BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Azərbaycan türklərinin 1988-ci il deportasiyası

21:14 / 12-09-2017   /   baxış - 140

Hüseyn Əlili

Bakı Atatürk liseyinin  şagirdi

 

1827 –ci ildə İrəvan xanlığı rus və erməni birləşmələri tərəfindən işğal olundu.1828-ci il fevralın 10 –da Türkmçənçay müqaviləsi bağlandı.Bu müqvilənin 15 –ci maddəsinə əsasən  ermənilər  işğal olunmuş İrəvan xanlığı ,Naxçıvan və Qarabağa ərazilərinə köçürüldü .

Bu köçürülmədən sonra ermənilərin sayı işğal olunmuş İrəvan xanlığı ərazisində daha da artırdı.Sayları artdıqcada rusların əli ilə  öz mənfur planlarını yerinə yetirməyə başlayırdılar.XX əsrdə 1905-ci il soyqırımı,1918-ci il mart soyqırımı,Stalinin əli ilə gerçəkləşdirilmiş 1948-1952 –ci illər deportasiyası və 1988 –ci il Sumqayıt hadisələri bunun bariz nümunəsidir.Məqsədləri  uzun müddətir gerçəkləşdirmək istədikləri  “ Türksüz Ermənistan “ planını həyata keçirməyə başlayırdılar.

Bu plan öncə Azərbaycan türklərinin qədim tarixi ərazisi olan Qərbi Azərbaycan torpaqlarından başladı .Demək olar ki,hər gün ermənilər tərəfindən mitinqlər baş verirdi.Mitinq iştirakçılarının bəziləri də,mitinqə məcbur gətirilirdi.4-5-6 Mart 1988-ci ildə Sumqayıt hadisələrinin əvəzinin çıxılması tələb olunurdu.

Vəziyyət o dərəcəyə çatmışdı ki,yoldan keçən bir türkü görən kimi onu ölümcül döyür, “ Ermənistandan çıx “ deyirdilər.Azərbaycan türkləri küçəyə belə çıxmağa ehtiyat edirdilər.

Səbəbsiz yerə işdən qovulmalar baş verirdi.Şikayət etdiklərində isə, “ ermənilərə şər atma “ deyilirdi.

Türklər,dünyanı lərzəyə gətirməyi bacarmış Sovet dövlətinin “ qardaş millətlər “, “bütün millətlər eynidir “ şüarlarına inanırdı.Ancaq bu soyqırım elə sovet əsgərlərinin gözü qabağında baş verirdi.Sovet əsgərləri isə,bu zülmə baxıb səslərini belə çıxartmırdılar.

Digər tərəfdən xalq Bakıya güvənirdi.Bakı isə “ zəka qalib gələcək “ sözü ilə hadisələrə heç fikir belə vermirdi.

Bir tərəfdən başqalarına söykənmiş ermənilər,bir tərəfdəndə müdafiəsiz türklər.Onlarıda elə müdafiəsizlik,arxasızlıq məhv etdi.İndi isə,türklərin hansı şəraitdə köçürülmələrinə baxaq.

Alim İsgəndərov.Bu soyqırımda şəhid olmuş yüzlərlə insandan biri.Hələ 9-cu sinif şagirdi olan Alim,evə gələrkən valideynlərini görmür.Onların yanında saqqallıları (erməniləri) gördü.Alim ov tüfəngi ilə namərd ermənilərdən birini öldürür.Ancaq Alimi elə o anda güllə ilə vurub,ata-anasının yanında yandırdılar.Sonra da ata anasını yandırdılar.

Fatma Əli qızı Əliyeva.8 övladının yanında maşının altında əzilərək şəhid olur.

Pəhləvan cüssəli Abdulla Oruc oğlu,Qrikor Çavuşyan adlı erməni ilə tez-tez ova gedər,vaxtını onunla keçirərdi.Qrikor isə onun kürəyinə güllə vuraraq şəhid edir.

Müşfiq Tağıyev,Məhərrəm Quliyev,Telman Hüseynov ağır isgəncə ilə şəhid edilir.

Tapdıq Cəfərov isə elektrik cərəyanı ilə şəhid edilir.

Bir neçə aylıq körpğ olan Tofik Məmmədov ayaq altda qalaraq şəhid edilir.

7 yaşına olan Zəhra Nəbiyeva yandırılaraq şəhid edilir.

17 yaşlı Babək Haqverdiyevi isə asaraq şəhid etmişdilər.

Şərif Xəlilov və anası Gilas Xəlilova başları kəsilərək şəihd edilir.

Vaqif Əbdürrəhmanov sinif yoldaşından aldığı bıçaq zərbəsindən şəhid olur.

Bayraməli Məmmədov xəstəxanaya qəbul olunmadı və 14 yaşlı bun yeniyetmə bağırsaq partlaması nəticəsində şəhid olur.

20 yaşında Bərxudar Əsgərov toyundan 10 gün sonra ermənilərin hücumuna məruz qalır.Ali təhsilli bu gənc 11 güllə yarasından şəhid olur.

Və belə yüzlərlə insan.Bakı isə hələ də “ zəka qalib gələcək “ deyirdi.Qorbaçov isə heç nə olmamış kimi səs çıxarmırdı.

Ümumiyyətlə 211 min azərbaycan türkü,öz tarixi torpaqlarından çıxarıldı.200-dən artıq adam şəhid edildi.957 adam yollarda yara almış,bir çoxu şikəst olmuşdur.

Bizim borcumuz bütün bunların qisasını almaqdır.

Ermənilərin indi yaşadıqları ərazi bizim tarixi torpağımızdır.Ermənilərin tarixi yoxdur.Ermənilərin tarixi bu günün daşlarına yazı yazıb,min il əvvəlki yazı kimi təqdim etməkdən başqa bir şey deyil.Ermənilərin tarixi abidələrə xaç işarəsi vurmaqdan başqa bir şey deyil.

Gec-tez,bir gün mütləq haqq-ədalət öz yerini tapacaq.

 

Məqalədəki məlumatlar Eldar İsmayılın “Ermənistan türklərinin 1988-ci il soyqırımı” adlı kitabından götürülmüşdür.



“Məhəmməd Əmin Rəsulzadənin “Çağdaş Azərbaycan Tarixi” əsərinin təhlili
00:33 / 03-06-2016
Azərbaycan Cümhuriyyəti tələbələri haqqında qısa arayış I hissə
15:25 / 27-05-2016
II Dünya savaşında Azərbaycanın əhəmiyyəti II hissə
17:36 / 23-05-2016
Məşrutə İnqlabı və Güney Azərbaycan
17:32 / 23-05-2016
II Dünya savaşında Azərbaycanın əhəmiyyəti I hissə
12:35 / 17-05-2016
Psixoloji – Antropologiya nədir ?
12:51 / 27-04-2016
Xacə Zeynalabidin Əli Əbdi bəy Şirazinin “Təkmilətül-Əxbar” əsəri Azərbaycan tarixinin bir mənbəsi kimi - II HİSSƏ
23:38 / 08-04-2016
Xacə Zeynalabidin Əli Əbdi bəy Şirazinin “Təkmilətül-Əxbar” əsəri Azərbaycan tarixinin bir mənbəsi kimi - I HİSSƏ
23:05 / 31-03-2016
Maaf institutu və onun xanlıqlar sistemində yeri
22:56 / 26-02-2016
Xəzər türklərinin etnik antropologiyası
00:41 / 26-02-2016
Səfəvi İmperiyasının xarici siyasəti - VII HİSSƏ
20:18 / 11-02-2016
Səfəvi İmperiyasının xarici siyasəti - VI HİSSƏ
23:54 / 06-02-2016
Səfəvi İmperiyasının xarici siyasəti - V HİSSƏ
23:28 / 01-02-2016
Səfəvi İmperiyasının xarici siyasəti - IV HİSSƏ
21:23 / 30-01-2016
Səməd bəy Mehmandarov və Azərbaycan ordusu - IV HİSSƏ
01:09 / 19-01-2016
Səfəvi İmperiyasının xarici siyasəti - III HİSSƏ
00:25 / 15-01-2016