BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Psixoloji – Antropologiya nədir ?

12:51 / 27-04-2016   /   baxış - 3046

   Psixoloji antropologiya  ümumi antropologiyanın  bir alt bölməsi kimi mədəni və psixi prosesləri qarşılıqlı şəkildə öyrənir.  Bu  bölmə müəyyən mədəni qrup daxilində, insanların inkişafını və inkultrasiya prosesini -  insan idrakının, emosiyasının, qavrayışının, motivasiyasının, və psixi sağlamlığlının forma proseslərini öz tarixi, dil, təcrübi və digər  konseptual kateqoriyaları ilə öyrənməyə çalışır.  O həmçinin idrak, emosiya, motivasiya və bu kimi oxşar psixoloji proseslərin  mədəni və ictimai proseslər tərəfindən necə məhdudlaşdırıldığını və məlumatlandırıldığını araşdırır.  Psixoloji antropologiyaya hər antropoloji məktəbin öz yanaşma tərzi var.

   Psixoloji antropologiya  antropologiya daxilində formalaşmasına səbəb olmuş Vilhelm Vundt alman psixoloqu və xalq psixologiya üzrə  mütəxəssis  idi. Onun totemistik inanclar, ibtidai və mədəni qruplarda inamla bağlı araşdırmaları  psixoloji antropologiya sahəsində atılmış ilk addımlar idi.
   Psixoloji antropologiyanın tam təşəkkülü isə  Fransis Lang  Kvan  Hsu-nun adı ilə bağlıdır. O 1940 – cı ildən məhşur Brainoslav Molinovskinin rəhbiriliyi altında antropoloji qrupda çalışmışdır.  1972-ci ildə Hsu  sosial və mədəni antropologiya sahəsində aparılmış mədəniyyət və şəxsiyyət araşdırmalarını ümumilikdə “psixoloji antropologiya”  adlandırılmasını təklif etdi. Hsunun bu təklifi yaşlı antropoloqlar tərəfindən tam qəbul olunmasada, şəxsiyyət və mədəniyyət araşdırmalarının antropoloji təhlilinə vahid bir ad verməklə bağlı ümumi fikir qəbul olundu. 1970-1980-ci illər psixoloji antropologiyanın yaranması və inkişaf illər hesab olunur.

  Hələ psixoloji antropologiya yaranmamışdan öncə antropoloqlar mədəni psixologiya ilə antropologiyanın sosial istiqaməti arasında ciddi bir bağ olduğunu anlamışdılar. Beləki elmdə Viqotskinin adı ilə bağlı olan fikir, dil, mədəniyyət  və şəxsiyyət  əlaqəsi antropoloqlar tərəfindən mənimsənildikdən sonra  mədəni psixologiya ilə antropologiya arasında olan ruhsal bağlılığı inkar etməməyə başladılar. 1930-cu illərdə ortaya çıxan “Şəxsiyyət və Mədəniyyət”  məktəbi, onun ardınca Marqared Mid və Rud Benedikt kimi antropoloqlar şəxsiyyət və mədəniyyətin qarşılıqlı əlaqəsi ilə bağlı ciddi tədqiqat işləri ortaya qoydular. Marqared Mid və Rud Benediktin mədəniyyətlə şəxsiyyətin əlaqəsi ilə bağlı fikirlərinə qarşı qoyulmuş  E.Sapirin arqumentleri daha ciddi qəbul olunmağa başlandı.  Nəticə etibarilə E.Sapir 1993-cü ildə universitetdə tələbələrə və müəllimlərə “mədəniyyətin psixologiyası” adlı mühazirə oxuyur.  Beləliklə onun mədəniyyət və şəxsiyyətlə bağlı fikirləri Psixoloji antropologiyada yeni bir dövr elan edir. E.Sapir əvvəlki antropoloqlardan fərqli olaraq şəxsiyyətin mədəniyyət tərəfindən formalaşdığını qəbul etmirdi. Onun fikrincə əlaqə bu qədər sadə ola bilməzdi. Burada mütləq qarşılıqlı əlaqə vardır: mədəniyyə şəxsiyyəti müəyyən bir yaşa qədər formalaşdırır, insan ətraf mühitin yəni onu əhatə edən mədəni çərçivənin təsiri ilə böyüyür. Uşaqlıq çağında o, bir başa mədəniyyətdən asılı olur , nəyi etmək olar, nəyi etməkl olmaz şəxsiyyətə uşaq yaşında öyrədilir. Beləliklə Marqared Midin dediyi kimi onda ilkin şəxsiyyət psixologiyası formalaşır. Yeniyetmə çağında o mədəniyyətə qarşı çıxır və  istər – isətəməz onu əhatə edən mədəniyyətə təsir göstərərək mədəni çatlar yaratmağa başlayır. Gənclik çağında şəxs kimi özünü dərk edən insan bir başa mədəniyyətdə yaranmış o çatlar tamamilə məhv edir, yeni mədəni dəyərlər əlavə edir. Yetkinllik dövründə insan mədəniyyəti mühafizə etməyə başlayır. Yenidən mədəniyyət insana təsir edir, onun şəxsi istəklərini yerinə yetrməsinə mane olur. Qocaldıqca insan sadəcə olaraq mədəniyyətdə baş verənlərə izləməklə kifayətlənir”. Beləliklə E.Sapir insanın əsasən mədəniyyəti iki dəfə qeyri-şərtsiz qəbul etdiyini, iki dəfə dəyişməyə çalışdığını və dəyişdirdiyini, yalnılz bir dəfə müşahidə etdiyini sübut etmiş oldu. Onun sadə şəkildə çatdırılmış bu fikri ilə psixoloji antropologiyada xalqların psixi durumları mədəniyyətlərinə əsasən tədqiq edilməyə başlandı. Qısa vaxtda böyük nəticələr əldə olundu.

   Psixoloji antropologiya bu gün öz adında əlavə “Mədəniyyət və Şəxsiyyət əlaqələri” kimi tanınır. Əsasən ABŞ-da bu adlardan daha geniş istifadə olunur. Bir müddət Etnopsixologiya da bu elmi bölmə birlikdə anılmağa başlandı. Lakin iki arasındakı bəzi fərqlə onlar birləşməsinə mane oldu. Etnopsixologiya ümumi bir etnosun və millətin psixologiyasını öyrəndiyi halda Psixoloji antropologiya insanı mədəniyyət daxilində analiz edir. Məsələn: Etnopsixologiyada Şərqin psixologiyası şərq xalqlarının ümumi psixologiyasından çıxarılmış nəticədir. Lakin bu Psixoloji antropologiyada Şərqin psixologiyası şərq mədəniyyəti təsiri ilə formalaşmış insanların psixologiyası, mədəniyyətin insana təsiri, insanın mədəniyyətə təsiri ilə ümumiləşmiş nəticədir. İkinci analiz hər zaman dəqiqliyi ilə seçilir.

Antropologiyanın bu sahəsinin iki əsas məqsədi vardır:

1.     Psixlologiyadan əldə olunan nəzəriyyələrin mədəniyyət arasında test edilməsi

2.     Kütlə və psxiologiya ilə aksiomaları birləşdirərək insanın davranışı ilə bağlı daha mənalı və təsirli fikirlə əldə etmək

  Psixoloji atropoloq “psixoloji dəyişiklilklər” və “sosiomədənidəyişikliklər” kimi anılayışlarla işə başlayır. Bu anlayışlar arasındakllı əlaqalərlə maraqlanır və bu iksinin bir-birlərinə təsirləri nədir onlarla məşğul olur.

  İbtidai və müasir mədəniyyətlərdə aparılan araşdırmalar nəticəsi olaraq mədəniyyətin təsirirnin güclü olduğu qənaətinə gəlinmişdir. Mədəniyyətin müxtəlif formalarında mövcud olan ailə - nikah münasibətləri, ana-ata rolları, cinsi fərqliliklər, kütləvi dəyərlər, insanclar və inamlar, kütləvi normaların müxtəlif təsriləri uşaq təhsilində, tərbiyəsində və inkişafında mühüm rol oynayar. 

  Fərdin toplumla əlaqəsi nədir, iki arasındakı yanlış anlaşılmamaları necə önləmək olar, psixi və sosio-mədəni dəyişkənliklər arasındakı əlaqələr necədir və s.  bunun kimi digər suallara cavab tapmaq və probelmi həll etmək üçün müxtəlif hipotezlər irəli sürülmüşdür. Bunlar bir neçəsinə qısaca nəzər yetirək:

1.     Psixoloji dəyişkənliklər, sosio – mədəni dəyişkənliklərlə əlaqəli deyildir

2.     Psixoloji dəyişkənliklər, sosio-mədəni dəyişkənliklərə bağlıdır

3.     Sosio-mədəni dəyişikənliklər, psixoloji dəyişkənliklərə bağlıdır

4.     Hər ikisi də fərqlidir, fəqət bir-birlərinə bağlıdırlar

   E.Durkheim birinci hipotezin tərəfdarıdır. Onun fikrincə cəmiyyət üçün olan sosio-mədəni faktorlar başqa bir cəmiyyətdə də özünü göstərə bilər. Lakin psixi durumuna görə hər iki toplum tam fərqli olma ehtimalı böyükdür. E.Durkheim fikirləşirdiki sosio-mədəni faktorlar yalnız əxlaqi və kütləvi şəxsiyyət yaradır.

II fikrin tərəfdarlarından olan  Z. Freyd şəxsiyyətin inkişafı uşaqlıqdan başlayır və bu inkişaf bir başa sosio – mədəni təsirə məruz qalır.

III fikrin tərəfdarları isə sosio-mədəni dəyişkənlikləri psixoloji dəyişkənliklərlə xüsusilə din, həyat tərzi və kütləvi davranışla əlaqələndirirlər. Bu nəzəriyyəninin tərəfdarlarından biridə məhşur Branislav Molinovskidir. Onun fikrincə dini rituallar insanların psixoloji çatışmazlıqlarını bir növ tamamlayır.

Sonuncu fikrin tərfadları isə hesab edirlər psixoloji dəyişkənliklər sosio-mədəni dfəyişkənliklərdən fərqlidir. İkisi də insana aid olunsa da  qəlibləşdirilmiş insanlardan ibarət cəmiyyətdən söhbət gedə bilməz. Bateson qəlibləşdirilmiş insanlar bağlı irəli sürdüyü “Etos” ( mədəni baxımdan standartlaşdırılmış duyğusal forma) və “Eidos” ( mədəni baxımdan standartlaşdırılmış məlumat forması) anlayışları, kütlə və iqtisadi sistem kimi digər anlayışlarla eynidir.

   Azərbaycanda  psixoloji – antropologiyanı ya psixologiya ilə ya da sosiologiya ilə qarışdırırlar. Hətta psixoloji-antropologiya adı altında psixologiya belə təbliğ edilir. Halbuki psixologiyadan fərqli olaraq psixoloji antropologiya insanları fərd halında psixi durumlarını deyil, ümum-mədəniyyət daxilində sosial davranışlarını və statusunu nəzərə alaraq, insanın psixi durumu öyrənir. İki arasında ciddi metodoloji fərqlər mövcuddur.  Sosiologiya ilə arasındakı bənzərlik sosiumun öyrənilməsi ilə bağlı olsada , sosiologiyadan fərqli olaraq psixoloji antropologiya sosiuma bir tərəfdən  baxmır. Psixoloji-antropologiya üçün önəmli olan sosiumun sosial həyatı yox, onun sosial həyatının mədəniyyətdə və psixi durumundakı təzahürüdür.

 

İstifadə edilmiş ədəbiyyat siyahısı:

1.     Benedict, R. Cultural Patterns and Technical Change. (1953)

2.     Benedict, R. Patterns of culture. Boston (1934).

3.      Güvenç, B. İnsan ve Kültür. Sosyal Bilimler Derneği G. 1. Ankara 1972  

4.     LeVine, R. A. (2010). Introduction – invisible pioneers: “Culture and personality” reconsidered., Psychological anthropology: A reader on self in culture (pp. 1–22). (seminar materialı)

5.     Sapir, E. (2010). The psychology of culture, Psychological anthropology: A reader on self in culture (pp. 23–29).  (seminar materialı)

6.     Mead, M. Coming of age in Samoa. New York (1928).

 

Antropoloq  Zamin Qafarsoy