BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Səfəvi İmperiyasının xarici siyasəti - IV HİSSƏ

21:23 / 30-01-2016   /   baxış - 533

III HİSSƏNİ BURADAN OXUYUN

Çaldıran döyüşü(1514-cü il 23 avqust).

Çaldıran döyüşü tarixin ən adlı-sanlı döyüşlərindən biri olmuşdur. Şah İsmayılın Sultan Səlimə yuxarıda yazdığı cavab məktubunda deyildiyi kimi bu döyüşün aqibəti xeyir olmayacaqdır kəlməsi düz çıxmışdır. Çaldıran döyüşünün aqibəti II əsr davam edən qanlı Səfəvi-Osmanlı muharibələrinin əsasını qoymuşdur. Sultan Səlimin iyrənc siyasətinin axırı iki böyük dövlətin qanlı müharibəsinə qətirib çıxartdı.

Sultan Səlimin Çaldıran döyüşündə məqsədi bu idi ki, Qızılbaş süvarilərinə topçuları vasitəsilə həmlə etsin. Osmanlı toplarının uzağı vurma qabiliyyəti çox olmadığına görə, azəriləri aldatmaq üçün, Sultan Səlimin əmri ilə əzəbləri yerləşdirdilər ki, bununla öz topçularını düşməndən qorusun; onların vəzifəsi bu idi ki, Qızılbaş süvariləri yaxınlaşan kimi, topların cinahlarından kənara çəkilsinlər və topçular sərbəst şəkildə düşmən süvarilərini atəşə tutub məhv etsinlər.

Lakin Şah İsmayılın kəşviyyatçıları Sultan Səlimin hərbi planlarını ona çatdırmışdılar deyə şah qərara aldı ki; iki böyük Qızılbaş süvarisi ilə Osmanlı ordusunun hər iki cinahından həmlə etsin, əzəbləri topçularının qabağından çəkib sərbəst surətdə əməliyyat aparmasına imkanları olmasın, sonra qızılbaşlar arxadan qarovulları darmadağın etməklə yeniçeri süvarilərini müasirəyə alsınlar. Savaşın başlanğıcında Sarı Piri Ustaclı və Yusif bəy Vərsaqın kəşviyyat dəstələri Osmanlı kəşviyyatçılarının üzərinə həmlə etdilər, lakin osmanlı kəşviyyatçılarına qoşulan yenişeri süvarisi tərəfindən məğlub oldular.

Sonra Şah İsmayıl özü ordunun sağ tərəfində olan seçmə Qızılbaş süvarilərindən çoxsaylı bir dəstə ilə düşmənin sol cinahına həmlə etdi. Digər tərəfdən, Məhəmməd Xan Ustaclı da göstəriş aldı ki, öz süvariləri ilə elə həmin qaydada osmanlı qoşununun sağ cinahına hücüm etsin. Qəhraman qızılbaş-azərbaycanlı əsgərləri “Ya Allah, Ya Əli, Ya Şah” sədaları ilə osmanlı ordusunun üzərinə elə saldırdılar ki, əzəblər manevr etməyə hec cürə imkan tapa bilmədilər və tezliklə azərbaycan igidləri tərəfindən qılınc və nizə ilə məğlub edildilər(Osmanlı hərbi piyada komandanl İskəndər Paşanın qeydi). Sol cinah təmamilə dağıdıldı. Sol cinah komandanı Həsən Paşa az bir quvvə ilə qızılbaşların həmləsinin təsiri və təzyiqi ilə osmanlı qoşun mövqelərinin ortasına qədər qaçdılar. Qızılbaşların təqibi ilə osmanlı qoşununun ortasına qədər irəliləyib döyüşə başladılar, ani bir şəkildə Həsən Paşanın ürəyinə sancılan qızılbaş əsgərləri tərəfindən ox onu öldürdü və qoşunun ortası pərən-pərən düşdü. Yalnız Şadi Paşanın ilkin yetişməsi osmanlı qoşununun az bir hissəsini sağ qalmağa müvəffəq etdi.

Lakin bu səbəbdən Şah İsmayılın əsl məqsədi olan qarovullara yaxınlaşıb yeniçəri piyadaları üzərinə həmlə etməkdən uzaq düşdü.

Sultan Səlim qızılbaş qoşunlarının qəfil həmləsindən başa düşdü ki, onun hərbi planı faydasızdırvə qoşunları xətər altındadır. Çünki Məhəmməd Xan Ustaclıda Şah İsmayıl kimi sağ cinahın komandanı Sənan Paşanın ordularının çox hissəsini məhv edə-edə irəliləyirdi.

Bu zaman mərd və şücaətli şəkildə əlində Zülfüqar qılıncına bənzər qılınc çalan Şah İsmayıl sol cinahın əsgərlərini qətl edirdi və gözləyirdi ki, Məhəmməd Xan Ustaclı sağ tərəfi yarıb Şaha birləşərək qoşunun ürəyi deyilən Sultan Səlimin komandanlığı ilə donub qalmış orta cinaha birlikdə hücüm çəkərək müasirə planını başa çatdırsınlar.

Amma təəssüf ki, Osmanlı qoşununun sağ cinahında Məhəmməd Xan Ustaclının həmləsi Şah İsmayılın həmləsi kimi qəti bir həmlə olmadı və bu həmlə onun məhvinə gətirib çıxartdı. Məhəmməd Xan Ustaclının həmləsindən qabax Sənan Paşanın ilkin əmrinə baxaraq əzəbləri topların qabağına yığmışdılar. Məhəmməd Xan Ustaclının sağ osmanlı quvvələrini darmadağın etdiyi bir vaxtda Sənan Paşa əzəbləri topların qabağından çəkərək atəş əmrini verdi.

Beləliklə, topların qarşısının boşalması ilə Məhəmməd Xan Ustaclının qoşunları topların atəşinə düşdülər. Qızılbaş qoşunu başda komandan Məhəmməd Xan Ustaclı ilə həlak olaraq haqqın rəhmətinə qovuşdular.

Sultan Səlim Şah İsmayıl qorxusundan çadırına elə gizlənmişdi ki Sənan Paşanın qələbəsindən belə xəbəri olmamışdır(Osmanlı hərbi piyada komandanı İskəndər Paşanın qeydi).

Sənan Paşa yeni qüvvə ilə Şah İsmayılın üzərinə irəliləyirdi. Sənan Paşanın cəsarəti olmadığından topları qabağa verərək özü qoşunun arxasında durmuşdu. Lakin o heç ağlına belə gələ bilməzdi ki, Şah İsmayıl yeddi dənə topların zəncirini yerlə yeksən etmə gücünə malikdir. Bunu görən Sənan Paşa üç nəfər yeniçeri ilə qaçmağa üz tutdu. Beləliklə Qızılbaş dəstələri 300-ə yaxın yeniçeri əsgərlərini osmanlı topları qabağında məhv etdilər.

Lakin Sultan Səlimin əmri ilə Şadi Paşanın qüvvələri Şah İsmayıla həmlə etdilər. Az sayıda olan Qızılbaş dəstələrini məğlub etdilər.

Sonra Sultan Səlimin əmri ilə Osmanlı ordusunun adlı-sanlı sərkərdələrindən olan Malkoçoğlu öz qardaşı Nur Əli bəy ilə Səfəvi Şahının üzərinə hücum etdilər və onu yaraladılar. Lakin Şah İsmayıl Nur Əliyə elə bir zərbə vurdu ki, dəbilqəsi ikiyə ayrılaraq başını bədənindən ayırdı. Malkoçoğlu heyrətlə yerində donub qalmışdı.

Şah İsmayıl çiyin nahiyəsindən və ayaqlarından yaralanmış vəziyyətdə özünü təhlükədən xilas etməyə cəhd göstərdi, elə həmin bir vəziyyətdə Şahın atı palçığa bataraq yerə yıxıldı.Bir türk əsgəri Şah İsmayıla yaxınlaşaraq onun canının qəsdinə durdu. Şah İsmayıl onun əyağından tutaraq yıxdı yerə və boynunu qırdı.

Osmanlı ordusunun sağ cinah komandanı Sənan Paşa Şah İsmayılın yıxıldığını görərək məğlub olduqlarını zənn edib  Səfəvi ordusunun orta cinahına əsgərlər yolladı. Seyyid Xızır Ağanın öz atını Şah İsmayıla verməsi Şahı yenidən düşməni bir-bir məhv etməyə başladı.

Sultan Səlim osmanlı ordusunun bir tək Şah İsmayıl ilə bacarmadığını görüb ortaya Fransız toplarının çıxmasına əmr verdi. Topların çıxması ilə qızılbaş dəstələri bir-bir tələf olurdular. Şah İsmayıl döyüşdə özünə sultan deyən əxlaqdan kənar şəxs olan Yavuz Səlimi at belində görə bilmədi və top tüfəngin qarşısında durmağın özəlliklə Fransız topunun qabağına durmaq məntiksizlik olduğunu bilib geri çəkilmək əmri verdi və indiki İran ərazisinə qədər getdi.

Bəzi tarixçilərin qeydinə görə güya Şah İsmayıl Osmanlı ordularına məğlub oldu. Bu çox səf bir fikirdir, birincisi Şah İsmayılın şanlı qılınc çalmağından qorxuya düşən yeniçərilər heç cürə ona qalib gələ bilməzdilər, ikincisi isə Şah İsmayıl Osmanlı ordularına deyil Fransız toplarına məğlub olmuşdur.

Çaldıran döyüşü hər iki imperiyaya ağır zərbələr vurdu.

Bəzi türk tarixçilərinin yazdığı məlumata görə Osmanlı ordusunun əsgərlərinin tələfatı 40-50 min olmuşdur. Ancaq bu rəqəm iki gün baş vermiş Çaldıran müharibəsi çərçivəsindən kənara çıxan bir rəqəmdir. Sultan Səlimin yalnız tələfatı 8.000-əsgər olmuşdur, bundan əlavə Səlimin böyük sərkərdələrindən olan Həsən Paşa, Həsən Ağa, Nur Əli bəy Malqoçoğlu, Tur Əli bəy, Məhəmməd bəy, Uveys bəy, İskəndər bəy Yusufoğlu, Qarlıoğlu bəy, Mustafa Paşa qətl edildi. Osmanlı qoşununun sol cinahı təmamilə məhv edildi, sağ cinahın isə 20 nəfərdən başqa heç kim qalmamışdı. Sultan Səlim isə heç at belinə belə çıxmamışdır. Həqiqətən gülməli bir hadisədirki sənin özün məktublarında qeyrətdən və şücaətdən danışırdın, ancaq səndə qeyrət söhbəti belə yox imiş, şücaətə qələndə isə heç ondan danışmasaq yaxşıdı.

Şah İsmayıl isə döyüşdə məğlub olmuşdur və 5.000 əsgəri haqqın rəhmətinə qovuşmuşdur, bundan əlavə Şah Xətainin böyük sərkərdələrindən olan Məhəmməd Xan Ustaclı, Sarı Piri Qorçubaşı, Şah İsmayılın lələsi olmuş məşhur sərkərdə Hüseyn bəy Lələ, Əmir Nizaməddin Mirəbdülbaqi, məşhur şiə üləması Mir Seyyid Şərif, Xülafə bəy, Nəcəf şəhərinin alim-üləması Seyyid Məhəmməd Kəmunə, Sultan Əli bəy, Həmzə bəy Kosa, Gəncə hakimi Sərdar bəy, məşhur səfəvi müridi neçə illər Kərbəlada Hz. Hüseyn(ə) hərəminə qulluq etmiş Baba İlyas Çavuşoğlu və onun övladları bu döyüşdə mərd və şücaətli şəkildə haqqın rəhmətinə qovuşmuşlar (Allah rəhmət etsin).

Bu müharibə Avropa müəlliflərini də, heyrətə gətirmişdir. Məşhur venesiyalı Ancello öz səfərnaməsində müharibəni belə yazır:

İlahi, bu müharibəni dəqiq bilirəm ki, Şərqin ən qanlı müharibəsidir. İki imperiyanın qanlı savaşıdır, buna savaş belə demək olmaz qan püskürməsidir. İki imperiyanın padişahlarının müharibəsi olduğu bir vaxtda Çaldıran düzənliyində ortası ikiyə ayrılan qılınc ilə yalnız bir padişah görünürdü. Mən bu simanı necə yadımdan çıxarda bilərəm ki, bu Sufi Şahı İsmaildir. Sultanın əmri il Fransız topları işə salındı və əsgərlər qırılmağa başladı. Sufi padişahının çarəsi olmadığından Təbriz tərəfə ordan da Xoy vilayətini getdi ki, bəlkə ordu yığa bilsin.”.

Riçard Knoles özünün “Osmanlı Tarixi” kitabında belə yazır:

Silahların şaqqıltısından, yerdən qalxan toz-torpaqdan, Osmanlı toplarının lüləsindən çıxan tüstüdən nə bir kəs bir kəsi görə bilirdi, nə də bir kəsin qulağı bir söz eşidə bilirdi. Topların atəşindən atlar elə ürkmüşdülər ki, əsgərlər onları idarə etməkdə çətinlik çəkiridlər.

Ümümiyyətlə Çaldıran savaşı Osmanlı tarixinin ən qanlı savaşı olmuşdur. Bu mənim şəxsi fikirimdir. Çünki heç bir savaşa osmanlılar “fəna gün” deməyiblər, yalnız Çaldıran savaşında. Təsəvvür edin paytaxt İslambulda hamı bu savaşın olunduğu günə yəni 23 avqosta “fəna gün” deyirdi.

Bu arada yüngülcə yaralanmış Səfəvi Şahı İsmail döyüşdə mərdlik göstərməsinə baxmayaraq Fransız topları son sözü Çaldıran savaşında bildirdi.”.

Bir Osmanlı tarixçisinin dediyi kimi:

Bu Fransız topları olmasaydı. Qızılbaşlar Çaldıran düzündə Yeniçeriləri məhv edəcəkdilər.”.

Deməli yuxarıda qeyd etdiyim kimi, Qızılbaşlar Fransız toplarına məğlub olmuşdular Osmanlı yeniçərilərinə yox. Əgər Sultan Fransız toplarına Çaldıran düzənliyinə çıxış əmri verməsəydi onda ordu yavaş-yavaş qızılbaşlar tərəfindən pərən-pərən edilərdi və qabağı qış fəslinə irəlilədiyi üçün məcbur olub sülh bağlayacaq və İstanbula qayıdacaqdır. Çünki 200.000 yeniçəri elə-belə yeniçəri deyildi. 1513-ün payızından etibarən kəskin şəkildə təlim keçmiş yeniçəri idilər. Ancaq qızılbaşlarda qızılbaş idilər, heçnədən onlara Şərqi lərzəyə salan qızılbaşlar demirdilər.

Şah İsmayıl Çaldıranı tərk edərək Təbrizə oradanda Xoy şəhərinə irəlilədi. Sultan Səlim isə Çaldıran düzənliyindən Cənubi Qafqaza yəni Azərbaycana keçərək Naxçıvan istiqaməti ilə şəhərləri bir-bir ala-ala Təbrizə irəliləyirdi. Elə ki, Təbrizə Səlim ayaq basdı sevincindən qalib yeniçərilərə qızıl və hədiyyələr payladı. Təbrizdə xüsusi parad keçirtdi və özünün şəxsi keşikçilərinə əmr verdi ki, hələ ki yalnız Təbrizdə kimin evindən şiə əqidəsinə xas olan möhür tapılarsa o ev içindəki ailəylə, yandırılaraq kül ediləcəkdir. Bu ağır faciəni də Səlim Təbrizdə icra etmək əmri verdi. Sultan Təbrizdə yalnız 6-gün qaldı və sonra Sultana Şah İsmayılın xeyli sayda olan azəri qızılbaş xüsusi dəstələrinin Təbrizə irəliləmələrini xəbər verdilər.Bu xəbər Sultana sübh vaxtı verildiyinə görə azandan sonra Sultan Təbrizi xeyli sayıda ustdadlar və nəqqaşlar ilə tərk etdi ki, heç Təbriz əhalisinin xəbəri belə olmadı. Belə desək uçaraq Təbrizdən qaçan Səlim Diyarbakra irəlilədi. Şah İsmayıl isə Təbrizi və bütov Cənubi Qafqaza təzdən hakim oldu.

Sultan Səlim Çaldıran düzənliyində olan qələbədən heç cürə istifadə edə bilmədi. Təsəvvür edin Şah İsmayılın İran ərazisinə çəkilməsi xəbəri yayılandan sonra Təbrizə irəlilədi və sonra ani oranı tərk edib qaçdı. Düzdü Anadolunu Osmanlı Dövlətinə birləşdirsədə bilmək olmur bəlkədə qorxusundan Təbriz və Azərbaycanı Osmanlıya birləşdirmədi. Lakin bu savaş Sultana qalibiyyət versədə o bu cür qalibiyyətdən istifadə edə bilmədi və nəticədə əlinə keçən yalnız Anadolu və Ərəb İraqı oldu.

Şah İsmayılın isə Çaldıran döyüşündən qabax heç bir döyüşdə məğlub olmamışdır. Yalnız Çaldıran döyüşündə olan Fransız toplarına məğlubiyyəti onun 14-illik sərkərdəlik və şücaətlik meydanından söküb aldı. Şah İsmayıl 1514-cü ildən sonra əlini “Zülfüqar” qılıncına bənzər qılıncına belə vurmadı, yalnız yazıb yaratdı.

Şah İsmayıl 1514-cü ilin Sentyabrından etibarən Daxili Siyasətə meyl etdi. Məscidlər, mədrəsələr tikdirdi, ondan da əlavə yazdı və yaratdı. Şah İsmayıl şerlərini Xətayi təxəllüsü ilə yazırdı(Xətayi təxəllüsü haqqında bəzi fikirlər mövcuddur. Bir fikirə əsasən çox gözəl xəttat olduğuna görə-Xətai təxəllüsünü götürüb, çünki özünün şerlərində belə xəttatlıqdan söhbət edirdi.).

Sultan 2 Bəyazid solda, Səlim sağda.

1514-1524

Durğunluq və Avropa ilə əlaqə.

Çaldıran savaşından sonra Şah İsmayıl daxili siyasətdə elə bir addımlar atdı ki, Çaldırandan sonrakı 10 ildə daxili siyasətdə çiçəklənmə başlandı. Bundan da əlavə Avropa dövlətləri Osmanlıya qarşı Səfəvi xanədanı ilə qızılbaşlar ilə vahid cəbhədə vuruşmaq istiyirdilər. Ona görə də 1514-1524-cu illər nə qədər Daxili Siyasətdə çiçəklənmə dövrü olsa belə, Xarici Siyasətdədə Səfəvilər İmperiyası ilə Avropa əlaqələri gücləndi.

a)Səfəvi – Portuqaliya əlaqələri

Portuqaliya kralı Don Emanuel(port. Don Manuel I) 1507-ci ildən bəri Fars körfəzindəmüstəmləkə əməliyyatları aparırdı. Hormuz adası məşhur sərkərdə və arxitektor Afons de Albukerki tərəfindən zəbt olundu. Şah İsmayılın başı 1507-ci illərdə İraq muharibəsi ilə, ondan sonra Şeybani dövləti ilə muharibə və ardınca Çaldıran döyüşü ilə qarışdığına görə Fars körfəzinə heç fikir vermirdi. Ancaq münaqişə yaranmasın deyə Afons de Albukerki Şah İsmayıla 1515-ci ildə məktub göndərir.

Afons de Albukerkinin Şah İsmayıla məktubu:

Uca və Əzəmətli Portuqaliya kralı Don Manuel I Hindistandakı nəibus-səltənəti və Fars körfəzindəki nümayəndəsi Afons de Albukerkidən, Şərqin əzəmətli imperatoru, əzəmət və şücaət sahibi, qudrətli Səfəvi şahı Şah İsmayıl əs-Səfəviyə.

Əvvəlcə sizə salamlarımı çatdırıb ərz edirəm. Əzəmət məqamlı və uca Şah İsmayıl əs-Səfəviyə elçi heyətini onun dünyanın şücaət mərkəzi olan Səfəvi sarayına göndərirəm. Ondanda əlavə mən Portuqaliyanın Hindistandakı naibus-səltənəti Osmanlı ilə olacaq yeni muharibəyə görə siz Şərq imperatoruna çoxlu qiymətli hədiyyələr göndərirəm.

Hörmətlə Afons de Albukerki 1515 (h.q. 21 rəbiul-əvvəl 921-ci il).”.

 

Albukerki tərəfindən Şah İsmayıla göndərilən  məktub. 1515-ci il.

Şah İsmayıl bu məktubu oxuyandan sonra elçi heyyətini qəbul etdi. Afons de Albukerki tərəfindən Şah İsmayıla yaqut, zümrüd, almas və mirvari, qızıl və müxtəlif cəvahirlərdən ibarət çoxlu qiymətli hədiyyələrlə bərabər, Şah İsmayıl üçün xüsusi olaraq qızılla işlənmiş nizə, zümrüd və mirvari ilə bəzədilmiş qılınclar, ondan da əlavə 3 at, 6 tüfəng, 2 top, 4 mancanaq və başqa dəyərli vəsaitlər göndərildi. Aydındır ki, bu qədər qiymətli hədiyyələrlə portuqaliyalıların Azərbaycanla əlaqələrə nə dərəcədə əhəmiyyət verdiyini nümayiş etdirdi.

Bundan sonra Şah İsmayıl Lissabon Milli Arxivində saxlanılan Don Emanuel I təşəkkür dolusu məktub göndərdi.

Ancaq Albukerki Don Emanuel 1 tərəfindən aldığı əmrə əsasən hədiyyə və daş-qaş göndərməsi Hormuz və Fars körfəzindəki Portuqaliya ağalığına görə Səfəvi İmperiyasına xərac idi.

 

Portuqaliya kralı Don Emanuel I

Afons de Albukerke.

b)Səfəvi İmperiyasının – İspaniya və Almaniya ilə əlaqələri

Bu zaman Avropada 1516-cı ildə Kastiliya kralı Ferdinandın ölümündən sonra ata tərəfdən Avstriyanın Habsburq xanədanından olan, qız nəvəsi Karl onun canişini təyin olundu. Karl V kimi taxta oturdu və böyük bir ərazinin hökmdarı oldu ki, bu Avstriya, Almaniya, Hollandiya, Belçika, İtaliya, Qərbi Aralıq dəniz adaları, İspaniya və Şimali Afrikanı əhatə edirdi. Karl V o zaman çətin bir vəziyyətdə idi. Bir tərəfdən Milan ilə muharibə digər tərəfdən isə Fransa ilə muharibə edirdi. Ancaq onun ən böyük düşmanlarından biri Osmanlı Dövləti idi. Bu vaxt isə Karl V Osmanlı ilə muharibədə bir müttəfiq axtarırdı. Bu xəbər Şah İsmayıla çatanda, Şah İsmayılın vəzirlərinin təqidi ilə Şah İsmayıl Karl V məktub ünvanladı.

Şah İsmayılın Karl V məktubunun tərcüməsi:

Bağışlayan və mehriban Allahın adı ilə! Şərqin ən əzəmətli imperiyası, haqq və ədalət çeşməsi Səfəvi İmperiyasının şahı – Şah İsmayıl əl-Musəvi əs-Səfəvidən, Almaniya və İspaniya məmləkətlərinin padişahı, Şimali Afrika və Qərbi Aralıq dənizinin şahı – Karl V Habsburqa.

Bu şanlı dostluq məktubu əlinizə çatsa, bilin və agah olun ki, sizin Osmanlıya qarşı müttəfiq axtarma planınız bizim əzəmətli sarayımıza gəlib çatdı. Məşvərət məclisindən sonra sizə məktub yazaraq agah olmanızı bildirmək istəyirəm.

Siz o tərəfdən, mən isə bu tərəfdən müştərək düşmənimizin üzərinə hücum edək. Baharın əvvəllərində siz dəniz və quru vasitəsi ilə, mən isə quru vasitəsi ilə hücuma keçərək düşmanımız olan Osmanlı dövlətini məhv edək. Beləliklə muharibə baharın əvvəllərində başlanır və Allahın köməkliyi ilə bu iş bizim müvəffəq olacağımız zamana qədər davam edəcəkdir. Mənim qulağıma xristian padişahlarının bir-biri ilə savaşdığı söhbəti gəlibdir. Bu söhbət bizim ümümdüşmanımız cəsarətlənməsinə gətirib çıxardar.

Bunuda siz böyük padişaha ərz edim ki, hər kim öz müttəfiqini darda qoysa onun özü onu məhv edəcəkdir, məsafədən aslı olmayaraq.

Bu məktub 924-cü ilin Şəvval ayında yazıldı. Əlhəmdulillah-i-rəbbul-aləmin. Amin, Amin!”.(oktyabr 1518).

Şah İsmayılın bu qudrət dolusu şanlı məktubu 6 ildən sonra İspaniyaya Karl V çatdı. Bu vaxt isə Şah İsmayıl haqqın rəhmətinə qovuşmuşdur. Bu səbəbdən Karl V hüzn dolusu məktubunu Səfəvi İmperiyası sarayına yollamışdır.

 

5-ci Karl Habsburq(1516-1556)

Şah İsmayılın vəfatı – 1524

Bəzi dünya tarixçilərinin Şərqin əzəmətli imperatoru adlandırdıqları Şah İsmayıl Xətai 1524-cü ildə iyun ayının 23-də(h.q. 930, rəcəb 19) cümə axşamında, ömrünün 37-ci ilində Sərab mahalında Məntuqay adlı yerində vərəm xəstəliyindən haqqın uca rəhmətinə qovuşmuşdur.

Şah İsmayıl Azərbaycanın vəhdət və istiqlaliyyətini qurdu. Ancaq heyif ki, bu vəhdət və istiqlaliyyət 2-əsr 35 il davam etdi. Azərbaycanı bütün digər qonşu dövlətlərdən üstün edən bu şəxs, Azərbaycanın əzəmətini bütün Şərqə və hətda bütün Dünyaya göstərdi. Şah İsmayıl özü 14 yaşından heç kimin köməkliyi ilə deyil, yalnız özünün xüsusi əqli ilə Azərbaycanı birləşdirib, uca və əzəmətli etdi. Ona görə də, Şah İsmayılın sevgisi əbədi Azərbaycan xalqının ürəyinə həkk olunub.

Mariya Ancolello öz səfərnaməsində Şah İsmayılın xüsusiyyətləri və sifətləri barədə belə yazmışdır:

İlahi, ilk gördüyüm andan bəri o gözəl simalı, xoşəxlaq, uca boylu və qamət sahibi Səfəvi şahı İsmayıla vuruldum. Onun saçının rəngi qırmızıya çalırdı. Yalnız bığ saxlayardı. Mən şəxsən onun qədər əzəmət sahibi görməmişəm. Yəgin ona görə hamı məktublarında ona əzəmət sahibi deyərək müraciət etmişlər”.

“Tarixe Şah İsmayıl” (Cahanqoşeye – Xaqan) kitabının əlyazma nüsxəsində Şah İsmayılın şəxsiyyəti belə təsfir olunmuşdur:

O həzrət özünün həyatı və hökmranlıq müddətində, yalnız və yalnız ədalət ilə idarə edirdi. Onun qorxusundan heç kəs zülm qapılarını heç kəsin üzünə açmırdı. Ömrü 37 il, hökmranlıq müddəti 24 il olub. Səxavətinin çoxluğundan nəzərində tam əyarlı qızıl, dəyərsiz daşla eyni idi. Ucalıq və səxavət onda cəmləşmişdi. O həzrət elm və fəzilət sahibi idi. Sözün həqiqi mənasında arif idi.”.

Şah İsmayıl Xətayi haqqın rəhmətinə qovuşduqdan sonra onun 5 oğul övladı və 5 qız övladı var idi. Şah İsmayıl öldükdə 5 oğlunun hamısı uşaq idilər. Taxt-taca hakim Şah İsmayılın 2-ci oğlu, Şahbəyim Taclı əlahəzrətlərinin böyük oğlu, 10 yaşlı Təhmasib Mirzə oldu.

Müəllif: Əli Əlizadə

Gənc tədqiqatçı

 

 


“Məhəmməd Əmin Rəsulzadənin “Çağdaş Azərbaycan Tarixi” əsərinin təhlili
00:33 / 03-06-2016
Azərbaycan Cümhuriyyəti tələbələri haqqında qısa arayış I hissə
15:25 / 27-05-2016
II Dünya savaşında Azərbaycanın əhəmiyyəti II hissə
17:36 / 23-05-2016
Məşrutə İnqlabı və Güney Azərbaycan
17:32 / 23-05-2016
II Dünya savaşında Azərbaycanın əhəmiyyəti I hissə
12:35 / 17-05-2016
Psixoloji – Antropologiya nədir ?
12:51 / 27-04-2016
Xacə Zeynalabidin Əli Əbdi bəy Şirazinin “Təkmilətül-Əxbar” əsəri Azərbaycan tarixinin bir mənbəsi kimi - II HİSSƏ
23:38 / 08-04-2016
Xacə Zeynalabidin Əli Əbdi bəy Şirazinin “Təkmilətül-Əxbar” əsəri Azərbaycan tarixinin bir mənbəsi kimi - I HİSSƏ
23:05 / 31-03-2016
Maaf institutu və onun xanlıqlar sistemində yeri
22:56 / 26-02-2016
Xəzər türklərinin etnik antropologiyası
00:41 / 26-02-2016
Səfəvi İmperiyasının xarici siyasəti - VII HİSSƏ
20:18 / 11-02-2016
Səfəvi İmperiyasının xarici siyasəti - VI HİSSƏ
23:54 / 06-02-2016
Səfəvi İmperiyasının xarici siyasəti - V HİSSƏ
23:28 / 01-02-2016
Səməd bəy Mehmandarov və Azərbaycan ordusu - IV HİSSƏ
01:09 / 19-01-2016
Səfəvi İmperiyasının xarici siyasəti - III HİSSƏ
00:25 / 15-01-2016
Səməd bəy Mehmandarov və Azərbaycan ordusu - III HİSSƏ
23:27 / 14-01-2016