BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Əsl türk irqinin kökü və sirri haradadır?

19:45 / 05-04-2015   /   baxış - 1553

 

Bir qrup tarixçilər və antropoloqlar öz araşdırmalarında “türk irqi” ifadəsini işlədirlər. Onun xarici görünüşü haqqında məlumat verirlər. İlk olaraq qeyd edim ki, antropoloji terminologiyada “türk irqi” deyə bir ifadə yoxdur.

Belə ki, üç böyük irq var: ağ, sarı və qara... Müasir dünya türklərini toplum şəklində ağ və sarı yəni avropoid və monqoloid irqlərində görmək mümkündür. Bəzən genetik tədqiqatlarda qara irqdə belə türk genlərini tapdıqlarını iddia edirlər amma bu real fakt deyil. Türklər dedikdə Şimali Amerikada yaşayan qızıldərililər də daxil olmaqla, Mərkəzi, Orta, Ön və Kiçik Asiyanın eyni zamanda Avropanın türk əhalisi nəzərdə tutulur. Sual olunur: Bu qədər geniş ərazidə yaşayan türk əhalini necə tək bir irqə aid etmək olar ? Onu da “türk irqi” adlandırmaq kimi məntiqsiz bir nəticə çıxarmaq olarmı ? Türkiyə türkcəsində və macar dilində “türk irqinin fiziki xüsusiyyətləri” adlı ümumi göstərici internetə yerləşdirilib. Bu göstəricini nə biz Azərbaycan türklərinə ( buraya kərkük, qaşqay və s. də daxildir ) nə də Orta və Mərkəzi Asiyada yaşayan qırğızlara, uyğurlara, qazaxlara, Sibir türklərinə və başqalarına aid etmək mümkün deyil. 

Müasir dünya türklərinin avropoid formaları Türkiyədə, Azərbaycanda, İran adlanan ərazidə, Balkanlarda, Avropanın mərkəzinə doğru ərazilərdə yaşayırlar. Rusiyanın Avropaya yaxın qismində də Avropoid türklər yaşayırlar. İlk baxışdan Anadolu və Azərbaycan türklərindən çoxda fərqlənməyən Avropoid türklər arasında sarışın saçlılığa və mavi gözlərə də rast gəlmək mümkündür. Bəyaz və qaraşın dərisi olan bu türklərin kökləri Azərbaycan, Qafqaz və Anadolu yaşayıblar. Avropoid türklərin digər avropoidlərdən əsas fərqləri sifətlərinin və burunlarının düz və ensiz olmasıdır. 

Ümumilikdə onları digər avropalılardan çox zaman arıq üz quruluşları və almacık sümüklərinin diqqəti cəlb etməsi ilə fərqləndirmək mümkün olur. Macarlar özlərini “Atillanın torunları” adlnadırması siyasi addımla yanaşı həmdə tarixi bir addımdır. 
Macarlar özləri də bilmədən əslində avropoid türklərin bir qolu olduqlarını qəbul etdilər. Bu gün Anadolu və Azərbaycanı çıxmaq şərtilə Balkanlarda, Rusiya ərazisində və Avropada yaşayan avropoid türklərin köklərində iskitlər, hunlar, bulqarlar, xəzərlər, peçeneklər, avarlar və başqaları dayanır. 

Arada adı qeyd olunan hunlar diqqəti cəlb etdi. Həm biz Azərbaycan türklərində həm də Anadolu türklərində uzun müddət belə bir düşüncə vardı: hun deyəndə ağıla ilk gələn iti, ensiz gözləri, hündür boyu olan, “barbar” təsiri bağışlayan bir toplum başa düşülürdü. Lakin antropoloji araşdırmalara görə Avropaya köç edən hunlar Mərkəzi Asiyaya köç edənlərdən fərqlənirdilər. Onlar nisbətən qaraşın dəriyə və daha çox badamı gözlərə malik olublar. 

Antropo-psxioloji araşdırmalar isə hunların dəhşət verici kimi qələmə verilməsinin səbəbini onların nevrotik səviyyələrinin yüksək olması nəticəsində qaşlarının əsəbi, aqresiv forma almasında görürlər. Qısaca Avropada monqoloid türklər çox olsaydı bu özünü hal - hazırda yüksək səviyyədə göstərərdi. 
Monqoloid ifadəsi bir növ monqollara bənzəyən insan kimi başa düşülür. Doğrudan da bənzəyirlər. Amma monqol kökənli deyillər. Bu gün Sibirin cənubunda, Qazaxıstanda, Qırğızıstanda yaşayan türkləri sovet antropologiyası monqoloid adlandırırdı. Sovetlər üçün türk dillilər monqoloid yəni əsl türklər, hind-avropa-iran dillilər isə avropoid yəni türkləşmiş toplumlardı. Buda o deməkdir ki, Mərkəzi və Orta Asiyanın əhalisi əsl türkdürlər. Kiçik və Ön Asiyada həmçinin Avropada yaşayanlar isə sonradan türkləşmiş iran dilli tayfalardır. 


Sovet ideologiyasına xidmət edən bu fikiri Avropa antropoloqlarının bir qismi təsdiq etmirdi. Hətta XX əsr irqçi antropoloqları belə dil amili ilə xarici görünüşü bir millət üçün vahid göstərici hesab etmirdilər. Maraqlıdır ki, II Dünya müharibəsindən sonra çap olunan antropoloji tədqiqatlarda Xəzərin o biri tayının türkləri haqqında belə bir fikir tez – tez özünü göstərir: “Osmanlı və Ön Asiya türklərindən fərqli olaraq Mərkəzi və Orta Asiya türkləri qıyıq gözlü , enli sifətli, keçi saqqallı, düz və cod saçlıdırlar. Onlar sovet antropoloqlarının adlandırdığı kimi Turan tipi yox , Cənubi Sibir irqinə aiddirlər”. Əslində hər iki termin Turan və Cənubi Sibir tipi eyni türklərə aiddir. Lakin Turan terminin altında gizli məna var. Ümumdünya türklərinin böyük arzusu Turan qurmaqdır. Bu sovet dövründə də türklərə məlum idi. Sovetlər bunu gözəl bilirdilər. Buna görə də Turan dedikdə yalnız Cənubi Sibirdən Şərqi Türküstana qədər olan ərazi nəzərdə tutulması üçün qazaxlara, qırğızlara və başqalarına Turan tipi deyirdi. Bu sovetlərə görə türk dövlətlərini və muxtar respublikalarını bir-birindən təcrid etmək üçün ən yaxşı çıxış yollarından biri idi. Bir müddət hətta buna nail oldu.

Müasir dövrdə adı çəkilən türklərdən sırf monqoloid olanları daha çox Monqolustanda və ona yaxın ərazilərdə yaşayan türk toplumlarıdır. Qazaxlar, qırğızlar, uyğurlar və başqaları Cənubi Sibir tipinə aid olunur. Bəzi antropoloji ədəbiyyatlarda sırf monqoloid kimi göstərilsədə bəzilərində keçid irq kimi qeyd olunur. Yəni bu tip özündə iki ayrı tipin xüsusiyyətlərini daşıyır. Bunlardan biri ağ digəri sarıdır yəni avropoid və monqoloiddir. Bəzən antropologiya haqqında dar biliyə malik olan insanlar: “qazaxlar və qırğızların dərilərinin rəngi sarı və ya mis rəngində yox ağ rəngdə olduğu halda niyə monqoloid adlandırılır? - deyə sual verirlər. Əvvəldə də qeyd etdim ki onlar Cənubi Sibir tipinə aid olunurlar, həmçinin yakut, başqırdlar, tıvalılarda. Antropologiyada monqoloid deyəndə tək dərinin rəngi və ya gözün qıyıqlığı nəzərdə tutulmur. Buraya sifətin eni və uzunluğu, başın eni və uzunluğundan alınan ümumi nəticə, burunun forması, ölçüsü, eni, uzunu və s. nəzərdə tutulur. Buna görədə adi bir göstəriciyə görə monoloid və ya avropoid demək düzgün deyil. 

Müasir dünya türklərinin antropologiyasını araşdırmaq üçü uzun müddət vaxt və bütün türk elm adamlarının birgə işləməsi gərəklidir. Bəzilərinin adlarını yuxarıda qeyd etdim. Qalanlardan məsələn: altaylar, xakaslar, başqırdlar Ural tipiniə aid olunur. Bu tip Sibirin qərbində yayılıb. Cənubi Sibir tipi kimi bu tipdə iki irqə aid xüsusiyyəti özündə birləşdirir. Volqaboyunun ən çoxsaylı əhalisi olan Tatarlar ağ irqin Pont tipinə aid olunurlar. Və bu tip Oğuz tipi ilə qohum hesab hesab olunur. Avropa ədəbiyyatlarında Osmanlı türklərinin Rum eli hissəsi Alp tipinə aid olunur. Bu tipin nümayəndələri Anadolu türklərinin sonrakı nəsil törəmələri hesab olunurlar. Macar və çex antropologiyasında Avropanın türkləri Alp tipinin fərqli variyasiyalarına aid edilir. Lakin Britaniya antropologiya məktəbinin antropoloqları Avropa türklərini Ön Asiya türkləri ilə eyniləşdirir. Bu gün çoxlarının türk kimi qəbul edə bilmədiyi və etmək istəmədiyi Amerika qızıldərililəri sarı irqin Amerika qoluna aid olunurlar. Amerika qolu qeyri-adi bir ifadə deyil. Sadəcə antropoloqlar tərəfindən verilmiş addır. 

Kimsə Qazaxlar və ya Oğuzlar haqqında ayrıca məlumat verə və verdiyi məlumatı müdafiə edə bilər. Lakin heç kim Müasir dünya türklərini vahid antropoloji tipə aid edə bilməz. Belə bir fikrin yaranmasının səbəbkarları əslində millətinə vurğun insanlardı. Ümum türk məhəbbəti ilə gah türk deyəndə qazax, qırğız, uyğur başa düşür gahda oğuz, bulqar, tatar. Türk dili var, milləti var və hər zamanda olub. Lakin “türk irqi” yoxdur. Atalarımızın geniş ərazilərdə hələ eramızda əvvəlki dövrdə yaşadıqlarını nəzərə alsaq müasir dövrdə bizim borcumuz “türk irqi” deyib irqçilik etmək yox, atalarımızın yolunu davam etdirməkdir. 

Biz ümumilikdə Turanıq. Biz ümumilikdə Türküstanıq. Biz Çindən Avropanın göbəyinə qədər at oynadan igid türklərin övladlarıyıq. Tək niyyətimiz, arzumuz və məqsədimiz yenidən həmin ərazilərdə at oynatmaqdır.

Antropoloq Zamin Qafarsoy



“Dünya Azərbaycanlılarının həmrəyliyi və Bütöv Azərbaycan” mövzusunda inşa müsabiqəsi elan edilib
22:02 / 27-09-2016
Bizi biz edən vətənimizdir!
21:24 / 06-07-2016
Niyə məhz Türkiyə ?
13:45 / 30-06-2016
Biz həqiqətənmi Ermənistanla savaşırıq?
20:43 / 18-05-2016
Şəxsi seçim illuziyası
22:24 / 12-05-2016
9 may. Mənəvi soyqrım
16:47 / 09-05-2016
Rusiyanın təzyiqi, yoxsa xahiş
23:27 / 07-05-2016
DİLİN XALQIN HƏYATINDAKI ROLU
14:15 / 04-05-2016
Tarix “oyun” deyil, elmdir.
15:53 / 29-04-2016
Fars hökmdarı yoxsa Persia fatehi
12:23 / 21-04-2016
MƏSUM SİLAH NÖVÜ - KİTAB
12:12 / 21-04-2016
Millətləşmə yoxsa Bütövləşmə və ya 3 günlük müharibənin gücü
13:06 / 07-04-2016
ƏN QƏDİM TÜRKLƏR
23:51 / 30-03-2015