BÜTÖV AZƏRBAYCAN OCAQLARI
OPEK-in 55 ildə keçdiyi neft yolu

21:31 / 14-09-2015   /   baxış - 376

1960-cı il sentyabr ayının 10-14-də Bağdadda keçirilən konfransda neft ixrac edən ölkələrin təşkilatı yaradıldı. Neft ixrac edən ölkələr tərəfindən neftin qiymətinin tənzimlənməsi məqsədi ilə yaradılan təşkilata OPEK (The Organization of the Petroleum Exporting Countries) adı verildi.  1965-ci ildən təşkilatın qərargahı Avstriyanın Vyana şəhərində yerləşir.

OPEK daim fəaliyyətdə olan qeyri-hökumət təşkilatı kimi təşkil olunub. Əvvəlcə İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı və Venesuela təşkilata daxil olub. Bu 5 ölkəyə sonradan Qətər, İndoneziya, Liviya, Birləşmiş Ərəb Əmirlikləri, Əlcəzair, Nigeriya, Ekvador, Qabon, Anqola qoşulub. Lakin Ekvador və Qabon tez bir zamanda üzvlukdən çıxıb. Buna səbəb 2 milyon dollarlıq üzvlük haqqını ödəyə bilməməsi və ona qoyulan kvota ilə razılaşmaması olub. Eyni səbəbdən Qabon da 1995-ci ildə üzvlükdən çıxıb. Rusiya və Norveç isə təşkilata daimi olmayan üzv kimi 2000-ci ilin əvvəllərində qoşuldu. İraq təşkilatın üzvü olsa da 1998-ci ilin mart ayından etibarən OPEK kvotalarını öz istehsalında nəzərə almır. 2008-ci ilin may ayından etibarən isə İndoneziya təşkilatdan xaric olunub. Səbəb isə İndoneziyanın OPEK kvotaları üzündən neft sahəsindəki inkişafının azalması göstərilmişdi. Hazırda OPEK-in 12 üzvü var. Üzv ölkələrin ərazisinin ümumi sahəsi 11,8 milyon  km2 -dır.

OPEK  ölkələrinin başlıca gəlir qaynağını neft gəlirləri meydana gətirməkdədir.   Müasir dövrdə OPEK dünya neft bazarına aktiv təsiretmə imkanlarına malikdir. OPEK dünya neft bazarında neftin qiymətinin sabit saxlanılması məqsədilə hasilat kvotası müəyyənləşdirir. Kvotalar OPEK-in dünya neft bazarında ən böyuk tənzimləmə alətidir. Bu kvotalar təşkilat daxilində ölkələrə müəyyən nisbətdə paylanılır. Dünyada mövcud olan neft ehtiyatları  1317 miyard barrelə bərabərdir. Bu resursların təqribən ¾-ü OPEK ölkələrinin payına düşür.

OPEK dünya bazarlarında qiymətlərin yüksək saxlanilması məqsədilə təşkilata daxil olmayan, neft istehsal edən ölkələrlə danışıqlar aparır. Azərbaycan da OPEK-in maraq dairəsindədir. Təşkilata daxil olmayan neft istehsal edən ölkələrin dünya bazarlarına nəzarətsiz miqdarda neft çıxarmaları bazarda təklifi artırır və bu da qiymətlərin aşağı düşməsinə səbəb olur.

Ekspertlər hesab edir ki, Azərbaycanın OPEK-ə üzv olması ölkənin maraqlarına cavab vermir. Təşkilata üzvlük nəticəsində ölkə öz üzərinə neft istehsalının müəyyən səviyyədə saxlanılması barədə öhdəliklər götürməlidir. Çünki neft istehsalının azaldılması ölkənin iqtisadi inkişafına mənfi təsir göstərər. Təşkilata üzv olacağı təqdirdə isə Azərbaycan dünya neft bazarında qiymətin yüksək səviyyədə saxlanılması  və neftdən gələn gəlirlərin maksimallaşdırılması istiqamətində təşkilat ölkələri ilə birlikdə neft siyasətinin işlənib hazırlanması üstünlüyünü qazanar. Neft istehsalının maksimum həddə çatdığı zaman Azərbaycan milli maraqlarına cavab verəcəyi halda təşkilata üzvlük məsələsinə baxa bilər.



Türkiyəyə turizm paketləri bahalaşdı – VİDEO
00:48 / 08-07-2016
Novak: İran neftin dünya qiymətini aşağı salacaq
19:13 / 21-11-2015
İran bazara sutkada 500 min barel neft çıxaracaq
18:23 / 27-09-2015
Qara qızılın qiyməti ilə bağlı proqnozlar özünü doğruldur
19:24 / 15-09-2015
Ekspertlər: Gələn il dünyada neft məhsullarına tələbat daha da azalacaq
19:34 / 10-09-2015
Çin səhmləri yenidən ucuzlaşmağa başlayıb
17:33 / 02-09-2015
ABŞ Rusiya şirkətlərinə qarşı sanksiya siyahısını genişləndirdi
16:16 / 02-09-2015
"Neft 60 dollar olacaq" - OPEK-dən proqnoz
19:27 / 29-08-2015
Dünyanın ürəyi Şərqdə döyünəcək - Ekspert
11:32 / 28-08-2015
Lari görünməmiş dərəcədə ucuzlaşıb
13:28 / 27-08-2015
Çin birjaları çökdü
15:13 / 26-08-2015
Rublu çökdürən amillər
14:14 / 26-08-2015
"​Fitch": "Türk axını" və "Şimal axını" layihələri təxirə salına bilər
14:25 / 25-08-2015
Rubl kritik həddi keçdi
13:39 / 24-08-2015
Dünyanı böhrana aparan 5 təhlükə
12:07 / 24-08-2015
Devalvasiya təhlükəsi gözləyən 10 ölkənin valyutası
17:24 / 21-08-2015