BÜTÖV AZƏRBAYCAN OCAQLARI
“Ölkə iqtisadiyyatının bu günü və sabahı” mövzusunda növbəti diskussiya keçiriləcək

18:27 / 02-12-2016   /   baxış - 350

3 dekabr 2016-cı il tarixində Bütöv Azərbaycan Ocaqlarının (BAO) Siyasi-analitik Klubunun (SAK)  təşkilatçılığı ilə Ölkə iqtisadiyyatının bu günü və sabahı mövzusunda növbəti diskussiya keçiriləcək.

Mövzu üzrə məruzəçi tanınmış iqtisadçı və ictimai-siyasi xadim, "Azərbaycan Demokratiya və Rifah Hərəkatı"nın və "İqtisadi Tədqiqatlar Mərkəzi"nin sədri, ABŞ-ın Şimali Karolina ştatında yerləşən Dyuk Universitetinin professoru Qubad İbadoğlu olacaq.

Tədbirdə həmçinin digər ziyalılar, ictimai-siyasi fəallar, gənc nəslin nümayəndələri və b. iştirak edəcəklər. Hər bir şəxsin iştirakı arzu olunandır.

Tədbir saat 15:00-da başlayacaq.

Ünvan:  Bakı şəhəri, Ələşrəf Əlizadə-31, BAO-nun qərargahı (Təfəkkür Universitetinin, Nərimanov rayonu İcra Hakimiyyətinin və Şərq Bazarının yaxınlığı).

 

BAO İnformasiya Xidməti

01.12.2016