BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Tarix “oyun” deyil, elmdir.

15:53 / 29-04-2016   /   baxış - 463

Tarix geniş bir elm sahəsidir. Həmçinin çox ciddi və önəmli sahədir. Tarixi bəzən qərəzli elm də hesab edirlər. Amma tarix həmçinin dəqiq öyrənilməli olan elmlərdəndir. Tarixi tədqiq edənlərin bir qismi ya dini görüşlərinə, ya da siyasi maraqlarına uyğun araşdırma aparır və həmin baxışlarına uyğun olaraq da nəticə çıxarırlar.

  Tarix bir cəmiyyətin, millətin öz keçmişi, soykökü, milli kimliyinin formalaşmasında önəmli rol oynayır. Tarixin düzgün, faktlara əsaslanaraq, mənbələrin müqayisəsi, hadisələrə məntiqlə yanaşıb, nəticə çıxarmaqla yazılmasında tarixçilərin üzərinə ciddi və məsuliyyətli iş düşür. Təəssüflər olsun ki, bəzi tarixi araşdırmalarda,  kitabların yazılmasında bu göstərilənlər nəzərə alınmır. Mən heç kəsi günahlandırmıram da, sadəcə gördüklərimi və çıxardığım nəticələri deyirəm. Bəzən kitablar demək olar ki, mənbə toplusundan ibarət olur. Bəzilərində istifadə olunan mənbələrin etibarlılığı belə sual altındadır. Məsələn, rast gəldiyim bir tarix kitabının əksər hissələrinə Musa Xorenlinin (erməni müəlliflərinin tərcüməsi və redaktəsi ilə) “Erməni Tarixi” əsərindən bir çox yerlərdə istinadlara rast gəlinir. Belə əsərlərdən mənbə kimi istifadə etməklə bərabər, tərcümə edənin kimliyi, sosial statusu, milləti, siyasi baxışlarının da nəzərə alınması müsbət hal olardı. Hər bir elmdə müəyyən çatışmazlıqlar vardır, tarix elmində də həmçinin. Amma bu çatışmazlıqları zamanla aradan qaldırmaq üçün tarixçilərimiz üzərinə ciddi iş düşür. Sovet tarixşünaslığından çıxıb, tarix elminə daha geniş pəncərədən baxmaq lazımdır. Tariximizin konseptual xətlə inkişafına ehtiyac vardır. Bu konsepsiyanın da yazılması üçün tarixin bütün köməkçi sahələrindən mütləq istifadə etmək lazımdır. Arxeologiya, antropologiya, etnoqrafiya, numizmatika, heraldika və başqa bu kimi elm sahələrinin araşdırmalarından tarixin müəyyən dövrünün yazılmasında istifadə edilməsi mühüm əhəmiyyət kəsb edən amillərdəndir. Bəzən bir neçə tarix kitabında bir hadisənin müxtəlif formalarda verilməsinə, illərinin müxtəlif olmasına rast gəlinir. Bir tarixçi üçün bu normal ola bilər, amma sadə bir vətəndaş üçün belə hallar olduqda nəticə çıxarmaq çətinləşir və insanlar belə hallarla rastlaşdıqları üçün bəzən tarixi ciddi elm kimi qəbul etmirlər. Onlara izah edəndə də inandırmaq çətin olur. Ona görə belə faktlar da nəzərə alınaraq, mənbələrdə müxtəlif formalarda verilən hadisələr, xronologiya və digər bu kimi şeylər müqayisə etməklə, məntiqi nəticə ilə və  izahla verilsə daha yaxşı olar. İnsanların da beynindən tarix nağıldır, yalandır kimi fikirlər çıxmış olar. Tarix tək mənbələri toplamaqla yazılmır. Tarix bu mənbələrdən doğru istifadə edilərək, təhlillə hadisələrə bir tərəfli baxmaq prinsipindən çıxmaqla, çıxarılan məntiqi nəticələrlə yazılmalıdır. Bəzən də hansısa tarixçi araşdırma aparanda dini, siyasi hisslərinin təsiri altında araşdırmalarını qeydə alır.  Bu nə dərəcə də düzgündür?  Tarixçinin obyektivliyi də önəmlidir. Hansısa bir tarixi əsər, onu oxuyanda güclü milli hisslər də yarada bilər, keçmişə nifrət də, sevgi də, hanısa dini hissləri də qabarda  bilər.

      Müasir Azərbaycan tarixşünaslığında tədqiq olunan mövzuların bir qismi sanki özündən əvvəlki tədqiqatların təkrarıdır. Bu o demək deyil ki, bir müəllif digərinin yazdıqlarını köçürüb. Sadəcə həm mövzu, həm də araşdırma üsulu eynidir. Ortada yeni elmi fikir, yeni faktlar yoxdur. Bundan əlavə araşdırılmayan, tədqiqi tələb olunan tarixi problemlərə tədqiqi çətindir deyə, müraciət edənlər də azdır.

  Azərbaycanın çox savadlı, dəyərli tarixçi alimləri vardır. Bəzən onlar kənarda qalır, tarixçi olmayan biri tarixin müəyyən dövrü üzrə məruzə ilə çıxış edir, yazılar yazır. Nəticədə baxırsan ki, onun  çıxışındakı mövzunun adı belə çıxışı ilə üst-üstə düşmür. Tarixi öyrənmək hər birimizin borcudur. Amma onu yazmaq, cəmiyyətə təqdim etmək tarixçilərin vəzifəsidir. Tarixindən yazanda, danışanda bunların neçə-neçə beyinlərə təsirini də nəzərə almaq lazımdır. Tarixi araşdırmalar təhrif olunanda və ya hadisələrə, proseslərə birtərəfli yanaşma olanda bu bir çox təhlükələrə yol açır. Siyasi, ideoloji, milli, dini və digər proseslərdə ciddi problemlərə səbəb olur. Tarixini bilməyən bir nəsil, bir cəmiyyət təsəvvür edirsiniz? Ona görə də tarixçilərimiz bu elmin inkişafında, tarixin yazılmasında daha diqqətlə və məsuliyyətlə çalışmalıdırlar. Sonda isə fikirlərimi dəyərli müəllimimin hər zaman söylədiyi sözlərlə bitirmək istəyirəm. “Tarixçi cəmiyyətin memarıdır.”  

 

İradə Xəlilli



“Dünya Azərbaycanlılarının həmrəyliyi və Bütöv Azərbaycan” mövzusunda inşa müsabiqəsi elan edilib
22:02 / 27-09-2016
Bizi biz edən vətənimizdir!
21:24 / 06-07-2016
Niyə məhz Türkiyə ?
13:45 / 30-06-2016
Biz həqiqətənmi Ermənistanla savaşırıq?
20:43 / 18-05-2016
Şəxsi seçim illuziyası
22:24 / 12-05-2016
9 may. Mənəvi soyqrım
16:47 / 09-05-2016
Rusiyanın təzyiqi, yoxsa xahiş
23:27 / 07-05-2016
DİLİN XALQIN HƏYATINDAKI ROLU
14:15 / 04-05-2016
Fars hökmdarı yoxsa Persia fatehi
12:23 / 21-04-2016
MƏSUM SİLAH NÖVÜ - KİTAB
12:12 / 21-04-2016
Millətləşmə yoxsa Bütövləşmə və ya 3 günlük müharibənin gücü
13:06 / 07-04-2016
Əsl türk irqinin kökü və sirri haradadır?
19:45 / 05-04-2015
ƏN QƏDİM TÜRKLƏR
23:51 / 30-03-2015