BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Bütöv Azətbaycan Ocaqları bəyanat yayıb

00:08 / 19-04-2016   /   baxış - 523

 Bütöv Azərbaycan Ocaqları (BAO) İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 13-cü zirvə toplantısı ilə əlaqədar bəyanat yayıb. Bəyanatın mətni aşağıdakı kimidir:

İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatı 13-cü zirvə toplantısı ilə əlaqədar Bütöv Azərbaycan Ocaqlarının (BAO)

BƏYANATI

 

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 2016-cı ilin aprel ayında İstanbulda təşkil olunan 13-cü Zirvə Toplantısının 15 aprel tarixində qəbul edilmiş nəticə bildirişində müsəlman ölkələrinin İran ilə əlaqələrinin yaxşı qonşuluq prinsipləri əsasında olması ehtiyacına, ölkələrin suverenliyi və ərazi bütövlüyünə hörmət çərçivəsində daxili işlərinə qarışılmaması, aradakı ziddiyyətlərin İƏT, BMT və beynəlxalq konvensiyalar əsasında sülh yolu ilə həll edilməsi, eləcə də zorakılıq və ya təhdidə yol verilməməsi lazım olduğuna diqqət çəkilir. Bəyannamədə Tehran və Məşhəddə yerləşən Səudiyyə Ərəbistanının diplomatik korpuslarına (səfirlik və konsulluq) edilmiş hücum və İranın Səudiyyə Ərəbistanında icra edilmiş məhkəmə hökmlərinə reaksiya verməsi şiddətlə qınanıb və bu Səudiyyə Ərəbistanının daxili işlərinə açıq aşkar qarışmaq kimi dəyərləndirilib. Digər bənddə İranın region ölkələrinin və İƏT-in üzvü olan Bəhreyn, Suriya, Yəmən, Somali kimi dövlətlərin daxili işlərinə qarışması və terrorizmi himayə etməyə davam etməsi pislənib.

Bütöv Azərbaycan Ocaqları İƏT-in bu qərarları ilə tam razı olduğunu, onları dəstəklədiyini diqqətə çatdırmaqla yanaşı, qeyd edir ki, bu ölkənin təxribatlarından əzab çəkən ölkələrdən biri də Azərbaycan Respublikasıdır. İran sözdə Azərbaycanın ərazi bütövlüyün dəstəklədiyini bildirsə də, gerçəkdə Azərbaycan torpaqlarını işğal etmiş Ermənistana hər cür maddi və mənəvi dəstək verir. Bu azmış kimi, digər qonşu müsəlman ölkələrində etdiyi kimi ölkəmizdə də məzhəblərarası gərginlik yaratmağa və sabitliyi pozmağa cəhd göstərməkdən də əl çəkmir. Bütün bunların arxasında məzhəb örtüyünə bürünmüş fars imperializminin məkrli planları gizlənir.

Bütöv Azərbaycan Ocaqları müsəlman ölkələrinin eyni zamanda İran rejimi tərəfindən bu ölkədə yaşayan və sayları milyonlarla olan digər müsəlman xalqların - türklərin, ərəblərin, bəlucların, lorların, giləklərin və b.-nın zorla farslaşdırılması siyasətinə də diqqət çəkməsini lazım bilərək bəyan edir ki, təşkilatımız Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı başda olmaqla, bütün müsəlman ölkələrinin ərazisində fəaliyyət göstərən və fars şovinizmindən əziyyət çəkən müsəlman xalqların mədəni inkişafında maraqlı olan, onları fars imperializminin zülmündən xilas etməyə və dəstəkləməyə hazır olan, sivil mübarizə aparan bütün təşkilatlarla əməkdaşlığa hazırdır.

 

Bütöv Azərbaycan Ocaqları

Bakı, 18.04.2016.



“Məhəmməd Əmin Rəsulzadə və Azərbaycan Cümhuriyyəti” mövzusunda növbəti diskussiya keçiriləcək
21:21 / 25-01-2017
“Ölkə iqtisadiyyatının bu günü və sabahı” mövzusunda növbəti diskussiya keçiriləcək
18:27 / 02-12-2016
Azərbaycan-Türkiyə-Gürcüstan beşinci biznes-forumu keçiriləcək
16:26 / 30-10-2016
Neftin qiyməti ucuzlaşmaqda davam edib
23:54 / 19-07-2016
“Azərbaycan iqtisadiyyatının dünəni, bu günü ve gələcək perspektivləri yaxud risklər” mövzusunda növbəti diskussiya keçiriləcək
00:12 / 04-05-2016
Müstəqil ölkə, asılı iqtisadiyyat
21:10 / 26-12-2015
Qarşıdakı 4 ildə Azərbaycan manatının orta illik məzənnəsi açıqlanıb
10:11 / 26-09-2015
Bakı-Tiflis-Qars dəmiryolu ilə bağlı son xəbər
14:47 / 18-09-2015
Azərbaycan Dövlət Neft Fondunun gəlirləri gələn il 35% azalacaq
20:59 / 14-09-2015
"Fitch": Gələn il Azərbaycanda kreditlərə tələbat zəif olacaq
18:12 / 09-09-2015
Ekspert hesablaması: Azərbaycanda benzin 44, dizel 37 qəpiyə satılmalıdır
21:49 / 05-09-2015
Azərbaycan neftinin qiymətləri: 31 avqust - 4 sentyabr həftəsinin yekunları
15:08 / 05-09-2015
Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları kəskin azalıb
18:21 / 04-09-2015
Ekspert: ​Azərbaycan Mərkəzi Bankı yumşaq devalvasiyaya başlamalıdır
20:30 / 03-09-2015
Azərbaycan iki layihədən 5,2 milyard qazandı
17:35 / 02-09-2015
Putinin MDB-də vahid rubl təklifinə AZƏRBAYCANDAN CAVAB
16:58 / 02-09-2015