BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Dünyanın ürəyi Şərqdə döyünəcək - Ekspert

11:32 / 28-08-2015   /   baxış - 230

Dünyanın ən nüfuzlu proqnoz mərkəzləri qarşıdan gələn onilliklərdə dünya iqtisadiyyatının ürəyinin məhz Şərqdə döyünəcəyini bildirirlər.

Bu sözləri Axar.az-a açıqlamasında bu yaxınlarda Putinin Çinə gözlənilən səfərini şərh edərkən politoloq Tofiq Abbasov deyib. O, Moskva və Pekinin əməkdaşlığın hərbi-texniki seqmentini vaxtaşırı qabartmasını təsadüf hesab etmədiyini bildirib:

“Rusiya ilə Çin strateji tərəfdaşlığa məhkum ölkələrdir. Onların münasibətlərini yaxın gələckdə müəyyən edən təkcə iqtisadi maraqlar deyil. İndi gündəmdə təhlükəsizlik problemləridir. Son illər iki ölkənin silahlı qüvvələri birlikdə və genişmiqyaslı təlimlər keçirməklə digər tərəflərə birgə müqavimət potensialına malik olduqlarını və dünyanın istənilən nöqtəsində həmahəng əməliyyatlar apara biləcəklərini göstərirlər. Moskva və Pekin əməkdaşlığın hərbi-texniki seqmentini təsadüf yerə vaxtaşırı qabartmır. Digər tərəfdən iqtisadi çətinliklər də hər iki tərəfi yaxın olmağa sövq edir. Məsələyə aktuallıq gətirən odur ki, Çin özünün qərb bölgələrini inkişaf trendlərinə gətirmək istəyir, Rusiya isə öz şərqini. İki dövlət arasında bağlanmış müqavilələrdə ayrı-ayrı bölgələrin birbaşa əlaqə qurub, ticari-istehsalat kooperasiyasını inkişaf etdirmək bəndi əbəs yerə deyil”.

Politoloq növbəti zirvə görüşündə Moskva-Pekin arasında ikitərəfli sazişlərin bağlanmasının gözlənilən olduğunu bildirib:   “Enerji, nəqliyyat, informasiya texnologiyaları, turizm və digər intensiv inkişaf edən sahələrlə bağlı yeni prioritetlər müəyyən ediləcək. Hər iki ölkə Şanxay əməkdaşlıq təşkilatının nəbzini müəyyən edən tərəflərdir. Bu strukturdan bir çox ölkələr, o cümlədən Azərbaycan da ümidlidir. Artıq Amerika və Qərbi Avropa iqtisadi zəmində mərkəzi platforma statusunu əldən verirlər. Dünyanın ən nüfuzlu proqnoz mərkəzləri qarşıdan gələn onilliklər ərzində dünya iqtisadiyyatının ürəyinin məhz Şərqdə döyünəcəyini bildirirlər. Əsas istehsal gücləri artıq Şərqdədir və Çin bu prosesdə başlıca rollardan birini öz üzərinə götürüb. Bu baxımdan Rusiya məhz bu proseslərdən geri qalmaq istəmədiyindən Çinlə geniş formatda əlaqələrin qurulmasına can atır”.

Qeyd edək ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 2-3 sentyabr tarixlərində Çinə rəsmi səfəri planlaşdırılır.



Türkiyəyə turizm paketləri bahalaşdı – VİDEO
00:48 / 08-07-2016
Novak: İran neftin dünya qiymətini aşağı salacaq
19:13 / 21-11-2015
İran bazara sutkada 500 min barel neft çıxaracaq
18:23 / 27-09-2015
Qara qızılın qiyməti ilə bağlı proqnozlar özünü doğruldur
19:24 / 15-09-2015
OPEK-in 55 ildə keçdiyi neft yolu
21:31 / 14-09-2015
Ekspertlər: Gələn il dünyada neft məhsullarına tələbat daha da azalacaq
19:34 / 10-09-2015
Çin səhmləri yenidən ucuzlaşmağa başlayıb
17:33 / 02-09-2015
ABŞ Rusiya şirkətlərinə qarşı sanksiya siyahısını genişləndirdi
16:16 / 02-09-2015
"Neft 60 dollar olacaq" - OPEK-dən proqnoz
19:27 / 29-08-2015
Lari görünməmiş dərəcədə ucuzlaşıb
13:28 / 27-08-2015
Çin birjaları çökdü
15:13 / 26-08-2015
Rublu çökdürən amillər
14:14 / 26-08-2015
"​Fitch": "Türk axını" və "Şimal axını" layihələri təxirə salına bilər
14:25 / 25-08-2015
Rubl kritik həddi keçdi
13:39 / 24-08-2015
Dünyanı böhrana aparan 5 təhlükə
12:07 / 24-08-2015
Devalvasiya təhlükəsi gözləyən 10 ölkənin valyutası
17:24 / 21-08-2015