BÜTÖV AZƏRBAYCAN OCAQLARI
ABŞ Rusiya şirkətlərinə qarşı sanksiya siyahısını genişləndirdi

16:16 / 02-09-2015   /   baxış - 297

ABŞ Ticarət Nazirliyi Ukraynadakı münaqişə ilə əlaqədar Rusiya şirkətlərinə daha əvvəl tətbiq olunmuş sanksiyaların bir sıra digər şirkətlərə də şamil olunması barədə qərar qəbul edib.

APA-nın RBK-ya istinadən verdiyi məlumata görə, sanksiyalar "Rosneft" və iş adamı Gennadi Timçenko ilə bağlılığı olan şirkətlərə şamil olunub. Nazirlikdən bildiriblər ki, şirkətlərin "qara siyahı"ya salınması Rusiyanın Ukrayna siyasəti ilə əlaqədar bu ölkəyə qarşı tətbiq olunan sanksiyaların effektivliyini yüksəltmək məqsədi daşıyır.

Sanksiya siyahısına "Rosneft"in strukturları - "Vankorneft", "Neft-Aktiv", "Samotlornefteqaz", "Orenburqneft", "Verxneçonsknefteqaz", "RN-Yuqansknefteqaz" və bir sıra neft emalı zavodları - Açinsk, Anqarsk, Kuybışev, Novokuyşevsk, Sızransk və Komsomolsk müəssisələri, eyni zamanda "Rosneft Trading", "Rosneft Trade Ltd" və "RN Holding" daxil edilib.

"İPP Oil Products", "Airfix Aviation Oy", "Set Petrochemicals Oy", "Southeast Trading Oy" və "SouthPort Managment Services Ltd" isə Gennadi Timçenko ilə əlaqələri səbəbiylə sanksiyaya məruz qalıb.

Bundan başqa, "İjmaş" Konserni və "Kupol" İjevsk mexanika zavodu da sanksiya siyahısına düşüb.

Beləliklə, "Rosneft"ə daha əvvəl tətbiq olunmuş sanksiyalar onun törəmə şirkətlərinə də şamil olunacaq. Timçenko ilə əlaqəsi olan şirkətlərin ABŞ-dakı aktivləri isə dondurulacaq.



Türkiyəyə turizm paketləri bahalaşdı – VİDEO
00:48 / 08-07-2016
Novak: İran neftin dünya qiymətini aşağı salacaq
19:13 / 21-11-2015
İran bazara sutkada 500 min barel neft çıxaracaq
18:23 / 27-09-2015
Qara qızılın qiyməti ilə bağlı proqnozlar özünü doğruldur
19:24 / 15-09-2015
OPEK-in 55 ildə keçdiyi neft yolu
21:31 / 14-09-2015
Ekspertlər: Gələn il dünyada neft məhsullarına tələbat daha da azalacaq
19:34 / 10-09-2015
Çin səhmləri yenidən ucuzlaşmağa başlayıb
17:33 / 02-09-2015
"Neft 60 dollar olacaq" - OPEK-dən proqnoz
19:27 / 29-08-2015
Dünyanın ürəyi Şərqdə döyünəcək - Ekspert
11:32 / 28-08-2015
Lari görünməmiş dərəcədə ucuzlaşıb
13:28 / 27-08-2015
Çin birjaları çökdü
15:13 / 26-08-2015
Rublu çökdürən amillər
14:14 / 26-08-2015
"​Fitch": "Türk axını" və "Şimal axını" layihələri təxirə salına bilər
14:25 / 25-08-2015
Rubl kritik həddi keçdi
13:39 / 24-08-2015
Dünyanı böhrana aparan 5 təhlükə
12:07 / 24-08-2015
Devalvasiya təhlükəsi gözləyən 10 ölkənin valyutası
17:24 / 21-08-2015