BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Səməd bəy Mehmandarov və Azərbaycan ordusu - III HİSSƏ

23:27 / 14-01-2016   /   baxış - 605

I HİSSƏ və II HİSSƏni buradan oxuyun

Bolşeviklərə qarşı orduda islahatları ilə amansız olan Mehmandarov 27 aprel gecə saatlarında Cümuriyyətin yüksək vəzifəli şəxslərini Gürcüstana aparmalı olan qatara getmədi. Bakıda qaldı. İlk zamanlar Mehmandarova istintaq işi açıldı. İlyas Əliqulu oğlu Şahtaxtinski istintaqı aparırdı. İstintaq gedişi zamanı Babayev Cəfər adlı Milli ordu zabiti Mehmandarov əleyhinə ifadələr vermişdi. Bolşeviklər Mehmandarov və silahdaşı Şıxlinskiyə qarşı amansız olmağa çalışsalar da, o zaman Nərimanovun köməyi nəticəsində bu iki sərkərdə güllələnmədən azad ola bildilər. Hər ikisini 1920-ci il 4 iyunda baş vermiş Gəncə üsyanında şübhəli bilərək həbs etdilər. Yenidən işə qarışan Nərimanov onları xilas edə bildi. Leninə yazdığı məktubunda bu iki generalın yüksək səviyyədə bacarıqlı olduğu bildirən Nərimanov onların Moskvaya çağrılmasını və orada fəailiyyət göstərməsini Leninə bildirdi. İki silahdaş bir il Moskvada yaşayandan sonra Bakıya qayıtdılar. 1921-ci ilin yayında Mehmandarov Xalq Hərbiyyə və Bəhriyyə Komissarlığında işə düzəlmiş, 1924-1928-ci illərdə Birləşmiş Komandirlər məktəbində müəllim işləmiş və 1929-cu ildə səhhəti ilə əlaqədar təqaüdə çıxmışdır. 1931-ci il 12 fevralda vəfat edən generalı Çəmbərəkənd (Şəhidlər Xiyabanı) qəbiristanlığında dəfn etmişlər. 1939-cu ildə S.M.Kirova heykəl qoyanda həmin qəbiristanlıq dağıdılmış, qəbri yerlə yeksan edilmişdir.

Epiloq

Tarix təkrarlanır. Bu söz boş-boşuna işlədilməmişdir. Cümhuriyyət dövründə Hərbi nazir olmuş tam artilleriya generalı Səməd bəy Mehmandarovun qarşılaşdığı bütün problemlər Azərbaycan 1991-ci ildə yenidən müstəqillik əldə edəndə yenidən ortaya çıxdı. Lakin bu dəfə bizim Mehmandarovumuz yox idi ki, bu çətinliklərin qarşısında yenilməz sədd kimi dayansın. Çıxışları ilə əhalini sakitləşdirib, ordunun nizamını yenidən bərpa etsin. Varlı-kasıb bilmədən yaşı çatmış hər bir kəsi orduya çağırsın. .Vəfat etməsində 60 il keçmiş generalın yerinə 1991-ci ildə layiqli bir şəxs tapılmadı. İkinci dəfə müstəqillik əldə etmiş Azərbaycan ordusunda çoxlu pozuntular vardı. Əsgər döyülməsi, zabitlərin dövlət mülkiyyətini mənimsəməsi, ordudan yayınma halları, vahid komandanlığıa tabe olmamaq, hərbi hissələrin maddi-texniki cəhətdən çətinliyi, milli formaların olmaması – bütün bunlar eynən Mehmandarovun dövründə olan problemlər idi. Təəsüflər olsun ki, Cümhuriyyət çox yaşamadı. Mehmandarovun parlaq ideyaları həyata keçmədi. Onun yeni struktur dəyişikliyinə dair planları, komplektləşdirmə işləri yarımçıq qaldı. Azərbaycan Tarixində Azərbaycan imperatoru Nadir şahdan sonra donanma yaratmış ikinci şəxs Səməd bəy Mehmandarovdur. Bu faktın özü Mehmandarovun şəxsiyyətindən xəbər verir. Cəmi iki ilə 1828-dən 1918-ə kimi hərbi xidmət keçməyən əhalidən 3 zirehli qatarın heyəti komplektləşdirilib. Bu çox mühüm göstəricidir. Zirehli qatarın heyətinin formalaşdırılması ağır zəhmət tələb edir. Mehmandarov inanılmaz istedadı ilə bunu bacarmışdı. Dünyada ağız dolusu Avropa, Rusiya, Amerika sərkərdələrindən, hərbi xadimlərindən danışılır, amma Mehmandarovun adı onlar qədər məşhur deyil. Təəssüf verici hissdir. Hitlerin başçılığı ilə hakimiyyətə gələn III Reyx zirehli qatar məsələsində korluq çəkirdi. Təsəvvürə gəlmir heç. Ümumi səfərbərlik elan edən III Reyz 1.000.000-dan artıq əsgər toplamışdı, lakin zirehli qatar məsələsində korluq çəkirdi. Mehmandarov kimi bir şəxsin 1991-ci ildə olmaması bizə torpaqlarımızın itirilməsi başa gəldi. Yalnız 1993-cü ildə xalqın istəyi ilə hakimiyyətə gələn Heydər Əliyevin prezidentlik dövründə ordu quruculuğunda mühüm addımlar atılmağa başlandı. Orduda fərariliyin qarşısı alınan zaman ümumilli lider dəfələrlə xalqa müraciət etdi. Eyni hadisələr Cümhuriyyət dövründə də baş vermişdi. Cümhuriyyət dövründə ordu da forma dəyişikliyi oldu, müstəqil Azərbaycanda da bu baş verdi. Cümhuriyyət dövründə Lənkəranda, Qarabağda, Naxçıvanda üsyan və döyüşlər oldu Cümhuriyyət zamanı da belə olmuşdu. Sadalanan faktlar göstərir ki, müasir gəncliyin dilində cəfəngiyat kimi yanaşılan tarix fənni heç də lazımsız deyildir. Azərbaycan Tarixinin öyrənilməsi mühüm məsələdir. Cümhuriyyət bizə böyük irs qoyub gedib. Cümhuriyyət tarixini öyrənmək birbaşa müstəqil Azərbaycanın tarixinin öyrənilməsi və respublikamızın gələciyi üçün çox önəmlidir.

Sədi Nuriyev

Bakı Dövlət Universitetinin 2-ci kurs tələbəsi



“Məhəmməd Əmin Rəsulzadənin “Çağdaş Azərbaycan Tarixi” əsərinin təhlili
00:33 / 03-06-2016
Azərbaycan Cümhuriyyəti tələbələri haqqında qısa arayış I hissə
15:25 / 27-05-2016
II Dünya savaşında Azərbaycanın əhəmiyyəti II hissə
17:36 / 23-05-2016
Məşrutə İnqlabı və Güney Azərbaycan
17:32 / 23-05-2016
II Dünya savaşında Azərbaycanın əhəmiyyəti I hissə
12:35 / 17-05-2016
Psixoloji – Antropologiya nədir ?
12:51 / 27-04-2016
Xacə Zeynalabidin Əli Əbdi bəy Şirazinin “Təkmilətül-Əxbar” əsəri Azərbaycan tarixinin bir mənbəsi kimi - II HİSSƏ
23:38 / 08-04-2016
Xacə Zeynalabidin Əli Əbdi bəy Şirazinin “Təkmilətül-Əxbar” əsəri Azərbaycan tarixinin bir mənbəsi kimi - I HİSSƏ
23:05 / 31-03-2016
Maaf institutu və onun xanlıqlar sistemində yeri
22:56 / 26-02-2016
Xəzər türklərinin etnik antropologiyası
00:41 / 26-02-2016
Səfəvi İmperiyasının xarici siyasəti - VII HİSSƏ
20:18 / 11-02-2016
Səfəvi İmperiyasının xarici siyasəti - VI HİSSƏ
23:54 / 06-02-2016
Səfəvi İmperiyasının xarici siyasəti - V HİSSƏ
23:28 / 01-02-2016
Səfəvi İmperiyasının xarici siyasəti - IV HİSSƏ
21:23 / 30-01-2016
Səməd bəy Mehmandarov və Azərbaycan ordusu - IV HİSSƏ
01:09 / 19-01-2016
Səfəvi İmperiyasının xarici siyasəti - III HİSSƏ
00:25 / 15-01-2016