BÜTÖV AZƏRBAYCAN OCAQLARI
“Məhəmməd Əmin Rəsulzadə və Azərbaycan Cümhuriyyəti” mövzusunda növbəti diskussiya keçiriləcək

21:21 / 25-01-2017   /   baxış - 141

28 yanvar 2017-ci il tarixində Bütöv Azərbaycan Ocaqlarının (BAO) Siyasi-analitik Klubunun (SAK)  təşkilatçılığı ilə Məhəmməd Əmin Rəsulzadə və Azərbaycan Cümhuriyyəti mövzusunda növbəti diskussiya keçiriləcək.

Mövzu üzrə məruzəçi filologiya üzrə fəlsəfə doktoru, professor Ədalət Tahirzadə olacaq.

Tədbirdə həmçinin digər ziyalılar, ictimai-siyasi fəallar, gənc nəslin nümayəndələri və b. iştirak edəcəklər. Hər bir şəxsin iştirakı arzu olunandır.

Tədbir saat 15:00-da başlayacaq.

Ünvan:  Bakı şəhəri, Ələşrəf Əlizadə-31, BAO-nun qərargahı (Təfəkkür Universitetinin, Nərimanov rayonu İcra Hakimiyyətinin və Şərq Bazarının yaxınlığı).

 

BAO İnformasiya Xidməti

25.01.2017