BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Millət vəkili Südeyif Bədri ölkə prezidenti və Kənd Təsərrüfatı nazirinə müraciət ünvanladığını bildirib

10:26 / 06-09-2016   /   baxış - 373

Yığım vaxtından təxminən 3 ay keçməsinə baxmayaraq Ərdəbil vilayətinin əkinçiləri min zəhmətlə yetişdirib dövlətə satdıqları buğdanın pulunu ala bilmirlər. Artıq məsələ ilə bağlı Ərdəbil, Nir, Nəmin və Səreynin İran parlamentindəki millət vəkili Südeyif Bədri ölkə prezidenti və Kənd Təsərrüfatı nazirinə müraciət ünvanladığını bildirib.

“Alınan buğdanın pulunun vaxtında ödənilməməsi əkinçilər üçün bir çox problem yaradıb. Onların əksəriyyəti məişət problemlərinin həlli üçün, il boyu məhsulun yığım vaxtı və satışını gözləyir. Ona görə də, bu məsələ olduqca önəmlidir və mən alınan məhsulun pulunun ən qısa zamanda ödənilməsi ilə bağlı ölkə prezidenti və Kənd Təsərrüfatı nazirinə müraciət etmişəm”- deyə o bildirib.

Millət vəkili əkinçilərin çarəsizlikdən müxtəlif banklara üz tutduğunu da diqqətə çatdırıb. “Əkinçilər satdıqları məhsulun pulunu vaxtında ala bilmədikləri üçün banklardan yüksək faizlə kredit almağa məcbur olublar. Bu isə onlara iqtisadi baxımdan ciddi ziyan vurur. Onları bu vəziyyətdən qurtarmaq üçün alınan məhsulun pulu ən qısa zamanda ödənilməlidir”- deyə o vurğulayıb.

 

BAO.AZ



“Azərbaycan Sənayesi İnkişafı Şirkəti”nin işçilərindən etiraz: “20 aydır maaş almırıq...”
21:06 / 06-10-2017
Şiraz şərabı niyə məşhurdur
12:11 / 28-04-2017
Zəncan kəndliləri: Mədənin törətdiyi xəstəliklər də bizə çatır, işsizlik də...
11:26 / 15-04-2017
Makı Azad Ticarət Məntəqəsi ixdalat deyil, ixracat yeri olmalıdır – Millət vəkili
12:11 / 17-03-2017
Güney Azərbaycanın Şərq vilayətində yerli məsulların vergi dərəcəsinin artırılmasına etirazları artır
17:58 / 16-01-2017
Güney Azərbaycanın yeraltı sərvətlərinin fars rejimi tərəfindən geniş miqyasda talanması, vaxtaşırı yerli vəzifəli şəxslərin də etirazına səbəb olur.
16:54 / 27-06-2016
Həmədanda kənd təsərrüfatı istehsal müəssisələri böhran içində
14:32 / 26-06-2016
Azərbaycanlı millət vəkili: “Urmiyə əhalisinin məişət şəraiti yaxşı deyil”
14:28 / 26-06-2016
Əhər Şəhəri İcra Hakimiyyətinin başçısı bölgədəki işsizlik problemindən danışıb
23:58 / 23-06-2016
İranın şovinist fars hakimiyyəti Urmiyədə 25 iş yerini bağladı
23:04 / 14-06-2016
Ərdəbildə Orta Doğunun ən böyük tekstil fabrikinin işçiləri etiraz yığıncağı keçirdi
02:22 / 06-05-2016
Qərbi Azərbaycan ostanı
22:52 / 28-10-2015
Qərbi Azərbaycan gəlir indeksinə görə ölkə vilayətləri arasında axırıncılardandır – Millət vəkili
20:18 / 01-09-2015
Təbrizdə ilk metro stansiyası açılıb
14:11 / 28-08-2015
Güney Azərbaycan şəhərlərində su qıtlığı problemi kəskinləşir
17:57 / 17-08-2015
İranlı deputat: “Urmiyaya su Ermənistan və Gürcüstandan çatdırılacaq”
13:04 / 10-08-2015