BÜTÖV AZƏRBAYCAN OCAQLARI
9 may. Mənəvi soyqrım

16:47 / 09-05-2016   /   baxış - 458

II Dünya müharibəsindən sonra başımıza o qədər oyun açıblar ki, ilin 365 gününə sığdıra bilmirik. Daha doğrusu niyə sığdırmaq istədiyimizi anlamırıq. Çünki biz hələ də elə bilirik ki, 9 may-ı qeyd etməsək kimsə bizdən inciyəcək. Bu kimsə dediklərim dost-tanış deyil. Bunlar Böyük Vətən müharibəsində iştirak etmiş millətin mərd oğullarıdır. Hansı ki o oğullar bir tərəfdə rus tabeliyində, digər tərəfdə isə alman tabeliyinə vuruşurdular. SSRİ qəhrəmanları və legionlar tarix yazdılar. İndi o tarixə məntiqi yanaşaq:

Tarixləri bir – bir yazmadan, heç bir tarxi gedişi analiz etmədən bu problemdə ki məntiqi ortaya qoymağa çalışacağıq. Azərbaycan legionları bu gün milliyyətçi toplumun ən sevimli tarixi qəhrəmanlarıdır. Çünki həmin kütlənin fikrincə o qəhrəmanlar komunist rusun tərəfindən yox,  onların düşüncələrinə yaxın hesab etdikləri nasist almanın tərəfindən vuruşurdular. Digər tərəfdə isə hələdə “hayıf deyildi sovet dövrü” deyənlərin həmçinin komunist və kosmoplit düşüncəli insanların fikrincə haqqı tələb edənlər sovetlərin mövqeyindən çıxış edənlərdir.

İqtidarla müxalifət bir gün nə vaxtsa eyni mövqedən çıxış edə bilərlər nəinki bu iki ayrı kütlə. Bunun səbəbi mənəvi soyqrımdır. Özünü dərk etməyi və müstəqil olmağı bir kənara qoyub kiminsə tabeliyində “rahat”  yaşamaq istəyini sanki bu millətin beyninə  bıçaqla cızıblar.

1939-1945-ci illər arasında bu millətin nə etdiyini, niyə etdiyini anlasanız özünüzdən, dediklərinizdən yəqin ki utanarsınız. Bizlərdən fərqli onlar kiminsə tabeliyində yaşamaq istəmirdilər. Bizdən fərqli olaraq onlar hər yoldan istifadə edərək Azərbaycanı ən azından muxtariyyət səviyyəsində azad etmək istəyirdilər. Çünki onlar bu gün bizlərdən fərqli olaraq öz tarixlərindən xəbərdar idilər. Onlar Babəkin “bir gün azad yaşamaq 40 gün kölə kimi yaşamaqdan yaxşıdır” sözlərinə əməl  etdikləri üçün, cəbhədə rusu çökdürməyə çalışırdılar. Onlar Xətainin vəsiyyətinə sadiq qaldıqları üçün torpağı, dili və dini qorumağa çalışırdılar. Onlar yaxşı bilirdilər ki, Nadir Şah kimi imperatorları var, öz imperiyaları var, kiminsə imperiyasında yaşamaq nəyə gərək, əgər mənim öz imperiyam varsa.

Bəs necə oldu ki, bizlər bizdən öncəkiləri anlaya bilmirik və ya anlamaqda çətinlik çəkirik. Ermənilərin abidələrimizi məhv etdiyinə görə dünyaya mənəvi soyqrım etdikləri üçün şikayət edirik. Amma nə rusu, nə almanı, nə ingilisi, nə farsı nə də başqa birini şikayət etmirik. Edə bilmirik, çünki biz gözümüzün önündə olanları dərk edirik həmişə. Yüz illər boyunca milləti və kimliyi bilinməyənlər bizə qarşı elə mənəvi soyqrım etdilər ki, bu gün də müharibə olsun, bir qisim rusun, digər qisim almanın tərəfindən vuraşacaq.

Amma bu biz deyilik, biz  9 mayı doğru anlamadığımız üçün çaş – baş qalmışıq. Əslində məsələyə tamam başqa cür yanaşmalıyıq. Bəlkədə tarixşünaslığımız problemi başqa cür işıqlandırmalıdır. Eyni ilə bu formada: “Böyük Vətən müharibəsində Almaniyanın və SSRİ-nin tərəfindən vuruşan Azərbaycanlılar hər vəchlə müstəqil olmağa çalışır və bunun üçün  istənilən mövcud varinatdan istifadə edirdilər.” Biz övladlarımıza da bu cür öyrətməliyik, o qəhrəmanların tarixini. Biz tabelikdə yaşayıb, onun , bunun əmri ilə iş görən millət deyilik. Biz imperiyalar qurmuş, dünyanın mədəniyyətinə, əxlaqına, ağlına həsrətlə baxdığı o millətik. Biz Böyülk Vətən müharibəsindəki yerimizi “Azərbaycanın azad görmək istəyən vətənsevərlərin mübarizəsi kimi” dərk etməliyik. Çünki insan nəyi necə dərk edirsə o cür də yaşayır. Əgər sən bu gün bu məsələni qeyd edildiyi kimi qəbul etməsən nə SSRİ kimi bir imperiya nə də Alman kimi bir millət ola bilməyəcəksən. Heç vaxt tarix səni xatırlamayacaq. Sən nə vaxta qədər ki, Almaniya kimi nasist düşüncəli olub , “mersedes” sürmək arzusunda olacaqsan sən heç vaxt nə  imperiya ola bilməyəcəksən nə də bir Millət.  Sən nə vaxta qədər ki “hayıf deyildi sovet dövrü” deyəcəksən , heç vaxt öz torpağının yeraltı və yer üstü sərvətlərindən ürəyincə istifadə edə bilməyəcəksən, heç vaxt rahat yaşaya bilməyəcəksən. Sən nə vaxta qədər ki, komunist olacaqsan, heç vaxt azadlığın nə anlama gəldiyini dərk etməyəcəksən. Sən nə vaxta qədər ki, kosmpolit olub, dünyanı çəhrayı rəngdə görəcəksən, başımıza açılmış bu qədər oyunun, bizə qarşı törədilmiş bu qədər soyqrımın məntiqinə vara bilməyəcəksən.

Sən nə vaxta qədər ki özün ola bilməyəcəksən, bax onda nə millət , nə dövlət , nə də imperiya olmayacaqsan. Ümumiyyətlə bir müddət sonra var olmağın belə sual altında olacaq. Özün ol. Qoy tarix sənin fəthlərindən, uğurlarından, mədəniyyətindən, kəşflərindən, sosial həyatından, iqtisadiyyatından yazsın. Elə etki, tarix məcburən səni yadında saxlasın. Elə etməliyik ki, hədəfimiz kiminsə tabeliyində yaşamaq yox, hər tərəfli inkişaf etmiş böyük və güclü Azərbaycan qurmaq olsun !

 

Zamin Qafarsoy



“Dünya Azərbaycanlılarının həmrəyliyi və Bütöv Azərbaycan” mövzusunda inşa müsabiqəsi elan edilib
22:02 / 27-09-2016
Bizi biz edən vətənimizdir!
21:24 / 06-07-2016
Niyə məhz Türkiyə ?
13:45 / 30-06-2016
Biz həqiqətənmi Ermənistanla savaşırıq?
20:43 / 18-05-2016
Şəxsi seçim illuziyası
22:24 / 12-05-2016
Rusiyanın təzyiqi, yoxsa xahiş
23:27 / 07-05-2016
DİLİN XALQIN HƏYATINDAKI ROLU
14:15 / 04-05-2016
Tarix “oyun” deyil, elmdir.
15:53 / 29-04-2016
Fars hökmdarı yoxsa Persia fatehi
12:23 / 21-04-2016
MƏSUM SİLAH NÖVÜ - KİTAB
12:12 / 21-04-2016
Millətləşmə yoxsa Bütövləşmə və ya 3 günlük müharibənin gücü
13:06 / 07-04-2016
Əsl türk irqinin kökü və sirri haradadır?
19:45 / 05-04-2015
ƏN QƏDİM TÜRKLƏR
23:51 / 30-03-2015