BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Azərbaycan neftinin qiymətləri: 31 avqust - 4 sentyabr həftəsinin yekunları

15:08 / 05-09-2015   /   baxış - 299

Ötən həftə (31 avqust - 4 sentyabr) ərzində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftin orta qiyməti 51,08 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 5,03 dollar/barel çoxdur.

Trend-in məlumatına görə, ötən həftə ərzində AZERI LT-nin qiyməti maksimum 52,64, minimum isə 49,58 dollar/barel təşkil edib.

31 avqust - 4 sentyabr həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftin qiyməti 47,9 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin qiymətindən 5,38 dollar/barel çoxdur.

Ötən həftə ərzində URALS-ın qiyməti maksimum 49,65, minimum isə 46,44 dollar/barel olub.

URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.

31 avqust - 4 sentyabr həftəsində "Brent Dated" növünün orta qiyməti 48,87 dollar/barel təşkil edib. Bu rəqəm ötən həftənin göstəricisindən 5,08 dollar/barel çoxdur.

Ötən həftə "Brent"in maksimum qiyməti 50,43 dollar, minimum isə 47,39 dollar/barel təşkil edib.



“Məhəmməd Əmin Rəsulzadə və Azərbaycan Cümhuriyyəti” mövzusunda növbəti diskussiya keçiriləcək
21:21 / 25-01-2017
“Ölkə iqtisadiyyatının bu günü və sabahı” mövzusunda növbəti diskussiya keçiriləcək
18:27 / 02-12-2016
Azərbaycan-Türkiyə-Gürcüstan beşinci biznes-forumu keçiriləcək
16:26 / 30-10-2016
Neftin qiyməti ucuzlaşmaqda davam edib
23:54 / 19-07-2016
“Azərbaycan iqtisadiyyatının dünəni, bu günü ve gələcək perspektivləri yaxud risklər” mövzusunda növbəti diskussiya keçiriləcək
00:12 / 04-05-2016
Bütöv Azətbaycan Ocaqları bəyanat yayıb
00:08 / 19-04-2016
Müstəqil ölkə, asılı iqtisadiyyat
21:10 / 26-12-2015
Qarşıdakı 4 ildə Azərbaycan manatının orta illik məzənnəsi açıqlanıb
10:11 / 26-09-2015
Bakı-Tiflis-Qars dəmiryolu ilə bağlı son xəbər
14:47 / 18-09-2015
Azərbaycan Dövlət Neft Fondunun gəlirləri gələn il 35% azalacaq
20:59 / 14-09-2015
"Fitch": Gələn il Azərbaycanda kreditlərə tələbat zəif olacaq
18:12 / 09-09-2015
Ekspert hesablaması: Azərbaycanda benzin 44, dizel 37 qəpiyə satılmalıdır
21:49 / 05-09-2015
Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları kəskin azalıb
18:21 / 04-09-2015
Ekspert: ​Azərbaycan Mərkəzi Bankı yumşaq devalvasiyaya başlamalıdır
20:30 / 03-09-2015
Azərbaycan iki layihədən 5,2 milyard qazandı
17:35 / 02-09-2015
Putinin MDB-də vahid rubl təklifinə AZƏRBAYCANDAN CAVAB
16:58 / 02-09-2015