BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Rusiyanın təzyiqi, yoxsa xahiş

23:27 / 07-05-2016   /   baxış - 487

       Bütün aprel boyu baş verənləri hətta siyasətlə maraqlanmayan, gündəlik xəbərləri izləməyən belə izlədi, bildi. Aprelin 2-5-i olanlar təkcə Azərbaycan xalqını deyil, dünya siyasətini də tərpətdi. Tərpətməyə də bilməzdi. Tərpəniş belə gözlənməyən ölü qisas almağa qalxdı. Bunu heç kim gözləmirdi. Bu gözlənilməzliklər hələ bir sürə də davam edəcək.

     Bu tərpəniş Azərbaycan xalqının sınağı oldu ona görə ki, xalqın Qarabağ münaqişəsin münasibətinin hansı səviyyədə olduğu özünü göstərdi. Azərbaycanlıların dövlətçiliyə münasibəti özünü bütün çılpaqlığı ilə göstərdi. Dövlətinin varlığı uğruna ölməyə hazır olan yüz minlərlə gəncin özünü hansı səviyyədə ifadə etməsi ― məsləkindən, mənsəbindən, mənsubiyyətindən asılı olmayaraq bütün azərbaycanlının Dədə Qorqut dastanında olduğu kimi dış düşmənə qarşı birləşmək xarakterini itirmədiyini, minillərin ənənəsini bu gün də yaşatdığını göstərdi. Demək ki, xalq yaşayır. Azərbaycanın bu münaqişəni donmuş saymadığı bir daha aydın oldu, özü də bütün çılpaqlığı ilə. Azərbaycan ictimaiyyətinin hakimiyyətin ― iqtidarın apardığı siyasi idarəçiliyi, onun göstərdiyi iradənin xalqın iradəsi ilə nə qədər səsləşdiyi, əslində iqtidar xalqın ona  olan etimadı sayəsində Azərbaycan xalqının Qarabağ məsələsində olan mövqeyini barışa yönəltməyə çalışır. Xalq savaşı barışdan üstün sayır. Bu da hər bir azərbaycanlının yaxşı bildiyi erməni vəhşiliyinin, bir neçə yaşayış məntəqəsində soyqırım əməliyyatının, yüzillərlə azərbaycan xalqına etdikləri insanlığa sığmayan hərəkətlərinin hesabını sormaq istəyir. Bunu “dördgünlük savaş”da aydın gördük.

     Azərbaycanlılar öz şəhidlərini necə andıqlarını, necə qarşılayıb, necə yola saldıqlarını ―ümumiyyətlə şəhidə və şəhidliyə olan münasibətlərini də göstərdilər. Şəhidlərin belə yola salınmasından anlayışı olmayan adam bu mərasimi yəqin ki, karnaval, ya da hər hansı xalq bayramı sanardı.

     Bu “savaş” Azərbaycan ordusunun da hansı səviyyədə olduğunu, savaşı hansı səviyyədə aparabildiyini, atəşkəs dönəmində nələrə yiyələndiyini, siyasi, hərbi, iqtisadi təminatın hansı səviyyədə olduğunu, bu təminatın səviyyəsinin nəyə qadir olduğunu da göstərdi. Azərbaycanın ordu potensialı da özünün nəyə qadir olduğu ortaya qyulmuş oldu. Azərbaycanın özündə olan qayrılan hərbi vasitələrin də gücü, bundan başqa alınmış texnikalar, keçirilən təlimlər də gerçək döyüşdən üzü ağ çıxdı. Bir ölkənin müdafiə sənayesi yoxdursa, bütün müdafiə texnikaları, müdafiə silahları, vasitələri alınırsa onun savaş qabiliyyəti olduqca aşağı olacaq, və uzunsürəli savaşlarda onun iqtisadiyyatı belə, bu ordunun savaşı sürdürməsinə dayana bilməz. Bir atalar sözümüz var: “Qonşudan gələn öyünə olmaz, olsa da vaxtında olmaz”.

     Bütün bunlardan da üstdə dayanan səbəb bir amil var ki, bu da informasiyadır. Çünki informasiya ilə psixologiyanı yönəltmək olur. Atəşkəsdən aprelə qədərki dövr boyunca Azərbaycanda gedən informasiya savaşından yaranmış informasiya xaosu birdəfəlik və bir dəfəyə həll edilmiş oldu. Artıq Azərbaycanda heç bir yanlış informasiya özünə yer tapa bilməyəcək. Daha “torpaqlar satılıb, bir daha Qarabağ torpaqları geri qaytarılmayacaq”, “erməniləri də allah yaradıb, daha olan olub, keçən keçib qoy indən belə orda ermənilər yaşasın”, “biz ermənilərlə dost olmalıyıq, burda erməni xalqının heç bir günahı yoxdur”, “yenə də ermənilərlə bir yerdə yaşaya bilərik”, “bu münaqişə həmişə düşmənçilik kimi davam edə bilməz, buna bir son vermək lazımdır” kimi fikirlər artıq özünün hansı təsirə malik olduğunu bir daha göstərdi.

     Bu “dördgünlük savaş”da Azərbaycan heç kimdən heç bir yardım istəmədi, gözləmədi. Burda Azərbaycan Respublikası öz müstəqil iradəsini ortaya qoydu. Təkbaşına hansı gücdə olduğunu da göstərməkdən çəkinmədi. Bu gedişə görə heç kim Azərbaycanı qınamadı. Əksinə, Azərbaycanın haqlı mövqeyini Pakistan, Türkiyə, Qazaxıstan kimi dövlətlər, bundan başqa dünyanın müxtəlif dövlətlərində yaşayan azərbaycanlılar ― İrandan güney azərbaycanlılar, İraqdan türkmənlər və s. öz dəstəklərini bir daha göstərdilər. Və bunu real şəkildə göstərdilər.

     Azərbaycanın cəbhə bölgəsində yaşayan əhali heç bir halda torpaqlarını qoyub qaçmadılar. Bunun başlıca səbəbi və dünya elmində böyük çoxluğun qəbul etdiyi torpağa aidlikdir. Xalq aid olduğu torpağı sevir və onu qoyub getmək onun içindən ― psixologiyasından belə keçmir. Ruh bütünlüklə bu torpağa bağlıdır. Bu torpaqda yaşayan əhali genetik olaraq bu torpağın məhsulları, havası, suyu ilə yaşayıb. Ruhumuzun sığındığı bədənimiz bu torpaqlarda bitib, yetişib.

    İndi gələk Ermənistana. Ermənistan “dördgünlük savaş”da uduzan tərəfdir. Bunu “Azərbaycanın 25 ildə ilk dəfə torpaq aldığı”nı deməklə ermənilər özləri dedilər. Ermənilər bu münaqişədə ordularının acizliyni özləri də dilə gətirdilər. Ermənistandan qıraqda yaşayan ermənilər də, hansı ki, erməni lobbisini ən fəal üzvləridir, elmi, siyasi, maliyyə üstünlükləri olan ermənilər bu savaşda ermənilərin uduzduğunu, aradan keçən zamanla Qarabağı rəsmiləşdirə biləcəyini düşünən ermənilərin Qarabağı deyil, Ermənistanı itirdiklərini də anlamalı oldular. Burada erməni ordusunun səviyyəsinin 80-ci illərdən qalma olduğunu da dilə gətirdilər. Məsələ bunları ermənilərin dilə gətirməsi deyil. Biz ermənilərin hansı səviyyədə olduğunu ən azından ermənilərdən yaxşı bilirdik. İndi isə Emənistan rəsmilərin bu əksiklikləri yerli və ya xarici mediaya çəkinmədən deməsi, güclünü sevən Qərbin gözündə bizi qaldırır, münaqişədə bizi düşmən sayan, xarakterində qorxaqlıq olan ermənini qarşımızda lap da kiçildir. Sosial şəbəkələrdə izlədiyim qədərincə, ermənilər sosial şəbəkələrdə ölənlərinin şəkillərini heç də bayraqla deyil, fotoreportyorların çəkdiyi kimi meyitinin şəkillərini paylaşırdılar. Bu ölənlər erməni xalqının qəhrəmanı sayılsa da ermənilər onları qəhrəman kimi deyil, leş kimi anırdılar. Niyyətimiz onları aşağılamaq deyil. Ancaq bu gerçəkdir. Bunun da səbəbi mədəniyyətin olmamasıdır. Öz qəhrəmanını anmaq və yaşatmaq mədəniyyəti yoxdur. Onlar millətin varlığı uğrunda öləni millətin varlığını simvolu olan bayraqla şəklini hazırlayıb (ən azından) paylaşmağı belə bacarmırlar. Çünki psixologiya hələ də çapqınçılığa köklənib. Ermənilər nəinki, dünya ictimaiyyətinə, özlərinə belə ölənlərini ingilis və rus dilli yazılarla tanıtmağa çalışırdılar və çaışırlar da.

    Elə atışmanın ilk günündən cəbhə bölgəsində yaşayan ermənilər böyük köçlər şəklində Ermənistana doğru axın etməyə başladılar. Ermənistanın siyasi dairələri Qarabağın ermənisiz qalmaması üçün əsas yollarda post qoyması, getmək istəyənləri geri qaytarması da artıq mətbuatdan bəllidir.

     Ermənilər çətin durumda olduqlarından, Qarabağda hərbi xidmət keçənlərin hərbi biletinə Qarabağdakı xidmətinin yazılmamasından, Emənistanın Qarabağı bütün dünyada müstəqil dövlət kimi tanıtmaq istədiyi halda, “bəlkə”yə ümid edərək özlənirinin tanımadıqlarından―Ermənistan ictimaiyyətinin Qarabağla bağlı qeyri-müəyyənliyindən ermənilərin bu məsələdə mövqeyini, daha doğrusu mövqesizliyini göstərib. İndi Azərbaycana xox gəlmək üçün Qarabağı tanımağın parlamentdə müzakirəyə çıxarması da heç bir siyasi əhəmiyyət daşımır. Bu rəsmiləşsə belə, Ermənistanın əleyhinədir. Ordakı ermənilərin taleyi elə taleyin öz ümidinə buraxılmış olur. Ermənistanın Qarabağın müstəqilliyini tanıması ancaq müzakirə olunacaq. Qəbulunu düşünmürəm.

    Ermənilər toplum olaraq cavab verməyə çalışmaq yerinə Azərbaycana silah satan dövlətlərə notalar göndərdilər. Azərbaycana silah satmamalarını tələb etdilər. Küçələrə axışaraq Rusiyanı fəaliyyətə keçməyə çağırdılar. Hətta Rusiyanın bayrağını da açıq ortalıqda etirazçılar yandırdılar. Dövləti olmayan xalqın dövlət idarəçiliyindən, siyasətdən, siyasi münasibətlərdən anlamadığı  da bu “savaş”da bir daha ortaya çıxdı. Tarix boyu dövlətçiliyi olmayan xalqın siyasi təcrübəsinin olmaması normaldır. Ermənilər xalq, dövlət yerin bir-iki yüz il də qoysaq, onlar həqiqətən də dövlətçilik mədəniyyətinə yiyələnəcəklər. Bizim onları dövlət saymağımız isə İrəvan, Zəngəzur, Göyçə kimi torpaqlarımızdan imtina etməyimiz deməkdir. Belə ki, biz Zəngəzurumuzu, İrəvanımızı, Göyçəmizi, eləcə də digər əsarətdə olan torpaqlarımızı geri qaytarmaq üçün çalışmalıyıq. Unutmayaq ki dünyada Azərbaycana qarşı durmadan çalışanların sayı Azərbaycanın əhalisindən çoxdur. Ona görə də bizim hər birimiz dövlətçilik üçün bacardığımız qədər çalışmalı, daha artığına səy etməliyik.

 

Asiman Əsədsoy



“Dünya Azərbaycanlılarının həmrəyliyi və Bütöv Azərbaycan” mövzusunda inşa müsabiqəsi elan edilib
22:02 / 27-09-2016
Bizi biz edən vətənimizdir!
21:24 / 06-07-2016
Niyə məhz Türkiyə ?
13:45 / 30-06-2016
Biz həqiqətənmi Ermənistanla savaşırıq?
20:43 / 18-05-2016
Şəxsi seçim illuziyası
22:24 / 12-05-2016
9 may. Mənəvi soyqrım
16:47 / 09-05-2016
DİLİN XALQIN HƏYATINDAKI ROLU
14:15 / 04-05-2016
Tarix “oyun” deyil, elmdir.
15:53 / 29-04-2016
Fars hökmdarı yoxsa Persia fatehi
12:23 / 21-04-2016
MƏSUM SİLAH NÖVÜ - KİTAB
12:12 / 21-04-2016
Millətləşmə yoxsa Bütövləşmə və ya 3 günlük müharibənin gücü
13:06 / 07-04-2016
Əsl türk irqinin kökü və sirri haradadır?
19:45 / 05-04-2015
ƏN QƏDİM TÜRKLƏR
23:51 / 30-03-2015