BÜTÖV AZƏRBAYCAN OCAQLARI
ANTROPOLOGİYA NƏDİR ?

18:24 / 04-01-2015   /   baxış - 4014

Hər hansı bir elmi müddəanı qəbul etmək və ya təkzib etmək üçün mütləq gerçək məlumatlar olmalıdır. Bu tip məlumatları yiyələnmək üçündə müxtəlif elm sahələrinə müraciət etmək lazımdır. Bu elm sahələrindən biridə “Antropologiya”dır. “Antropologiya” sözü yunan mənşəli söz olub ( antropos - insan, loqos - elm ) “ insan haqqında elm” deməkdir. Bu elmin predmeti insandır. Müasir dövrdə insanı öyrənən 200-dən artıq elm mövcuddur. Bu elm sahələrinin özlərinə məxsus öyrənmə üsulları, metodları var. Məsələn : Psixologiya insanın psixi durumunu, Fəlsəfə insanın daxili dünyasını, Anatomiya insanın bioloji tərəfini öyrənir. Antropologiya termini çox tərəfli olub, insanın bioloji, psixi,sosial, dini, fəlsəfi, mədəni və s. istiqamətlərini öyrənir.

Bizim üçün antropologiyanın fiziki və ya bioloji istiqaməti böyük əhəmiyyət kəsb edir. Baxmayaraq ki, dünyaca məhşur antropologiya məktəbləri bu elm sahəsinin müxtəlif istiqamətlərini yaratmış və onları inkişaf etdirmişlər. Məsələn: Sosial antropologiya, Fəlsəfi antropologiya, İqtisadi antropologiya və s. Azərbaycanda isə bu elm sahəsi yeni-yeniyaranmağa başladığı üçün onun əlifbasını yəni fiziki və etnik antropologiyanı bilmək vacibdir.

Antropologiya terminini ilk dəfə Aristotel elmi dövriyyəyə gətirmiş və ondan insan təbiətini və onun ruhi tərəflərini göstərmək üçün istifadə etmişdir. Lakin Aristotel bu terminin tam mənasını açıb göstərə bilməməişdir. İlk dəfə 1533-cü ildə İtaliyalı Qalesso Kapellanın çap olunan “Antropologiya və ya insan təbiəti haqqında mühakimə” əsərində bu termin insanın bədən quruluşunun fərdi variasiyalarına və dəyişkənliklərinə aid edilmişdir.

Antropologiya dair nəzəri müddəalar hələ qədim dövrlərdə meydana gəlsədə, müstəqil elm sahəsi kimi XVIII əsrin sonu XIX əsrin əvvəllərində formalaşmışdı. Antropoloji biliklər öz təsdiqini Qərbdə tapsada onun yaranması Şərqlə bağlıdır. Hələ qədim dövrlərdə Şərqdə insanın daxili və xarici aləmi haqqında müxtəlif fikirlər və fərziyyələr mövcud idi. Həmçinin qədim Misirlilər rəsmlərində insanları fərqli rənglərdə göstərirdilər. Məsələn: cənubdakı xalqları qara boya ilə, şərq xalqlarını sarı boya ilə, şimal xalqlarını isə ağ boya ilə təsvir etmişdilər. Qədim Şərqdən qaynaqlanan antik müəlliflər Anaksimandr, Demokrit və Empodkl öz əsərlərində insanı digər canlılardan fərqini ayırd etməyə, insanın meydana gəlmə səbəblərini göstərməyə çalışmışdılar.

İnsan haqqında təsəvvürlər və biliklər Böyük coğrafi kəşflər dövründə daha da zənginləşdi. Belə ki, avroplaı səyyahlar - Marko Polo, Xristafor Kolumb, Vasko de Qamma, Magellan və başqaları avropalılara müxtəlif fiziki qururluşa, mədəniyyətə, sosial həyata malik olan insanlar haqqında məlumat vermişdilər. Piqafetta adlı bir müəllif isə avroplalılara Afrika cəngəlliklərində yaşayan meymunlar haqqında məlumat vermişdir. Məhs buməlumat avropalılarda insanın meymundan yaranması kimi  bir fikir formalaşdırmışdı. Buna görədə XIX əsrdə avropada insanın və ümumiyyətlə bəşəriyyətin mənşəyi ilə bağlı müxtəlif nəzəriyyələryarandı. 1859-cu ildə Çarlz Darvin “Növlərin mənşəyi” adlı əsərini çap etdirdi. Və beləliklə məhşur “Təkamül nəzəriyyəsi”nin ilkin forması meydana gəldiLakin hələ Darvindən öncə onun babası Erazm Darvin 1796-cı ildə həyatın təkamülü nəzəriyyəsi ilə bağlı olan “Zoonomiya” adlı epik əsərçapetdirmişdi.                                  

XIX əsrdə Parisdə, Moskvada bir sıra antropologiya cəmiyyətləri yarandı. Eyni zamanda Avropanın digər ölkələrindədə antropoloji təşkilatlar meydana gəldi, XIX əsrin ikinci yarısında antropologiyaya ilk növbədə biologiyanın və müqayisəli anatomiyanın üsullarından istifadə etməklə insan təbiətini öyrənən təbiətşünaslığın bir sahəsi kimi baxılırdı. Bir sözlə antropologiyayinsan bədəninin quruluşunu,onun müxtəlif formalarını, insanın yaranışı və təkamülünü öyrənən elm sahəsi hesab edilirdi.

Antropologiyanın tədqiqat predmetini insanın zaman və məkan çərçivəsindəmüxtəlifiliyi təşkil edir. Bu müxtəliflik isə bir çox antropoloji əlamətlərin meydana gəlməsindən yaranmışdır. Məsələn: biz hər hansı  bir insanla ilk tanışlıq zamanı həmin şəxsi onun geyiminə, danışıq və düşüncə tərzinə, hislərinə və bu kimi digər keyfiyyətlərinə əsasən dəyərləndirirk. Əlbətdə, sadalanan bu keyfiyyətlər bir insanı dəyərləndirmək üçün tam kifayət etmir. Çünki həmin əlamətlərin bir qismi insanın psixoloji, digər bir qismi isə sosioloji vəziyyətini əks etdirir. Lakin nəzərə almaq lazımdır ki, insan həm də bioloji əlamətlərə  malikdir. İnsanın bioloji əlamətləri dedikdə onun boyu, çəkisi, dərsinin və saçlarının rəngi, bədən quruluşu, cinsi, başının və sifət üzlvərinin forması və s. təşkil edir. Bütün bu fərdi keyfiyyətlər öz növbəsində antropoloji müxtəlifliyi formalaşdırır.. Bu müxtəlifliyi də fiziki antropologiyaöyrənir.

Fiziki antropologiyanın əsas məqsəd və vəzifəsi isə insanın bioloji əlamətlərinin dəyişkənliyini, eləcədə onların zaman və məkan müstəvisində sistemlərini müəyyənləşdirməkdən və elmi təsvirini verməkdən ibarətdir. Qeyd etmək lazımdır ki, “etnik antropologiya” da fiziki antropologiyanın köməyilə öyrənilir. Antropologiyanın əsas tədqiqat sahələri var ki, bunlar üçü birlikdə fiziki antropologiyanı təşkil edir. Antropologiyanın ilkin bölməsi morfologiya-dır. Morfologiya yunan sözü olub növ, forma mənalarını veriri. İkinci bölmə antropogenez adlanır. Yunan sözü olan “anthropos” və “genezis” sözlərinin birləşməsindən yaranmışdır. Üçüncü bölməsi isə irqşünaslıq-dır. İrqşünaslıq həmçinin etnik antropolgiya adlanır.

Morfologiya- fiziki tipin dəyişkənliyini, fiziki tipin yaşla əlaqədar olaraq ana bətnindən qocalığa qədər olan müddət ərzində dəyişkənliyini, cinsi dimorfizmi, həyatın müxtəlif şərtlərində və əməyin təsiri altında insanın fiziki orqanizmində yaranmış bəzi xüsusiyyətlərin təhlili apararaq bu və ya digər məsələləri öyrənir. Morfologiya iki yerə bölünür :

1) Merologiya - ( “meros” yunan sözü olub və hissə mənasını verir ) insanın ayrı-ayrı orqanlarının və dərilərinin variasiyalarını, həmçinin onlar arasında əlaqəni öyrənir.

2) Somatologiya isə ( “soma” yenə yunan sözü olub və bədən mənasını verir ) insanın bədən quruluşunu bütünlüklə öyrənməklə yanaşı, həmçinin insan boyunun çəkisinin, döş qəfəsinin və s. variasiyalarının qanunauyğunluqlarını da tədqiq edir. Bu bölmə digər yardımçı elm sahələrinin - anatomiya, insan embriologiyası (rüşeym) və histologiya (orqanizm toxumaları) kimi elmlərdən də faydalanır.

Antropogenez isə 3 hissədən ibarətdir: 1) müasir və ya paleo yəni qədim meymunları öyrənən primatşünaslıq; 2) insanın təkamül anatomiyasını öyrənən və həmçinin 3) qədim insan formalarını öyrənən paleoantropologiyasahələrindən ibarətdir.

İrqşünaslıq ( və ya etnik antropolgiya) bölməsi irqlərin meydana gəlmə səbəblərini, irqlərin tiplərini, təsnifatını və onların yer kürəsində yayılma areallarını, irqi tiplərin dəyişmə qanunauyğunluqlarını öyrənir, tədqiq edir. Bu bölmə digər yardımçı elm sahələrindən - arxeologiya, etnoqrafiya, tarix, dilşünaslıq kimi elmlərdən də faydalanır.

Bütün bunlar ANTROPOLOGİYA-nın əlifbası hesab olunur. Daha dərinlərdə isə insanın fiziki quruluşunda ayrı-ayrı dəyişkənliklər, insanın yaranması və təkamülü, təkamüllə bağlı nəzəriyyələr, tapıntılar və analizlər, insanlar arasındakı müxtəliflik, dünya xalqlarının xarici görünüşü, onların irqlərə və tiplərə görə ayrılması və s. bu kimi məsələlər yer alır.

 

 Antropoloq  Zamin Qafarsoy



Azərbaycan türklərinin 1988-ci il deportasiyası
21:14 / 12-09-2017
“Məhəmməd Əmin Rəsulzadənin “Çağdaş Azərbaycan Tarixi” əsərinin təhlili
00:33 / 03-06-2016
Azərbaycan Cümhuriyyəti tələbələri haqqında qısa arayış I hissə
15:25 / 27-05-2016
II Dünya savaşında Azərbaycanın əhəmiyyəti II hissə
17:36 / 23-05-2016
Məşrutə İnqlabı və Güney Azərbaycan
17:32 / 23-05-2016
II Dünya savaşında Azərbaycanın əhəmiyyəti I hissə
12:35 / 17-05-2016
Psixoloji – Antropologiya nədir ?
12:51 / 27-04-2016
Xacə Zeynalabidin Əli Əbdi bəy Şirazinin “Təkmilətül-Əxbar” əsəri Azərbaycan tarixinin bir mənbəsi kimi - II HİSSƏ
23:38 / 08-04-2016
Xacə Zeynalabidin Əli Əbdi bəy Şirazinin “Təkmilətül-Əxbar” əsəri Azərbaycan tarixinin bir mənbəsi kimi - I HİSSƏ
23:05 / 31-03-2016
Maaf institutu və onun xanlıqlar sistemində yeri
22:56 / 26-02-2016
Xəzər türklərinin etnik antropologiyası
00:41 / 26-02-2016
Səfəvi İmperiyasının xarici siyasəti - VII HİSSƏ
20:18 / 11-02-2016
Səfəvi İmperiyasının xarici siyasəti - VI HİSSƏ
23:54 / 06-02-2016
Səfəvi İmperiyasının xarici siyasəti - V HİSSƏ
23:28 / 01-02-2016
Səfəvi İmperiyasının xarici siyasəti - IV HİSSƏ
21:23 / 30-01-2016
Səməd bəy Mehmandarov və Azərbaycan ordusu - IV HİSSƏ
01:09 / 19-01-2016