BÜTÖV AZƏRBAYCAN OCAQLARI
İrandakı qızıl yataqlarının beşiyi Güney Azərbaycandadır

10:40 / 24-07-2015   /   baxış - 232

Əhalisinin çoxu yoxsulluq içərisində yaşayan Güney Azərbaycanın müxtəlif bölgələrində təbii sərvətlər və böyük mədənlər mövcuddur.

Təsnim yarı-rəsmi xəbər agentliyinin məlumatına görə, İranda gələcək iki il ərzində qızıl istehsalı 7 tona çatacaq. Bu miqdardan 6 tonu Qərbi Azərbaycan vilayətində yerləşən Tikantəpənin (Tikab) Zərşuran qızıl mədəni, 700 kiloqramı Şərqi Azərbaycan vilayətinin qızıl mədənləri və 300 kiloqramı Nişabur  (Xorasan) bölgəsindən əldə ediləcək. Məlumatda bildirilir ki, İranda külçə qızılın istehsalı 7 tona çatanda Tikantəpənin mədənində istehsal iki dəfə artaraq 6 tona çatacaq.

İki il öncə İranda külçə qızılın istehsalı 4.1 ton idi. Lakin bu bahalı metalın istehsalı İranda sabit olmayıb, hətta bəzi illərdə 1432 kiloqrama düşüb. Ötən ildən bəri külçə qızılın istehsalında artım var və hazırda sözügedən qızıl mədəni ildə 3 ton qızıl istehsal etməkdədir.

Qeyd edək ki, Zərşuran qızıl mədəni Tikantəpə şəhərinin 39 kilometrliyində yerləşir. Bu mədən Yaxın Şərqin ən böyük qızıl mədəni hesab edilir.

Güney Azərbaycanda bir çox qızıl mədənləri  var. Onlara Ağdərə (Tikantəpə), Daşkəsən (Qurvə), Zərşuran (Tikantəpə), Xarvana (Xarvana) və Əxtərçi ( Ərak) mədənləri daxildir.

 


Şiraz şərabı niyə məşhurdur
12:11 / 28-04-2017
Zəncan kəndliləri: Mədənin törətdiyi xəstəliklər də bizə çatır, işsizlik də...
11:26 / 15-04-2017
Makı Azad Ticarət Məntəqəsi ixdalat deyil, ixracat yeri olmalıdır – Millət vəkili
12:11 / 17-03-2017
Güney Azərbaycanın Şərq vilayətində yerli məsulların vergi dərəcəsinin artırılmasına etirazları artır
17:58 / 16-01-2017
Millət vəkili Südeyif Bədri ölkə prezidenti və Kənd Təsərrüfatı nazirinə müraciət ünvanladığını bildirib
10:26 / 06-09-2016
Güney Azərbaycanın yeraltı sərvətlərinin fars rejimi tərəfindən geniş miqyasda talanması, vaxtaşırı yerli vəzifəli şəxslərin də etirazına səbəb olur.
16:54 / 27-06-2016
Həmədanda kənd təsərrüfatı istehsal müəssisələri böhran içində
14:32 / 26-06-2016
Azərbaycanlı millət vəkili: “Urmiyə əhalisinin məişət şəraiti yaxşı deyil”
14:28 / 26-06-2016
Əhər Şəhəri İcra Hakimiyyətinin başçısı bölgədəki işsizlik problemindən danışıb
23:58 / 23-06-2016
İranın şovinist fars hakimiyyəti Urmiyədə 25 iş yerini bağladı
23:04 / 14-06-2016
Ərdəbildə Orta Doğunun ən böyük tekstil fabrikinin işçiləri etiraz yığıncağı keçirdi
02:22 / 06-05-2016
Qərbi Azərbaycan ostanı
22:52 / 28-10-2015
Qərbi Azərbaycan gəlir indeksinə görə ölkə vilayətləri arasında axırıncılardandır – Millət vəkili
20:18 / 01-09-2015
Təbrizdə ilk metro stansiyası açılıb
14:11 / 28-08-2015
Güney Azərbaycan şəhərlərində su qıtlığı problemi kəskinləşir
17:57 / 17-08-2015
İranlı deputat: “Urmiyaya su Ermənistan və Gürcüstandan çatdırılacaq”
13:04 / 10-08-2015