BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Güney Azərbaycanın yeraltı sərvətlərinin fars rejimi tərəfindən geniş miqyasda talanması, vaxtaşırı yerli vəzifəli şəxslərin də etirazına səbəb olur.

16:54 / 27-06-2016   /   baxış - 686

Güney Azərbaycanın yeraltı sərvətlərinin fars rejimi tərəfindən geniş miqyasda talanması, vaxtaşırı yerli vəzifəli şəxslərin də etirazına səbəb olur.

Məlumata görə, Vərziğanın imam cüməsi ötən cümə namazı xütbələrində, Vərziğan mis mədəninin bölgə əhalisi üçün heç bir fayda gətirmədiyini deyib.

“Vəzrziğan mis ehtiyatları ilə zəngindir, ölkənin mis ehtiyatların 40 faiz məhz bu məntəqədədir. Lakin Vərziğan mədən ehtiyatları ilə zəngin olan Rəfsəncan və Kirman vilayətində yerləşən Babək şəhəri ilə müqayisədə olduqda yoxsul bir məntəqədir. Bu, mis emalı və əritmə fabrikalarının bölgədə olmaması ilə bağlıdır. İndi bu suala Ticarət, Mədən və Sənaye Nazirliyi və ya İran Mis Milli Şirkətinin rəhbərliyi cavab verməlidir: Nə üçün Kirmanda mislə əlaqədar bütün sənaye inkişaf edib, lakin Vərziğanda mis şirkəti əhali məntəqəsinin xeyirinə heç bir iş görmür?! Mis şirkəti Vərziğana olan baxışını dəyişməlidir”- deyə imam cümə qeyd edib.

Vərziğanın imam cüməsi bundan öncə də mis konsentratının Kirmana intiqal edilməsinə etiraz edib və sözügedən mədənlərlə əlaqədar Vərziğanda meydana gələn can itkiləri, ictimai problemlər və ətraf mühitin çirklənməsini xatırlatmışdır.  Rejim isə öz rəsmisinin sözlərinə növbəti dəfə məhəl qoymamışdır.

 

İstinad: GunAz TV