BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Dünyanı böhrana aparan 5 təhlükə

12:07 / 24-08-2015   /   baxış - 293

"Economist Intelligence Unit" (EIU) son 2 ildə biznes mühitini əhəmiyyətli dərəcədə sarsıda biləcək 5 təhlükənin siyashısını hazırlayıb.

ANS PRESS-in məlumatına görə, ən yüksək təhlükə dərəcəsi 25 balla qiymətləndirilən siyahıda beşinci yerdə 12 balla terrorçu təşkilatlardır. Bildirilir ki, getdikcə daha da güclənən terror təşkilatları dünya iqtisadiyyatının stabilliyini pozur. İŞİD Suriya və İraqda geniş ərazini nəzarətdə saxlamaqla yanaşı, öz silahlılarının sayını durmadan artırır. Təşkilat eyni vaxtda diqqətini bir neçə məqsəd üzərində cəmləyə bilir. 

EIU-nun hesabatına görə, "əgər hücumların tezliyi artarsa, bu, istehlakın azalmasına vəABŞ-la avrozonanın 5 illik öküz bazarına son qoyacaq.

4-cü yerdə təhlükəlilik dərəcəsinə görə 16 balla ölkələrin apardığı pul siyasətidir. EIU mütəxəssislərinin fikrincə, ölkələrin apardığı pul siyasəti valyutanın qeyri-stabilliyini ən yüksək həddə çatdıracaq.

Bu il ABŞ-ın Federal Rezerv Sisteminin (ABŞ-da Mərkəzi bank funksiyasını yerinə yetirən təşkilat) tarifləri qaldıracağı gözlənilir. İnvestorlar isə bunun nə ilə nəticələnəcəyini izləyəcəklər. Çünki əvvəllər monetar siyasətin sərtləşdirilməsi inkişaf etməkdə olan bazarlara mənfi təsir göstərirdi.

Hesabata görə, "monetar sistemdə dəyişiklik olanda ən çox böyük büdcə kəsiri olan ölkələr, siyasi etibarı olmayan dövlətlər, resursların qiymətindən asılı olan iqitsadiyyatlar zərər çəkir. Bu cəhətdən TürkiyəCənubi AfrikaRusiya və Venesuela daha ehtiyatlı olmalıdır.

Canet Yellen - ABŞ FRS-in prezidenti

Təhlükəlilik dərəcəsinə görə 3-cü yerdə 16 balla Ukraynadakı vəziyyətdir. Bildirilir ki, Ukraynadakı vəziyyət soyuq müharibə dövründəki gərginliyi yenidən yaşadacaq. EIU bununla bağlı bildirib ki, cəmi 1 il ərzində Rusiya ilə Qərb arasındakı münasibətlər soyuq müharibədən dərhal sonrakı səviyyəyə çatıb. Bu yaxınlarda Avropa İttifaqı (Aİ) bu ilin iyul ayında müddəti başa çatan sanksiyaların vaxtını uzadıb. Rusiya rəsmi olaraq hər hansı cavab tədbiri görməsə də, artıq qərb ölkələrindən idxal edilən məhsulları məhv etməyə başlayıb.

Hesabatda bu vəziyyət belə izah edilir: "Hətta Rusiya buna qarşılıq olaraq hər hansı tədbir görməsə də, bu ölkə ilə Qərb arasında ticarət əlaqələrinin zəifləməsi Rusiya iqtisadiyyatına ciddi zərbə vuracaq. Eyni zamanda Mərkəzi və Şərqi Avropada istehsal sənayesinin sürətini azaldacaq.

EIU resursların qiymətinin düşməsi və Çinin investisiya problemlərininin təhlükəlilik dərəcəsini 20 balla qiymətləndirib. Qeyd edilir ki, bu problemlər inkişafda olan bazarların vəziyyətini getdikcə pisləşdirəcək. Ümumiyyətlə, Çin iqtisadiyyatının inkişafının zəifləməsi, qiymətli kağızlar bazarında qiymətlərin düşmə ehtimalı bir çox mütəxəssisləri narahat edir.

"Qərb istehsalçılarının və satıcılarının inkişaf etməkdə olan ölkələrdə istehlak səviyyəsindən artan asılılığını nəzərə alaraq demək olar ki, bazarlardakı uzunmüddətli durğunluq Aİ və ABŞ iqtisadiyyatına ciddi zərbə vuracaq. Bu təsir əvvəlki onilliklərlə müqayisədə daha çox hiss ediləcək."

Si Tszinpin - Çin prezidenti

Təşkilat hesabatında bildirib ki, Yunanıstanın Avrozonadan çıxması bu ittifaqın dağılmasına səbəb ola bilər. Məhz buna görə də Aİ-nin dağılması dünya iqtisadiyyatı üçün ən ciddi təhlükələrdən biri kimi 20 balla qiymətləndirilib. "Nəzərə alsaq ki, Yunanıstan hakimiyyəti yeni razılaşmanın ağır şərtlərini yerinə yetirməkdə çətinlik çəkəcək, biz 2016-cı ildən sonra bu ehtimalın baş verməsini real sayırıq. Əgər Grexit-dən (Yunanıstanın Avrozonanı tərk etməsi) sonra digər ölkələr də bu ittifaqdan çıxarlarsa, bu, vəziyyətin stabilliyini pozacaq; dünya maliyyə təşkilatı ağır itkilərlə üzləşəcək."

Yanis Varufakis - Yunanıstanın keçmiş maliyyə naziri



Türkiyəyə turizm paketləri bahalaşdı – VİDEO
00:48 / 08-07-2016
Novak: İran neftin dünya qiymətini aşağı salacaq
19:13 / 21-11-2015
İran bazara sutkada 500 min barel neft çıxaracaq
18:23 / 27-09-2015
Qara qızılın qiyməti ilə bağlı proqnozlar özünü doğruldur
19:24 / 15-09-2015
OPEK-in 55 ildə keçdiyi neft yolu
21:31 / 14-09-2015
Ekspertlər: Gələn il dünyada neft məhsullarına tələbat daha da azalacaq
19:34 / 10-09-2015
Çin səhmləri yenidən ucuzlaşmağa başlayıb
17:33 / 02-09-2015
ABŞ Rusiya şirkətlərinə qarşı sanksiya siyahısını genişləndirdi
16:16 / 02-09-2015
"Neft 60 dollar olacaq" - OPEK-dən proqnoz
19:27 / 29-08-2015
Dünyanın ürəyi Şərqdə döyünəcək - Ekspert
11:32 / 28-08-2015
Lari görünməmiş dərəcədə ucuzlaşıb
13:28 / 27-08-2015
Çin birjaları çökdü
15:13 / 26-08-2015
Rublu çökdürən amillər
14:14 / 26-08-2015
"​Fitch": "Türk axını" və "Şimal axını" layihələri təxirə salına bilər
14:25 / 25-08-2015
Rubl kritik həddi keçdi
13:39 / 24-08-2015
Devalvasiya təhlükəsi gözləyən 10 ölkənin valyutası
17:24 / 21-08-2015