BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Azərbaycan-Türkiyə-Gürcüstan beşinci biznes-forumu keçiriləcək

16:26 / 30-10-2016   /   baxış - 422

Forum çərçivəsində birgə layihələr, eləcə də ölkələr arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunacaq

Azərbaycan-Türkiyə-Gürcüstan beşinci biznes-forumu noyabrın 16-da İstanbulda keçiriləcək.

Trend-in məlumatına görə, forumda Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev, Gürcüstanın iqtisadiyyat naziri Dmitri Kumsişvili, Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi və Türkiyənin Xarici İqtisadi Əlaqələr üzrə Şurasının sədri Cihad Vardan iştirak edəcəklər.

Forum çərçivəsində birgə layihələr, eləcə də ölkələr arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunacaq.

 

BAO.AZ