BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Millətləşmə yoxsa Bütövləşmə və ya 3 günlük müharibənin gücü

13:06 / 07-04-2016   /   baxış - 477

Millət, milliyyət, etnos, xalq və s. bu kimi terminlərin yaranması  bütün dünya xalqları üçün həm müsbət həmdə mənfi tərəflərini özü ilə bərabər gətirmişdi. Bir sıra imperiyaların parçalanması, yeni daha kiçik dövlətlərin yaranmasına səbəb olmuşdu bu terminlər. Əslində Qərbin bu addımı həddindən artıq çox toplumun mövcud olduğu Asiya qitəsini xüsusilə Kiçik və Ön Asiyanı idarə edilə biləcək bir duruma gətirəcək addım idi. Biz bu addımın nəticələrini illərdir Suriyada, İraqda, Türkiyədə həmçinin Azərbaycanda görməkdəyik. Hələ XIX əsrdən başlayan daha sonra rəsmi şəkildə iki etnos və ya millət arasında müharibəyə çevrilən , 90 – ci illərdə qırğınlarla yadda qalan Azərbaycan – Ermənistan savaşı da eyni ilə bu siyasətin – “ermənilərin öz müqəddəratını təyin etməsi”nə və yeni bir müharibə ocağının yaranmasına çalışan dövlətlərin  ambisiyalarından başqa bir şey deyildi.

Krişan Kumar 2006-cı dərc etdirdiyi “millətçilik” adlı məqaləsində millətin vahid hədəfindən söz açarkən o bir nüansı xüsusi ilə qeyd edir: "əgər bir millətin idarə edilə biləcək bir psixologiyası varsa və bu psixi durum ən çətin vəziyyətdə belə idarə oluna bilirsə, o toplumun millətləşməsindən söhbət gedə bilməz”. Ardınca dünyanın müxtəlif yerlərində yaşayan toplumların millətləşmələri bağlı fikir bildirəndə, o, Ön Asiyada millətləşməni xüsusi ilə qeyd edir. Kumarın əsas məqsədi çətin anda millətləşməni tədqiq etməkdir. Onun fikrincə Ön və Kiçik Asiyada istənilən toplumun sıxışdırlması və hətta etnik kimliyinə toxunulması, o toplumun nə qədər zəif olmasından asılı olmayaraq, sadə dillə desək bir bayraq altında toplanacaq və düşmənə qarşı vahid cəbhədən çıxış edəcək. Lakin Kumarın bu fikirləri ilə tam razılaşmayan  Sinisa Maleseviç həmin il dərc etdirdiyi “ideologiyanın identikləşməsi: etniklik və millətçilik anlayışları” adlı məqaləsində Ön Asiya ilə bağlı bu fikirləri qeyd edir: “Ön Asiya xalqlarının etnik psixologiyasında birləşmə çox güclüdür. Bunu qəbul etməmək olmaz. Lakin 1950-ci illərdən etibarən Ön Asiyada aparılan siyasətin nəticəsi olaraq bu gün minillər öncə mövcud olan o düşüncə tərzinin bu gün mövcud olduğunu demək olmaz. Lakin Kiçik Asiyada və Qafqazda bu tip psixologiya hələ də qalmaqdadır. Osmanlı imperiyasının və SSRİ-nin dağılmasından sonra zəifləmiş, süqutun bir addımlığında dayanan Türkiyə və keçmiş postsovet ölkələrində millət anlayışı mövcuddur və ikinci bir dağıdıcı dalğa gəlməsə böyük ehtimal adı çəkilən toplumların sürətli inkişafı gözlənilir.

Hər iki alimin dediklərini bugünki Azərbaycana aid etmək lazımdır. Öncəliklə onu qeyd etmək lazımdır ki, 3 günlük müharibə zənnimcə Azərbaycan üçün sınaq mərhələsi idi. Azərbaycan ordusunun gücü yoxlanıldı. Silah – sursatın yaxşı vəziyyətdə olması və ordunun ruh yüksəkliyi ilə döyüşə girməsi bizi o sınaqdan üzü ağ çıxardı. Birinci mərhələdə bu münaqişədə maraqlı olan dünya dövlətlərinin “Azərbaycan ordusu böyük ehtimalla Rusiyanın dəstəyini alan Erməni ordusuna məğlub olacaq” deyə düşünürdülər. Lakin arzuları ürəklərində qaldı. 

II mərhələ Azərbaycan əhalisi üçündür. II mərhələdə gözlənilənin baş verməsi üçün müəyyən adamlar əhalini  sülhə və ya ordunu silahları yerə qoymağa çağırmalı idi. Gözlənilən olmadı. Elə burda Kumarın dediyi kimi çətin vəziyyətdə millətləşmə baş verdi. Bütün ölkə əhalisi bir ağızdan ordunun arxasında dayandı, aksiyalar keçirdi, könüllü hərbi xidmət üçün müraciətlər olundu və s. Ölkədə çaxnaşma yaratmaq, müəyyən qüvvələri qarşı-qarşıya qoymaq planı baş tutmadı. Bu planlar artıq kimlərə məxsusdur onu bilmirəm.

III mərhələni hələ 1950-ci illərdə sosioloq David Reisman anlamış və millətin parçalanması üçün hələ o zaman Ön Asiya və Qafqaz əhalisinin həm sosial həm dini həm də mədəniyyət baxımdan  eyni olan və eyni millətə mənsub olan toplumların pərən-pərən salınmasının qeyri-mümkün olduğunu etiraf etmişdi. Baxmayaraq ki o elmi ədəbiyyata “etniklik” ifadəsini gətirmişdi. Bu mərhələnin adı elmi ədəbiyyatlarda verilməsədə biz bu mərhələyə “Bütövləşmə” deyəcəyik. Çünki III mərhələdə rəsmən bütün düyanın gözü qarşısında dünyanın hər bir yerində yaşayan həmvətənlərimiz xüsusilə bu günki İran, Suriya və başqa yerlərdə bizlərdən olan  bizimkilər elə bir dəstək verdilər ki,  bunu izah edilməsi belə çox çətindir.

Son olaraq: bu bir neçə günlük müharibədə bu qədər bütövləşməni görən dünyanın atəşkəs və ya sülh istəməsi bizlərə qəribə gəlməsin. Kimi iqtisadi səbəblərə görə, kimisi coğrafiyaya görə, kimisi də Bütöv Azərbaycanın yaranmasının heç kimə sərf etməyəciyini bildiyi üçün bu müharibəni dayandırdı. Bu toplumun eyni şeyi düşünməsinin qarşısını aldı daha doğrusu almağa çalışdı, hələ gələcəkdə nələr olacaq bilinmir. Bundan əlavə bu işlərin bura qədər gələcəyini bəlkədə heç  hesablamamışdılar.

 

Bütün şəhidlərimizə ulu Tanrıdan rəhmət diləyir və Bütöv Azərbaycanın bir addımlığına gəlib çatdığımız üçün sizləri təbrik edirəm.

 

Tanrı  Azərbaycanı Qorusun!

 

Zamin Qafarsoy



“Dünya Azərbaycanlılarının həmrəyliyi və Bütöv Azərbaycan” mövzusunda inşa müsabiqəsi elan edilib
22:02 / 27-09-2016
Bizi biz edən vətənimizdir!
21:24 / 06-07-2016
Niyə məhz Türkiyə ?
13:45 / 30-06-2016
Biz həqiqətənmi Ermənistanla savaşırıq?
20:43 / 18-05-2016
Şəxsi seçim illuziyası
22:24 / 12-05-2016
9 may. Mənəvi soyqrım
16:47 / 09-05-2016
Rusiyanın təzyiqi, yoxsa xahiş
23:27 / 07-05-2016
DİLİN XALQIN HƏYATINDAKI ROLU
14:15 / 04-05-2016
Tarix “oyun” deyil, elmdir.
15:53 / 29-04-2016
Fars hökmdarı yoxsa Persia fatehi
12:23 / 21-04-2016
MƏSUM SİLAH NÖVÜ - KİTAB
12:12 / 21-04-2016
Əsl türk irqinin kökü və sirri haradadır?
19:45 / 05-04-2015
ƏN QƏDİM TÜRKLƏR
23:51 / 30-03-2015