BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Rublu çökdürən amillər

14:14 / 26-08-2015   /   baxış - 280

Neftin qiymətində enmələr davamlı olarsa, nəinki 1 dolların 80, hətta daha yuxarı olmasının şahidi ola bilərik.

Bu sözləri Axar.az-a açıqlamasında rublun sürətlə ucuzlaşmasına münasibət bildirərkən iqtisadçı ekspert Natiq Cəfərli deyib. O, Rusiyada gedən proseslərin bir neçə amillə bağlı olduğunu bildirib:

“Neftin qiymətinin düşməsi rublu çökdürən əsas amildir. Çünki Rusiya iqtisadiyyatı və milli valyutası neftdən həddindən artıq asılı vəziyyətdədir. İkinci amil isə Asiya bazarlarında gedən proseslərlə bağlıdır. Çində çox ciddi enmələr müşahidə olunur. Ölkənin ən çox işlək olan Şanxay indeksi bir gün ərzində 8 faizə yaxın dəyər itirib. Əsas ticarət tərəfdaşı Çinin bu vəziyyəti Rusiyaya da təsirsiz ötüşmür. Neftin qiymətində stabilləşmə müşahidə olunmayana qədər Asiya bazarlarında bu proses davamlı olacaq və rus rubluna qarşı basqılar artacaq. Yaxın gələcəkdə yeni maksimumların şahidi ola bilərik. Rusiya Mərkəzi Bankı bunun qarşısını almaq üçün müəyyən addımlar ata və bazara müdaxilə edərək daha çox həcmdə dollar çıxara bilər. Ucuzlaşmanın qarşısı qısamüddətli alınsa da, ancaq bunun elə də ciddi təsirləri olmayacaq.

Rusiya tarixində dekabrda ən maksimal həddin - 1 dolların 80 rubl olması prosesi baş verib. Bir sözlə, neftin qiymətində enmələr davamlı olarsa, nəinki 1 doların 80, hətta 90 rubldan yuxarı olmasının şahidi ola bilərik”.

Qeyd edək ki, Moskva birjasında hazırda 1 dollar 70,94 rubla, bir avro isə 82,31 rubla təklif edilir.

 


Türkiyəyə turizm paketləri bahalaşdı – VİDEO
00:48 / 08-07-2016
Novak: İran neftin dünya qiymətini aşağı salacaq
19:13 / 21-11-2015
İran bazara sutkada 500 min barel neft çıxaracaq
18:23 / 27-09-2015
Qara qızılın qiyməti ilə bağlı proqnozlar özünü doğruldur
19:24 / 15-09-2015
OPEK-in 55 ildə keçdiyi neft yolu
21:31 / 14-09-2015
Ekspertlər: Gələn il dünyada neft məhsullarına tələbat daha da azalacaq
19:34 / 10-09-2015
Çin səhmləri yenidən ucuzlaşmağa başlayıb
17:33 / 02-09-2015
ABŞ Rusiya şirkətlərinə qarşı sanksiya siyahısını genişləndirdi
16:16 / 02-09-2015
"Neft 60 dollar olacaq" - OPEK-dən proqnoz
19:27 / 29-08-2015
Dünyanın ürəyi Şərqdə döyünəcək - Ekspert
11:32 / 28-08-2015
Lari görünməmiş dərəcədə ucuzlaşıb
13:28 / 27-08-2015
Çin birjaları çökdü
15:13 / 26-08-2015
"​Fitch": "Türk axını" və "Şimal axını" layihələri təxirə salına bilər
14:25 / 25-08-2015
Rubl kritik həddi keçdi
13:39 / 24-08-2015
Dünyanı böhrana aparan 5 təhlükə
12:07 / 24-08-2015
Devalvasiya təhlükəsi gözləyən 10 ölkənin valyutası
17:24 / 21-08-2015