BÜTÖV AZƏRBAYCAN OCAQLARI
ƏN QƏDİM TÜRKLƏR

23:51 / 30-03-2015   /   baxış - 730

Bir müddət əvvəl Türkiyəli tədqiqatçılar Sibirdə, dağlıq ərazidə yaşayan və türk dilləri ailəsinə mənsub bir dildə danışan türk toplumu tapdı. Araşdırmaçılar bu nadir tapıntıya “ən əski türklər” başlığı ilə xəbər hazırladılar. İddiaya görə Sibir maralı bəsləyən və müasir Sibirlilərdən, uyğurlardan, qırğızlardan, qazaxlardan fərqlənməyən bu toplumun ən azı 5 min il yaşı var.

Lakin ortada bunu sübut edəcək heç bir fakt yox idi. Bu fikri türklərin mənşəyi ilə bağlı olan Orta Asiya nəzəriyyəsi guya təsdiq edirdi. Ancaq antropologiyaya görə, burada ciddi səhvlər var. İlk olaraq qeyd edək ki, Sibirdə 5 min il öncəyə aid monqoloid yəni qıyıq gözlü, sarı dərili - bir növ qırğızlara, qazaxlara, uyğurlara bənzəyən - bir insan belə yox idi. Bunu indiki Sibir ərazisində yerləşən və Andronovo adı ilə tanınan arxeoloji mədəniyyət də sübut edir. 
Həmin ərazidən tapılan insan skeletlərinin analizi göstərir ki, e.ə III - II minillikllərdə yaşayan Sibirlilər monqoloid deyil, biz Azərbaycan türkləri kimi avropoid olublar. “Biz Azərbaycan türkləri kimi” deyə bir ifadə işlətməyim əbəs yerə deyil. Çünki həqiqətən də 5 min il öncə Sibirdə yaşayan türklərlə,  6 min ildir Azərbaycanda yaşayan türklərin arasında heç bir fərqin olmadığı üzə çıxır. Müasir Sibir əhalisinin fiziki antropologiyası yəni onların xarici görünüşü iki böyük irqin - sarı ( monqoloid ) və ağ ( avropoid) irqlərin qarışmasından yaranıb. Bu o deməkdir ki, nə vaxtsa Sibirdə ağ irqə mənsub insanlar ( qədim türklər ) yaşayıblar. Üstəlik, onlar SSRİ-nin bizim beynimizə yeritdiyi kimi, “barbar monqol” tipində də olmayıblar. 
...1970-80- cı illərdə SSRİ-də, Sibir və ona yaxın ərazilərdə arxeoloji qazıntılar aparılır. Məqsəd qədim türklərə bağlı faktlar əldə etmək idi. Araşdırmanın sonunda dövrün arxeoloqları və antropoloqları müxtəlif nəticələr əldə etdilər. Xarici görünüşlə bağlı nəticələr dövrün ideologiyasına qurban getdi. Həmin dövrdə mövcud olmuş iskitlər monqoloid kimi qələmə verilmişdi; Və bu formada da müasir dövrümüzə qədər gəlib çatır. 
2008-2010-cu illərdə Moskvo Dövlət Universitetinin antropoloq və arxeoloqlarından ibarət dəstə Sibirdə arxeoloji qazıntılar aparır. Yeni nəticələr əldə olunur. Nəticələrə görə, iskitlər SSRİ dövründə qeyd olunduğu kimi monqoloid deyildilər. Əksinə onlar daha çox Ön Asiya və Qafqazda yaşayan türklərə bənzəyiblər. Miqrasiyalar üzrə rus mütəxəssisləri ortaya belə bir fakt qoydular: 
“Adı çəkilən iskitlərin ilk vətəni Sibir olmamışdır. Əgər Sibir olsaydı, onlar bu sərt iqlimdə monqoloid olmalı idilər. Deməli iskitlərin ilkin vətəni indiki Qafqazın cənubu və İranın şimalı olmuşdur”. 
Sözsüz ki burada söhbət Azərbaycandan gedir. Əgər iskitlərin ilkin vətəni Azərbaycan olmuşdusa o zaman ilk türklər və ya ən qədim türklər kimlər idi ? Onları tapmaq üçün 5-6 min öncə ki tarixə gedəcəyik - Kuti, Lullubi dönəminə. Doğrudur Şumerlərində türk olduğunu iddia edən çoxdur amma kutilər və lullubilər real faktdır. 
Şəkildəndə göründüyü kimi Quti elbəyinə məxsus bürünc heykəllə iskit çarının kəllə sümüyü əsasında hazırlanmış heykəl arasında fərq yoxdur. Xatırladım ki, antropologiyada kəllə sümüyü əsasında insanın ümumi baş və sifət formasını hazırlamaq geniş yayılmışdır. İskit çarına məxsus bu bərpa olunmanı da rus antropoloq Mixail Gerasimov hazırlamışdır. Təsəvvür edin ki, son zamanlara qədər SSRİ bizə təlqin edirki, siz türk deyilsiniz, sonradan türkləşmisiniz. İlk türklər iskitlərdir və ya hunlar, onlarda monqoloid olmuşdular. Lakin şəkildə açıq aydın görünür ki, ilk türklər Azərbaycanda mövcud olan , kutilər və lullubilər olmuşdular. 
Ən qədim türklərin vətənin Azərbaycan olması bir kənara, onların monqoloid olması tamamilə yanlışdır. Bu gün Metexan, Çingiz xan, Atilla və s. bu kimi türk hökmdarlarının tarixdə dərin iz buraxdığına görə hər kəs türklərin mütləq şəkildə monqoloid olduğunu fikirləşir. Sadə dillə desək bizdə belə təsəvvür var: “əsl türklər qıyıq gözlü, dartılmış sifəti olan Orta və Mərkəzi Asiya türklərdir”. Əslində 6 min ildir əsl türk olan, və bütün dünyaya köçlər edən, məskunlaşan ən qədim türklər elə bizlərik. 
Əgər biz bu gün doğruluğu artıq tamamilə şüphə altına alınan Orta Asiya nəzəriyyəsini qəbul etmiş olsaq, gərək XI əsrdə türkləşdiyimizi də qəbul edək. Əslən fars kökənli və Ön Asiya kökənli bir toplum olduğumuzu da qəbul edək. Lakin fakt ortadadır. Yuxarıdakı şəkildə də açıq aydın görünür ki, ən qədim türklər SSRİ-nin dediyi kimi iskitlər və ya hunlar yox, bizik. İranın “məndən törəməsən” “sonradan türkləşmisən” deməsi isə əsl cəfəngiyyatdır. Çünki törəmə olan biz deyilik. Şəkildə də göründüyü kimi 6 min il əvvəl mövcud olmuş Quti elbəyi ilə müasir Oğuz türkü arasında fərq yoxdur. Bunun antropoloji tərəfləri də var məsələn : Quti elbəyinin, İskit çarının, Oğuz türkünün başı nə fars, nə rus nə də erməni də olduğu kimi deyil. Adı çəkilən türklərin başı ensiz və uzundur. Burunları düzdür , farslarda və ermənilərdə olduğu kimi iri və eybəcər deyil. Təsadüfi deyilki “türk” sözünü bəzən gözəl, yaraşıqlı və ağbəniz kimi tərcümə edirlər. Sual oluna bilər: niyə Rus ya da fars bizim ən qədim türk olduğumuzu ört-basdır edirdi ? Cavabı çox sadədir: Təsəvvür edin XX əsrin ilk onilliyində həm cənubda həm şimalda müstəqillik üçün döyüşən, 40-50-cı illərdə hökümət yaratmağa çalışan, 80-90-ci illərdə azadlığa çıxmağa çalışan bir millətə, deyirsən ki, “Sən bu bölgənin, yəni Dərbəndən İran körfəzinə qədər olan bu vətənin əsl sahibisən, Sən ən qədim türksən, bütün dünya türkləri səndən törəmədir, Azərbaycan dünya mədəniyyətinin beşiyidir və bu mədəniyyətin, torpağın, vətənin sahibi ən qədim türklərdir yəni sizlərsiniz!” Közərməyə çalışan ocağın üzərinə benzin töksən, həmin andakı o alışmanı, oyanmanı, mübarizəni əvəz edə bilməz. Və o mübarizənin qarşısını almaq qeyri-mümkün olardı. Hələ də Türkiyədə erməni mənşəli antropoloqlar ən qədim türkləri Orta Asiyada axtarır. Çünki bu onlara sərf edir. Niyəsidə hamıya məlumdur. Ən qədim türkləri axtarmaq istəsəniz, bunun üçün hansısa qədim abidəni axtarmağa yada Sibirə getməyə ehtiyac yoxdur. Güzgünün qarşısına keçib, özünüzə baxmağınız kifayətdir.

 

Antropoloq Zamin Qafarsoy



“Dünya Azərbaycanlılarının həmrəyliyi və Bütöv Azərbaycan” mövzusunda inşa müsabiqəsi elan edilib
22:02 / 27-09-2016
Bizi biz edən vətənimizdir!
21:24 / 06-07-2016
Niyə məhz Türkiyə ?
13:45 / 30-06-2016
Biz həqiqətənmi Ermənistanla savaşırıq?
20:43 / 18-05-2016
Şəxsi seçim illuziyası
22:24 / 12-05-2016
9 may. Mənəvi soyqrım
16:47 / 09-05-2016
Rusiyanın təzyiqi, yoxsa xahiş
23:27 / 07-05-2016
DİLİN XALQIN HƏYATINDAKI ROLU
14:15 / 04-05-2016
Tarix “oyun” deyil, elmdir.
15:53 / 29-04-2016
Fars hökmdarı yoxsa Persia fatehi
12:23 / 21-04-2016
MƏSUM SİLAH NÖVÜ - KİTAB
12:12 / 21-04-2016
Millətləşmə yoxsa Bütövləşmə və ya 3 günlük müharibənin gücü
13:06 / 07-04-2016
Əsl türk irqinin kökü və sirri haradadır?
19:45 / 05-04-2015