BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Putinin MDB-də vahid rubl təklifinə AZƏRBAYCANDAN CAVAB

16:58 / 02-09-2015   /   baxış - 467

Rusiya prezidenti Vladimir Putin Müstəqil Dövlətlər Birliyi ölkələrindən əmiranə şəkildə dollardan imtina etməyə çağırdı. Dolayı yolla dolların yerinə rublu MDB-də əsas tədavül vasitəsi etmək istəyini dilə gətirən Putinin bu bəyanatına hələlik heç bir keçmiş müttəfiqi cavab verməyə tələsmir.

Bəs bu təklif nə dərəcədə özünü doğrulda biləcək? Ayrı – ayrı iqtisadi konstruksiyalara məxsus MDB ölkələri Putinə hansı şəkildə “otval” verəcək? Putinin bu təklifi Azərbaycana nə dərəcədə sərf edəcək? Rəsmi Bakı Putinin bu iqtisadyönlü təklifini hansı şəkildə dəyərləndirəcək?

Məsələyə münasibət bildirən iqtisadçı ekspert Oqtay Haqverdiyev Hafta.az-a açıqlamasında bildirib ki, Putinin bu təklifi Müstəqil Dövlətlər Birliyi ölkələri üçün öz iqtisadi səmərəliliyini verəcək bir məsələ deyil:

“Bunu əsasən də Azərbaycanın payına deyirəm, o biri MDB ölkələr özləri bilən məsləhətdi. Fərz edək ki, Azərbaycan Rusiya ilə milli valyuta ilə alver edir. O zaman gərək mən külli miqdarda manatımı aparıb Rusiyanın banklarına yatıram. O da öz rublunu gətirib bizim banklara qoysun. Belə olan halda biz Rusiyadan nəsə alsaq rubl, o da bizdən nə alver etsə manat verəcək. Biz öz daxilimizdə mütləq həmin alverin prosesini aparakən mütləq dollar vasitəsi ilə müəyyən edəcəyik ki, bu bizə sərf edir ya etmir. Bu proses zamanı arada real olaraq olmur, sadəcə müqayisə üçündür. Bu təhlili biz indi də aparırıq. Putinin xahişini ölçüb – biçdikdən sonra, bizim məzənnəyə uyğun gəlib -gəlmədiyini yoxladıqdan sonra biz bu haqda qərar verə bilərik”.

Oqtay Haqverdiyev Putinin silah alveri məsələsində verdiyi təklifin suya düşdüyünü deyir:

“Biz ruslardan silah alırıq. Silahı manatla ya rublla alacağıq? Rusiya heç vaxt nə manatla, nə də rublla verməyəcək. Həmişə dollarla satacaq. Amma deyəcək ki, Azərbaycandan Rusiyaya gətirilən tərəvəzin pulunu rublla hesablaşaq. Qısası onu demək istəyirəm ki, bu Vladimir Putinin geosiyasətidir. O, bu məsələni çoxdan ortalığa atıb. Özü də çox sağ olsun ki, bunu açıq-aydın şəkildə deyir. Onun bu sözlərini ağlı olan da, olmayan da başa düşür. Bu adam istəyir ki, hamını özünə bağlasın. Niyə demir ki, gəl bir – birimizlə tənqə ilə, manatla alver edək. Niyə rublla? Deyən yoxdu ki, sənin rublun heç bir şeydir”.

İqtisadçı ekspert deyir ki, Putinin cavabını bizim hökumət məsələni ölçüb – biçib Putinə bir cavab verəcəklər:

“Bizim hökumətdə ağıllı adamlarımız var. Onlar da fikirləşib götür-qoy etdikdən sonra öz fikirlərini deyə bilərlər. Azərbaycanda yaxşı bir misal var; Bir dəli quyuya bir daş atır, qırx ağıllı yığışıb fikirləşir ki, onu necə çıxarsın. İndi putin də bir daş atıb. Taciqistan və Qırğızıstan kimi ölkələr də buna “uraaa, mən razı!” deyəcək. Buna belə baxmaq olmaz axı. Hər bir ölkənin iqtisadiyyatının strukturu fərqlidir. Bizim ixracatımızın 95 faizi neftin və qazın payına düşür. Bunun da bazarı ya Avropada ya da digər ölkələrdədir. Biz bunun alverini necə rublla apara bilərik?!”.



“Məhəmməd Əmin Rəsulzadə və Azərbaycan Cümhuriyyəti” mövzusunda növbəti diskussiya keçiriləcək
21:21 / 25-01-2017
“Ölkə iqtisadiyyatının bu günü və sabahı” mövzusunda növbəti diskussiya keçiriləcək
18:27 / 02-12-2016
Azərbaycan-Türkiyə-Gürcüstan beşinci biznes-forumu keçiriləcək
16:26 / 30-10-2016
Neftin qiyməti ucuzlaşmaqda davam edib
23:54 / 19-07-2016
“Azərbaycan iqtisadiyyatının dünəni, bu günü ve gələcək perspektivləri yaxud risklər” mövzusunda növbəti diskussiya keçiriləcək
00:12 / 04-05-2016
Bütöv Azətbaycan Ocaqları bəyanat yayıb
00:08 / 19-04-2016
Müstəqil ölkə, asılı iqtisadiyyat
21:10 / 26-12-2015
Qarşıdakı 4 ildə Azərbaycan manatının orta illik məzənnəsi açıqlanıb
10:11 / 26-09-2015
Bakı-Tiflis-Qars dəmiryolu ilə bağlı son xəbər
14:47 / 18-09-2015
Azərbaycan Dövlət Neft Fondunun gəlirləri gələn il 35% azalacaq
20:59 / 14-09-2015
"Fitch": Gələn il Azərbaycanda kreditlərə tələbat zəif olacaq
18:12 / 09-09-2015
Ekspert hesablaması: Azərbaycanda benzin 44, dizel 37 qəpiyə satılmalıdır
21:49 / 05-09-2015
Azərbaycan neftinin qiymətləri: 31 avqust - 4 sentyabr həftəsinin yekunları
15:08 / 05-09-2015
Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları kəskin azalıb
18:21 / 04-09-2015
Ekspert: ​Azərbaycan Mərkəzi Bankı yumşaq devalvasiyaya başlamalıdır
20:30 / 03-09-2015
Azərbaycan iki layihədən 5,2 milyard qazandı
17:35 / 02-09-2015