci ildə başlanan üsyan qızılbaşlar tərəfindən yatızdırıldı. Lakin, Şamxallı Surxay xan(Tarkovskiy), Əhməd xan Cəngüteyski və s. xanlar bu səbəbə əsasən Rusiya təəbəliyinə keçdilər.

L.Lokhart göstərir ki," Təbiətən qəddar şəxs olan II Abbas umumilikde, ölkəni ağılla və ədalətlə idarə edirdi. Atası və gələcək sələfləri kimi o da, tufeyli həyat tərzinə meyl göstərsədə, hakimiyyət buxovlarını əlindən buraxmırdı". A.Bakıxanov da "ədalətlilik, ciddilik və poeziyaya məhəbbətin" II Abbasın səciyyəvi cəhətləri olduğunu qeyd edir.

C.Malkolm II Abbas barəsində yazır:"Şəraba aludəçilik bu şahzadəni tez-tez ekstaz vəziyyətlərə salır onun hakimiyyətinə xələl gətirirdi.Məhz belə anlarda o çox dəymədüşər, əsəbi və ədalətsiz olur.Bu növ ekstazlar əsasən sarayın daxilində baş verdiyindən ölkə əhalisi onu İranda bütün dövrlərdə hakimiyyətdə olmuş padişahların ən görkəmlisi və ədalətlisi kimi tanıyırdı. II Abbas dövlət məmurlarına qarşı sərt, camaata qarşı isə mülayim və səbrli idi, öz təbəələrinin həyat və tərəqqisini lazımınca təmin edirdi. Abbas adını daşıdığı böyük babası kimi bütün dinlərə münasibətdə tolerantlıq nümayiş etdirirdi. Ancaq xristianlara qarşı xüsusi, müsbət mənada fərqli münasibət bəsləyirdi. "

Şah II Abbas orduda I Abbas kimi islahatlara başlamaq istəyirdi. Yalnız ölümü əngəl oldu. 1666-cı ildə 33 yaşında haqqın rəhmətinə qovuşmuşdur.

Sultan Süleyman şah Səfəvi – Geriləmə dövrü

 

Sultan Süleyman şah Səfəvi 1666-cı ildə hakimiyyətə gəldi.İçki və eyş-işrət adamı olan Süleyman şah hakimiyyətində Səfəvi İmperiyası irəliləmək əvəzinə geriləməyə doğru addımlayırdı.

Hakimiyyəti vaxtında ölkənin içərisinə irəliləyən 1668-ci ildə Rəşt şəhərini yağmalayan quldur Stepan Razinin üstünə qızılbaş orduları göndərildi. Qızılbaşlar Stepan Razinin quvvəsi ilə vuruşda qalib gəldikdən sonra, Süleyman şah Rusiya dövlətinə Stepan Razini edam etməsini tələb edir. Rusiya dövləti isə 1671-ci ildə qızılbaş əmirlərinin iştirakı ilə Moskvada edam olundu.

Sultan Süleyman şahın ölümü – 1694

Sultan Süleyman şah iki təfəkkürə və davranışa malik idi.Birinci təfəkkürə və davranışa pozğunluq və əyyaşlıq xasiyyətinə malik idi.Şаh еyş-işrәt, şәrаb içmәk, kеf, оv vә gәzinti ilә mәşğul оlur vә bu bаrәdә nәinki günаhа bаtırdı, hәttа çох isrаfçılıqlаr еtmәklә хаlqın çохunun hаqqını аyаq аltınа аtırdı.İkincisi, böyük tarixçilərdən olmuş Kоmpfеr dеyirki, “şаh hәttа sаğаlаndаn sоnrа şәhvәtpәrәstliyindәn әl götürmәdi vә hәmişә öz hәrәmхаnаsındа оlurdu.” Şаhın hәrәmхаnаsındа çохlu аrvаd vаr idi vә ölkәnin müхtәlif yеrlәrindәn gözәl qızlаrın оrа göndәrilmәsi nәticәsindә оnlаrın sаyı dаhа dа аrtırdı.İrаnın tаriхi mәnbәlәrindә dә şаhın şәrаb içmәsinә tохunulub. Mustаufi Zübdәtut-tәvаriх kitаbındа yаzır ki, “Sülеymаn şah çох vах şәrаb içmәklә vә yа digәr çirkin әmәllәrlә mәşğul оlurdu.”.

1694-cü ildə 47-yaşında çox içməkdən ölmüşdür.Özündən sonra hakimiyyətə heç bir kəsin yanında sözü keçməyən Sultan Hüseyn gəldi.

Sultan Hüseyn şah Səfəvi – Zəifləmə dövrü

1694-cü ilin avqustunda Dövləti-Səfəviyyənin başına Süleyman şah Səfəvinin iradəsiz, zəif və səriştəsiz oğlu Sultan Hüseyn şah Səfəvi gəldi. Tac qoyma mərasimində, tacı və qılıncı şaha qızılbaş əmirləri təqdim etməkdən, islam alimi Əllamə Məclisi təqdim etdi. Hakimiyyət illərinin əvvəllərində ölkənin içərisində yaşayan sünniləri, sufiləri və digər dinə qulluq edən insanları ağır təqib etdirirdi. Ölkədə şərab içilməsinə qadağa qoyan Sultan Hüseyn, özü şərab içirdi. Onun hakimiyyətinin əvvəllərindən Dövləti-Səfəviyyənin xəzinəsi tamam boşalmışdı. Ağır vergilər və məmurların özbaşınalığı ölkədə şaha qarşı qiyam əhval ruhiyyəsini başladırdı. Bundan yaxşı istifadə edə biləcəyini bilən Osmanlı dövləti ölkədə yaşayan sünni məzhəbinin nümayəndələrini xalqın yanında olmalarını tələb etdi. Xalq iradəsiz və bacarıqsız şaha qarşı barışmaz fikirdə idi. Çünki məmurun özbaşına hərəkəti, xalqa zülm etməsi və xalqın malını mənimsəyərək qəsb etməsi xalqda şaha qarşı böyük nifrət oyadırdı. Təbrizdə, Gəncədə və Şirvanda qiyamlar edilir, şah quvvələri məhv olunurdu.

a)Şirvan qiyamı və Osmanlı basqını(1716-1723)

Şirvan qiyamının rəhbəri Hacı Davud Müşkürlü adlı ləzgi əmiri idi. Şirvan qiyamı 1716-cı ildə Şirvanda şah quvvələrinin dağıdılması ilə başlandı. Osmanlı dövlətindən maddi və mənəvi dəstək alan Hacı Davud kənd və qəsəbələrdə qızılbaş tayfalarını öldürürdü. Hacı Davud qanlı döyüşlərdən sonra 1720-ci ildə Şabranı və Xudatı ələ keçirir. 1721-ci ildə qiyamçılar Şamaxıya daxil olurlar. Şəhər tutulan zaman qarət va talanlar edildi.

1721-ci ilin payızında Hacı Davud Qazıqumuxlu Surxay xanla birlikdə Osmanlı sultanına məktub göndərib ondan Qafqaza ordu göndərməyi xahiş etdilər. Bundan az sonra Hacı Davud öz nümayəndələrini İstanbula göndərdi.

Osmanlı sultanı III Əhməd 1722-ci ildə 1639-cu il Qəsri-Şirin müqaviləsini pozub Çuxursəədə, Qarabağa və Şirvana qoşun göndərdi. Qoşun bütün Cənubi Qafqazı zəbt etmişdi. 1723-cü ildə rəsmi şəkildə Azərbaycan Osmanlı işğalı altında idi.

 

Hacı Davud Müşkürlü

b)Əfqan işğalı və Sultan Hüseyn şahın süqütu- 1721-1722

Azərbaycanda Hacı Davudun rəhbərlik etdiyi qiyam başlanandan biraz sonra, əfqanlar Qəndəhar hakimi Gərgin xanı öldürərək ölkənin içərilərinə qədər irəlilədi. Bu vaxt Qafqaz faktiki şəkildə Səfəvilərin əlindən çıxmışdı. Bundanda əlavə ölkənin qərb istiqaməti Kürdüstan və Luristanda baş qaldırmış kürd qiyamları nəticəsində Səfəvilərin əlindən çıxmışdı. Paytaxt İsfahana irəliləyən əfqanların rəhbəri Mir Mahmud xan Hotaki qarşısına çıxan şəhər,kənd və qəsəbələri yandıraraq kül edirdi. Sultan Hüseyn şah paytaxtı möhkəmləndirməkdən, Mir Mahmud xanın qarşısını almaq üçün İsfahan yaxınlığında onu gözləyirdi. Mir Mahmud xan 1722-ci ilin fevralında Sultan Hüseyn şahla vuruşub İsfahanı mühasirə etdi. Mart ayından başlanan mühasirə sentyabr ayına qədər irəlilədi. Şəhərin içərisində aclıq, susuzluq və xəstəliklə ölənlərin sayı 80.000-ə çatdı. 23 oktyabr 1722-ci ildə İsfahan şəhəri döyüşsüz təslim oldu. Sultan Hüseyn şah Səfəvi taxtacdan Mir Mahmud xan Hotakinin xeyrinə əl çəkdiyini bildirdi.

 

Mir Mahmud şah Hotaki (1722-1725)

1725-ci ildə Mir Mahmuda qarşı əmisi oğlu Mir Əşrəf xan Hotaki qarşı çıxdı. O, 22 aprel saraya daxil olaraq Mir Mahmudu qətl etmiş və hakimiyyətə özü gəlmişdi. Bütün bu qarışıqlıqda Əşrəf xan Osmanlılarla muharibəyə girmək və Azərbaycanı Hotaki dövlətinə qatmaq istəyirdi. Osmanlılar hakimiyyətə yenidən siyasətdən başı çıxmayan Sultan Hüseyni gətirmək istəyirdilər. Bu xəbərdən agah olan Əşrəf xan, Sultan Hüseynin kəsilmiş başını Osmanlı sultanına yolladı.

Şah II Təhmasib – işğalçılarla mübarizə dövrü

1722-ci ildə paytaxta girən əfqan quvvələrini görən Təhmasib paytaxtı tərk edib, köhnə dostu olan Mazandaran valisi Fətəli xan Qacarın yanına qaçaraq özünü şah elan etdi.

Səfəvilər dövləti deyilən yerdən əsər əlamət yox idi. Təsəvvür edin II əsr bundan qabax özünün fitri istedadı ilə imperiya yaradan Şah İsmayılın dövlətindən əsər əlamət yox idi. Cənubi Qafqazı Hacı Davudun qiyamı vasitəsilə Osmanlılar, Xəzəryanı əraziləri Rusiya, paytaxt və paytaxt ətrafı, eləcədə Fars vilayətini və Xorasanı isə əfqanlar işğal etmişdi. Belə bir şəraitdə yalnız və yalnız Mazandaran vilayəti müstəqil idi. Oradada Təhmasibin özünü II Təhmasib adlandıraraq şah seçilməsi paytaxta çevriliş edib hakimiyyətə gəlmiş, rəsmi şəkildə ölkənin şahı olan Əşrəf Hotakini qəzəbləndirdi.

1726-1727-ci illər ərəfəsində xalq kütləsi əfqan əsgərlərinin etdiyi cinayətlərdən, əxlaqsızlıqlardan və pozğunluqlardan bezmişdi. Yalnız və yalnız bütün bu xalqı cəmləşdirə biləcək tək bir insan lazım idi. Belə bir insan Xorasanın işğalında və II Təhmasibin hakimiyyətini yaymaqda şücaətlik göstərən və II Təhmasib tərəfindən Təhmasibqulu ləqəbi verilən  Nadir xan Əfşar idi.

a)Səfəvi – Əfqan muharibələri

Əşrəf öz qoşunlarını Xorasana, Nadirin üzərinə yeridirdi. 1729-cu ilin 30 sentyabrında Mimandost çayı sahilindəki döyüşdə Əşrəfin qoşunları darmadağın edilir.Bu parlaq qələbəsi ilə də Nadir ölkənin yadellilərdən təmizlənməsi uğrunda mübarizəsinin başlanğıcını qoyur.Əşrəfin qoşunları Tehrana doğru geri çəkilərək, oradan da İsfahanayönəlirlər.Nadirin əfqanlarla haqq-hesab çəkəndən sonra Azərbaycan üzərinə yeriyəcəyini anladığı üçün Osmanlı sultanı, Əşrəfin köməyinə böyük bir ordu göndərir.

Nadir xanla Əşrəf arasında Həlledici döyüş 1729-cu ilin 13 noyabrında İsfahan yaxınlığında baş verir.Bu dəfə Nadir birləşmiş əfqan-türk qoşunları üzərində parlaq qələbə qazanır.Onların gözü elə qorxur ki, həmin gün bir daha döyüşə girməyib İsfahandan çəkilirlər.Nadir təntənəli şəkildə şəhərə girir və öz əlləri ilə Səfəvi tacını şah Təhmasibin başına qoyur.Üstündən bir qədər keçəndən sonra Nadir öz qoşunlarını əfqanları təqib etməkdən ötrü Fars vilayətinə göndərir.Qaçaqaçda Əşrəf öldürülür və bu da döyüşün taleyini həll edir.

b)Səfəvi – Osmanlı döyüşləri 1731. Kirmanşah müqaviləsi

İndi qarşıda yalnız Azərbaycanı və onun yaxınlığındakı torpaqları Osmanlı türklərindən azad etmək qalırdı.1731-ci ildəki hərbi əməliyyatlar nəticəsində Nadir xan osmanlıları əzərək,  Azərbaycanı, Həmədanı və Kirmanşahı azad edir. Osmanlılar yalnız Arazdan şimalda qalırlar.

II Təhmasib özünün zəifləmiş nüfuzunu bərpa etməkdən ötrü həmin əyalətləri şəxsən azad etmək qərarına gəlir.Ancaq məğlub olaraq, 1731-ci ildə ölkə üçün biabırçı bir sülh müqaviləsi (Kirmanşah müqaviləsi) bağlayır.Kirmanşah müqaviləsinə əsasən, Araz çayının şimalındakı bütün ərazilər, eləcə də Kirmanşahın bir sıra əyalətləri osmanlılara verilirdi.

Şah II Təhmasibin süqütu 1732-ci il

Biabırçı sülh müqaviləsi bağlandığı zaman Nadir xan Əfşar ölkənin şərqində əfqanları və özbəkləri ölkədən qovurdu.Nadir xan belə bir xəbər eşidib ani surətdə İsfahana şah sarayına gəlir.Eşitdiyi xəbərin düz olduğunu görən Nadir xan bəzi qızılbaş feodalların köməkliyi ilə II Təhmasibi hakimiyyətdən kənarlaşdırıb Xorasanın Səbzivar şəhərində həbs etdirir.Nadir xan xeyli düşündükdən sonra hakimiyyətə II Təhmasibin 8 aylıq oğlu Abbas Mirzəni çıxarır.

 

Nadir xan Əfşar

Şah III Abbas – Nadir xan Əfşar dövrü

Nadir xan Əfşar 1732-ci ildə II Təhmasibi hakimiyyətdən kənarlaşdırdıqdan sonra hakimiyyətə 8 aylıq oğlu Abbas Mirzəni çıxartdı. Özü isə onun qəyyumu oldu. Nadir xan faktiki şəkildə Səfəvilər dövlətinin rəhbəri seçilir.

a)Səfəvi – Osmanlı əlaqələri 1733-1736

1733-cü ildə Nadir xanın rəhbərliyi ilə qoçun Bağdadı mühasirədə saxlayır. Eyni zamanda Nadir xan Xəzəryanı ərazilərdən 1733-cü ilin axırlarında təmizləyib çıxarır və sülh bağlanır. Bu hadisədən sonra, Nadir xan Bağdadın mühasirəsindən əl çəkib Qafqaza irəlilədi. Bundan sonra Nadir iki il ərzində bir-birinin ardınca qazandığı parlaq qələbələrlə bütün Azərbaycanı və Şərqi Gürcüstanı osmanlılardan təmizləyir.

1735-ci ilin sonlarına doğru Qafqaz osmanlı ordularından tamamilə təmizlənir ki, bunu da Nadir xanın böyük qələbəsi hesab etmək olar. Burada yerli əhalinin osmanlı türkləri ilə mübarizədə Nadir xana göstərdiyi yardım da qeyd olunmalıdır. Həmişə Türkiyəyə meyli ilə seçilmiş Dağıstan xalqları itaət göstərmirdilər. Nadir öz qoşunlarını Dağıstana yeridir, böyük əziyyətlə Qazıqumuğa qədər gedir və geri qayıdır. Yeni əldə olunmuş Azərbaycan vilayətlərinin hökmranlığı Nadirin qardaşı İbrahim xana tapşırılır.

Uzun illər ərzində ilk dəfə olaraq Azərbaycanın geniş hüdudları inzibati qaydada bir şəxsin idarəsinə verilir. Artıq Səfəvilər dövlətinin sərhədləri demək olar ki, tamamilə bərpa edilir və qarşıda onun dağılmış təsərrüfatını dirçəltmək vəzifəsi durur.

Şah III Abbasın süqütu – 1736-cı il

Nadir xan Əfşar 1736-cı ildə Azərbaycanı düşmandan azad etdikdən sonra, Muğan düzünə irəlilədi. Muğan düzündə Suqovuşan adlı yerdə(indiki Sabirabad rayonu) III Abbası şahlıqdan kənarlaşdıraraq özünü şah seçir. III Abbas isə Xorasana Səbzivar şəhərində atası II Təhmasibin yanında zindana salınır.

Səfəvi İmperiyasının süqütu – 1736

Nadir xan Əfşar Novruz bayramı günü Muğan düzündə özünü şah elan etdikdən sonra, ölkədə ona qarşı qızılbaş qiyamları gücləndi.

Şərqi lərzəyə salan və qalibiyyət rəmzi sayılan qızılbaşlar ölkədəki sülalə dəyişməsinə etiraz etməyə bilməzdilər. Çünki, özlərinin qurduğu və qızılbaş elitasını yaradan uca Səfəvi sülaləsinin başqa bir qızılbaş sülaləsinə dəyişməsi yol verilməz bir hadisə idi. Bütün bu qiyamlara rəhbərlik edənlərdən biri də, Gəncə Qarabağ bəylərbəyi Uğurlu xan Qacar idi. Qacarlar Nadir şahın hakimiyyəti boyunca Gəncə ətrafında şaha qarşı üsyanlar edirdilər.

Səfəvilər İmperiyasının xarici siyasəti ümümillikdə Azərbaycan Respublikasının təməllərini qoymuş bir siyasətdir.  Səfəvilər İmperiyası Azərbaycan tarixinin ən möhtəşəm, ən mədəni və ən böyük imperiyasıdır. Səfəvilər İmperiyası Şərqə bunu bəyan etdiki, hətda 13-yaşlı azərbaycanlı belə 14-dövləti fəth etmə qalibiyyətinə malikdir.

Səfəvilər İmperiyası bizi böyüdüb əzəmət sahibi etdi. II əsr 35 il biz Şərqdə əzəmət və böyüklüyümüzü nümayiş etdirdi.

 

Mənbələr

1.Bəqat Tövhi İsmayıl – “Həqiqətut-təvarix”

2.Təvəkkül ibn Bəzzaz – “Səfvətüs-Səfa fi mənaqibul övliya və mearecül-əsfiya” – Tehran Universiteti

3.Qəzvini Əbülhəsən ibn İbrahim – “Fəvayedüs-Səfəviyyə”(Təvarixi-Səfəvi) – Britaniya Muzeyi

4.Həsən bəy Rumlu – “Əhsənüt-təvarix” – Milli Məclisin Kitabxanası

5.”Tarixi – Şah İsmayıl”(Cahanqoşeyi – Xaqan) – Britaniya Muzeyi

6.”Tarixi – Şeybani” – Əbu Reyhan Biruni adına Daşkənd Əlyazmalar İnstitutu

7.Əli Əkbər Vilayəti – “Şah İsmayıl dövründə İranın xarici siyasəti”

8.Xandəmir Mir Mahmud – “Tarixe-Şah İsmayıle-əvvəl və Şah Təhmasb” – Britaniya Muzeyi

9.Mariya Ancello – “Səfərnamə”

10.Riçard Knoles – “Osmanlı tarixi”

11.Nikola Jostinyani – “Səfərnamə”

12.Josef Fon Hammer – “Osmanlıda qırğın”

13.İqbal Aştiyani Abbas – “Mütəaləati dər babe Bəhreyn, Cəzair və Cəvahele-Xəlicə-Fars”

14.Xanbaba Bəyani – “Tarixe-nizamiye-İrane-dövri-Səfəviyyə”

15.Tacbəxş Əhməd – “Tarixe-Səfəviyyə”

16.Oruc bəy Bayat – qeyd

17.Şərəf xan Bitlisi – qeyd

18.İbrahim Peçəvi – qeyd

19.Abbasqulu Ağa Bakıxanov – “Gülüstani-İrəm”

20. L. Lokhart – qeyd

21. C. Malkolm – qeyd

22.Kompfer – qeyd

23.Mostaufi – “Zübhətüt-təvarix”

24.Əllamə Məclisi – qeyd

25.İskəndər bəy Münşi – “Tarixe-aləmaraye-Abbasi”(Dünyanı bəzəyən Abbasın tarixi)

26.Krisi – “Tarixe-dövləti-Osmani”

27.Əhməd Kəsrəvi – “Tarixe-hicdəhsalaye-Azərbaycan”

28.Hüseyni Astarabadi Seyid Həsən ibn Mürtəza – “Tarixe-Sultani əz Şeyx Səfi ta Şah Səfi”

29.Rene Qruse – “Tarixe-Asiya”

30.Riyazül İslam – “Tarixe-rəvabeti-İran və Hind dər dövreyi-Səfəviyyə və Əfşariyyə”

31.Mürtəza Mütəhhəri – “Xedəmate-mötəqabele-İslam və İran”

32.Əbdülhüseyin Nəvai – “Tarixe-cahan əz Moğol ta Qacariyyə”

33.Yusif Cəmali Məhəmməd Kərim – “Təşkile-dövləti-Səfəvi”

34.Ənvər Ziya Karal – “Osmanlı tarihi”

35.Məhəmməd Fərid bəy – “Dövleti-Aliyyi-Osmaniyyenin tarihi”

SON

Müəllif: Əli Əlizadə

 

Gənc tədqiqatçı



Azərbaycan türklərinin 1988-ci il deportasiyası
21:14 / 12-09-2017
“Məhəmməd Əmin Rəsulzadənin “Çağdaş Azərbaycan Tarixi” əsərinin təhlili
00:33 / 03-06-2016
Azərbaycan Cümhuriyyəti tələbələri haqqında qısa arayış I hissə
15:25 / 27-05-2016
II Dünya savaşında Azərbaycanın əhəmiyyəti II hissə
17:36 / 23-05-2016
Məşrutə İnqlabı və Güney Azərbaycan
17:32 / 23-05-2016
II Dünya savaşında Azərbaycanın əhəmiyyəti I hissə
12:35 / 17-05-2016
Psixoloji – Antropologiya nədir ?
12:51 / 27-04-2016
Xacə Zeynalabidin Əli Əbdi bəy Şirazinin “Təkmilətül-Əxbar” əsəri Azərbaycan tarixinin bir mənbəsi kimi - II HİSSƏ
23:38 / 08-04-2016
Xacə Zeynalabidin Əli Əbdi bəy Şirazinin “Təkmilətül-Əxbar” əsəri Azərbaycan tarixinin bir mənbəsi kimi - I HİSSƏ
23:05 / 31-03-2016
Maaf institutu və onun xanlıqlar sistemində yeri
22:56 / 26-02-2016
Xəzər türklərinin etnik antropologiyası
00:41 / 26-02-2016
Səfəvi İmperiyasının xarici siyasəti - VI HİSSƏ
23:54 / 06-02-2016
Səfəvi İmperiyasının xarici siyasəti - V HİSSƏ
23:28 / 01-02-2016
Səfəvi İmperiyasının xarici siyasəti - IV HİSSƏ
21:23 / 30-01-2016
Səməd bəy Mehmandarov və Azərbaycan ordusu - IV HİSSƏ
01:09 / 19-01-2016
Səfəvi İmperiyasının xarici siyasəti - III HİSSƏ
00:25 / 15-01-2016