BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Bakı-Tiflis-Qars dəmiryolu ilə bağlı son xəbər

14:47 / 18-09-2015   /   baxış - 359

Azərbaycanın ortaq layihələrindən olan Bakı-Tiflis-Qars dəmiryolunun Gürcüstan ərazisindəki hissəsi ilə bağlı işlər artıq Türkiyə sərhədi yaxnlığında davam edir.

Layihə rəsmisinin ANS TV-yə verdiyi məlumatına görə, hazırda bəzi mərhələlərdə qırma daşın səpilməsi, bəzilərində stansiyaların təmiri, bəzi mərhələlərdə reyslərin qaynaq bərkitmə işləri görülür. Bu ayın sonuna qədər torpaq, qazma və dolma işlərinin başa çatması nəzərdə tutulub. Xəttin üzərində yerləşən 5 böyük stansiyada təmir-bərpa işləri həyata keçirilir. Bu stansiyalardan ən böyüyü olan Axalkalakidə 1500-dək işçinin çalışacağı deyilir.

Kartsaxi stansiyası isə xəttin Gürcüstan hissəsindəki sonuncu dayanacağıdır. Bu stansiyadan sonra layihənin ən maraqlı hissəsinə rast gəlinir. Uzun məsafəli dəmiryol tuneli.

Gürcüstanla Türkiyəni birləşdirən, dağın altı ilə 450 m dərinlikdə 4,5 km uzunluğu olan tunle artıq hər iki tərəfdən birləşib. Tunelin girişi hissəsi Gürcüstan, başlanğıçı hissəsi isə Türkiyə tərəfindədir.

Tuneldə torpaq alt qatının qazılması işinin bir həftə ərzində başa çatdırılması planlaşdırılır. Qazma ilə yanaşı tuneldə betonlama işlərinə də başlanılıb və Türkiyə tərəfdən Gürcüstan istiqamətində davam etdirilən betonlama işinin ilin sonunaq qədər bitəcəyi güman edilir. 

İndiyədək bir neçə dəfə layihənin başa çatma vaxtı ilə bağlı yaranan müxtəlif səpkili fikirlərin fonunda hazırda ən mühüm məsələ də elə bütün bu işlərin nə zaman yekunlaşacağıdır.

Qurban Piriyevin sözlərinə görə, artıq bu ilin sonunda Azərbaycandan gələn yük qatarı Axalkalaki staniyasına qədər gələ biləcək:

“Hazırda 183 km-də işlər başa çatıb, 153 km-dəyol ilin sonuna qədər yük qatarının qarşılanması üçün hazır olacaq. Vaxtilə xəyallar qurduğumuz bu layihə həyata keçəcək. Yük qatarı ilin sonuna qədər Axalkalaki stansiyasında qarşılanacaq və yükləri qəbul edəcək. Amma Türkiyə hissəsində işlər gecikdiyi üçün Axalkalaki stansiyasından Türkiyəyə yüklərin ola bilsin ki, avtomobil yolu ilə daşınması həyata keçiriləcək. Belə ki, Axalkalakiyə qədər gətirilən konteynerlər, quru yükləri, daş kömür burdan artıq avtomobillə daşına bilər”.

Axalkalaki stansiyasında hazırda konteyner yüklərinin və quru yüklərin boşaldılması üçün meydançalar tikilir.

Yüklər üçün qaldırıcı qurğuların da ilin sonuna qədər alınması reallaşacaq.

anspress



“Məhəmməd Əmin Rəsulzadə və Azərbaycan Cümhuriyyəti” mövzusunda növbəti diskussiya keçiriləcək
21:21 / 25-01-2017
“Ölkə iqtisadiyyatının bu günü və sabahı” mövzusunda növbəti diskussiya keçiriləcək
18:27 / 02-12-2016
Azərbaycan-Türkiyə-Gürcüstan beşinci biznes-forumu keçiriləcək
16:26 / 30-10-2016
Neftin qiyməti ucuzlaşmaqda davam edib
23:54 / 19-07-2016
“Azərbaycan iqtisadiyyatının dünəni, bu günü ve gələcək perspektivləri yaxud risklər” mövzusunda növbəti diskussiya keçiriləcək
00:12 / 04-05-2016
Bütöv Azətbaycan Ocaqları bəyanat yayıb
00:08 / 19-04-2016
Müstəqil ölkə, asılı iqtisadiyyat
21:10 / 26-12-2015
Qarşıdakı 4 ildə Azərbaycan manatının orta illik məzənnəsi açıqlanıb
10:11 / 26-09-2015
Azərbaycan Dövlət Neft Fondunun gəlirləri gələn il 35% azalacaq
20:59 / 14-09-2015
"Fitch": Gələn il Azərbaycanda kreditlərə tələbat zəif olacaq
18:12 / 09-09-2015
Ekspert hesablaması: Azərbaycanda benzin 44, dizel 37 qəpiyə satılmalıdır
21:49 / 05-09-2015
Azərbaycan neftinin qiymətləri: 31 avqust - 4 sentyabr həftəsinin yekunları
15:08 / 05-09-2015
Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları kəskin azalıb
18:21 / 04-09-2015
Ekspert: ​Azərbaycan Mərkəzi Bankı yumşaq devalvasiyaya başlamalıdır
20:30 / 03-09-2015
Azərbaycan iki layihədən 5,2 milyard qazandı
17:35 / 02-09-2015
Putinin MDB-də vahid rubl təklifinə AZƏRBAYCANDAN CAVAB
16:58 / 02-09-2015